Parlament bununla bağlı qanun layihəsini müzakirə edəcək Milli Məclisin Regional məsələlər komitəsinin dünən keçirilən növbəti iclasında "Füzuli rayonunun ərazisində Birinci Zobucuq və Beşinci Zobucuq bələdiyyələrinin yaradılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Bu haqda məlumat verən parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, son illər Füzuli rayonunun Zobucuq adlanan ərazisində qaçqın və məcburi köçkünlər üçün eyniadlı beş qəsəbə salınıb. Komitə sədrinin sözlərinə görə, artıq həmin qəsəbələr fəaliyyətdədir, orada xeyli sayda insan yaşayır. İndi isə təklif olunur ki, Füzuli rayonunun Birinci Zobucuq və İkinci Zobucuq qəsəbələrini əhatə edən Birinci Zobucuq bələdiyyəsi, eləcə də Üçüncü Zobucuq, Dördüncü Zobucuq və Beşinci Zobucuq qəsəbələrini əhatə edən Beşinci Zobucuq bələdiyyəsi yaradılsın: "Onu da qeyd edim ki, həmin yaradılması nəzərdə tutulan bələdiyyələrin əhalisinin sayı təxminən 1000-1500 nəfər civarındadır. Yəni burada yeni bələdiyyələrin yaradılması üçün bütün lazımi şərait, infrastruktur mövcuddur".
Suraxanı RİH in yaydığı məlumata görə, 29 may 2009-cu il tarixdə icra hakimiyyətinin akt zalında dövlət qulluqçuları üçün seminar-məşğələ təşkil olunmuşdur. Seminarda Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları, RİHB-nin qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, idarə və müəssisə rəhbərləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Əhməd Talıbov “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi haqda 2007-2011-ci illərə dair Fəaliyyət Planı”nın icrası barədə seminar iştirakçılarına məlumat verib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əməkdaşı E.Aslanov seminar iştirakçılarına mühazirə oxuyaraq dövlət qulluqçularının və vəzifəli şəxsinlərin etik davranış qaydaları barədə geniş məlumat vermiş və iştirakçıları maraqlandıran suallara aydınlıq gətirmişdir.
«Bələdiyyələrin birləşdirilməsi onların qarşılaşdığı problemlərin azaldılmasına müəyyən qədər təsir göstərəcək. Faktiki olaraq, 993 bələdiyyənin birləşdirilməsi, yaxın gələcəkdə seçkidən sonra yeni formalaşan bələdiyyələrin həm maliyyə imkanlarına müəyyən qədər təsir göstərə bilər, həm də onların əhali ilə birbaşa işləməsinə və öz üzərlərinə düşən məsuliyyət yükünü artırmağa imkan verəcək». Bu sözləri Müstəqil İnformasiya Agentliyinə AVCİYA-nın eksperti Vüqar Tofiqli deyib. Onun qənaətincə, bələdiyyələrin maliyyə problemi ilə üzləşməsi istənilən halda onların vəziyyətlərinə və iş prinsipinə pis təsir göstərib: «Onların digər problemləri isə bələdiyyədaxili münasibətlərin və üzvlərinin təcrübəsiz, müəyyən qədər ali təhsil məsələlərinin orada tam şəkildə öz əksini tapmaması iş prinsiplərinə mənfi təsir göstərir. Bundan əlavə, bələdiyyə qanunvericiliyindəki boşluqların mövcudluğu, yerli icra hakimiyyəti orqanlarının onların işlərinə müdaxilə etməsi, istənilən halda bələdiyyə sisteminin daha yüksək səviyyəli inkişafına əