Azərbaycan Bələdiyyə Sistemi : Mart 2010
***Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası       Bələdiyyələrlə bağlı ilk informasiya saytı        First information site on municipality             Первый информационный сайт о муниципалитетах ***
Əmlak vergisi necə hesablanır?. Fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir.Vergitutma obyektləriRezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri və s.Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:Onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən:bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə — 0,1 faizlə. 198.1.2. su və hava nəqliyyatı vasitələrinə görə:198.1.2.1. su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manati;198.1.2.2. hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.198.1.2.3. mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün —onların bazar qiymətinin 1 faizi.198.2. Müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.Vergi güzəştləri və azadolmalarDövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü idarəetmə orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları, dövlət fondları və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əmlak vergisini ödəməkdən azaddır.Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər azaldılır.Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:1. ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin;2. məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin;3. bu Məcəllənin 211.1.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb edilən avtonəqliyyat vasitələrinin;4. təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin;199.5. Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak vergisindən azaddır.Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası 200.1. Binalar üzrə əmlak vergisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada binaların inventar dəyərinə əsasən hesablanılır.Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.200.2. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır.200.3. Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq orqana təqdim edir.Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə — həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.200.6. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.Müəssisənin əmlak vergisinin hesablanması və ödənilməsi 201.1. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir.201.1.1. Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14.3.4-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.201.2. Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır.201.3. Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq, həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.201.4. Dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.Cari vergi ödəmələri bu Məcəllənin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.201.5. Müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir.Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.201.6. İllik bəyannamələr üzrə vergilər həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Hesablanmış verginin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.201.7. Müəssisələrin əmlak vergisi dövlət büdcəsinə ödənilir.Verginin ödənilməsini təsdiq edən sənəd olmadıqda, avtonəqliyyat vasitəsinin qeydiyyatı, yenidən qeydiyyatı və ya texniki baxışı keçirilmir.Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası202.0. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:202.0.1. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.202.0.2. Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.202.0.3. Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur.AR Vergi Məcəlləsi


Bələdiyyə sistemindən razısınızmı ?
Çox razıyam
Razıyam
Narazıyam
Çox narazıyam
Bilmirəm


Yekun
 
 
Strasburqda Azərbaycan bələdiyyə seçkiləri müzakirə edilir
Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin plenar iclası başlayıb. İclasda digər məsələrlə yanaşı Azərbaycanda ötən dekabrda keçirilmiş bələdiyyə seçkilərinin yekunları da müzakirə edilir. Burada seçkilərin texniki baxımdan nomral mühitdə keçdiyi deyilsə də, seçkidə rəqabətin və siyasi plüralizmin zəif olması vurğulanır.
Azərbaycandakı müxalifət bələdiyyə seçkilərini son 15 ilin ən bərbad seçkisi adlandırır. Hakimiyyət isə əksinə, bələdiyyə kampaniyasını demokratiyanın təntənəsi kimi səciyyələndirir....

18.3.2010 | 109
Sumqayıtda gənc işахtаrаnlаr peşəyönümü tədbirlərinə cəlb edilirlər
Sumqаyıt şəhərində işахtаrаnlar arasında 20-30 yаşlı gənclər minlərlədir və оnlаrın əksəriyyəti heç bir peşəyə və yа iхtisаsа yiyələnməmişlər. Şəhərdə gənc işахtаrаnlаrın peşəyönümü tədbirlərinə fəаl cəlb edilməsi üçün effektiv tədbirlər görülməkdədir. Bu məqsədlə Sumqаyıt Məşğulluq Mərkəzinin əyаni vəsаitlərlə, peşələr hаqqındа dоlğun məlumаtlаrlа zəngin оlаn əməliyyаt zаlındа mütəmаdi kütləvi tədbirlər, seminаrlаr, аçıq peşəyönümü sааtlаrı keçirilir. Bu tədbirlərdə Mərkəzin rəhbəri və mütəхəssisləri peşəyönümü tədbirlərinə cəlb edilmiş gəncləri qаrşısındа çıхışlаr edir, müzаkərələr аpаrılır və tədbir iştirаkçılаrı metоdik kitаblаrlа təmin edilirlər.....
18.3.2010 | 96
Муниципалитетный бич
Назрела необходимость расширения полномочий органов местного самоуправления
Вчера в Страсбурге открылась 18-я пленарная сессия Конгресса местных и региональных властей Совета Европы (КМРВСЕ). Как передает специальный корреспондент "Туран" из Страсбурга, в повестке дня сессии наряду с прочими вопросами значился доклад об итогах наблюдения муниципальных выборов в Азербайджане, которые, как известно, прошли 23 декабря 2009 года. Согласно сообщению, доклад базируется на выводах мониторинговой миссии, наблюдавшей за ходом выборов. Таким образом, делегация пришла к выводу, что в общем выборы технически были хорошо подготовлены и прошли в спокойной атмосфере. Тем не менее, миссия акцентирует внимание на трех основных вопросах, вызывающих озабоченность у КМРВСЕ.
18.3.2010 | 91
SAMF “Media kataloq”un çapını reallaşdırıb
Nəfis tərtibatda işıq üzü görən kitab ictimai rəydə tanınan bütün media qurumlarımızı əhatə edib

Söz Azadlığını Müdafiə Fondu (SAMF) 30 oktyabr 2009-cu il tarixdə icrasına başladığı “Ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin yeni və nəfis tərtibatlı kataloqunun kitab şəklində çapı” layihəsinin reallaşdırılması prosesini başa çatdırıb.
Fonddan verilən məlumata görə, üç dildə -Azərbaycan, rus və ingilis dillərində çap olunan media-kataloqda ictimai həyatımızda tanınan, ictimai fikirə müəyyən mənada təsir imkanı olan qəzetlərin, jurnalların, elektron və internet-medianın, eləcə də tanınmış jurnalist təşkilatlarının yaranma tarixi, sabiq və indiki rəhbərliyi, strukturu barədə informasiyalar daxildir. Media-kataloqun ön sözünün müəllifi şair, SAMF sədri Musa Yaqub, redaktorları təşkilatın icraçı direktoru Vüqar Tofiqli və Layihələr üzrə koordinatoru Nəzirməmməd Zöhrablı, korrektoru fondun internet saytının redaktoru Gülbahar Qurbanovadır. Kitab “Apostrof” Çap Evinin mətbəəsində çap olunub.

16.3.2010 | 107
Azərbaycan və Rusiya mediasının problemləri müzakirə olunub
Söz Azadlığını Müdafiə Fondu (SAMF) və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun təşkilatçılığı ilə “Rusiya mediası kontekstində müasir mətbuatın problemləri” mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, dəyirmi masada Rusiya jurnalistikasının aparıcı simaları, media üzrə mütəxəssisləri iştirak ediblər.....
15.3.2010 | 100
Sumqayıtda beynəlxalq konfrans keçiriləcək
2010-cu ilin may ayında Sumqayıtda “Çirklənmiş ərazilərin idarə edilməsi – keçid iqtisadiyyatı ölkələri üçün inkişaf imkanları” adlı beynəlxalq konfrans keçiriləcək. Konfrans Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən “Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq” layihəsi çərçivəsində həyata keçiriləcək. Almaniya Federativ Respublikası ilə yanaşı bir neçə Avropa və MDB ölkəsindən 50-dək yerli və xarici ekspertlərin iştirak edəcəyi konfransın təşkilatçıları Sumqayıt və Lüdviqshafen partnyor şəhərləri, həmçinin Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti mütəxəssislərin Assosiasiyasıdır....
15.3.2010 | 92
Ağdamın Quzanlı qəsəbəsinin qazlaşdırılması prosesi başa çatıb.
APA-nın Qarabağ bürosunun məlumatına görə, bu münasibətlə rayon mərkəzi funksiyasını həyata keçirən Quzanlı qəsəbəsində tədbir keçirilib....
13.3.2010 | 96
Bərdə də bələdiyyələrlə görüş keçirilib
Bərdədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli Fərmanından irəli gələn vəzifələrin icrası ilə əlaqədar bələdiyyələrin fəaliyyətində yol verilən hüquqpozmaların qarşısının alınması və bələdiyyələrin işinin təşkili, qarşısında duran vəzifələrə həsr olunmuş zona seminar-müşavirəsi keçirilmişdir. Seminar-müşavirədə Milli Məclisin Regional Məsələlər Komitəsinin, Ədliyyə Nazirliyinin yerli şöbələrinin, Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Yevlax rayonlarının və Mingəçevir şəhərinin icra hakimiyyəti orqanlarının nümayəndələri, bələdiyyə sədrləri, torpaq və maliyyə şöbələrinin rəhbərləri iştirak etmişlər.....
13.3.2010 | 81
  [1] 2 3 4  Next »









 


Arxiv


« Mart 2010»
B.e. Ç.a Ç. C.a. C Ş. B.
1234567
891011121314
15161718192021
22232425262728
293031 


   


























eXTReMe Tracker

Bu sayt Kataloq.NET uzvudur

© Municipality.az 2007
Müəllif hüquqlari V.T. Cəfərova məxsusdur
Saytdakı materiallardan istifadə zamanı istinad etməyiniz zəruridir
Farkhadov WEB STUDIO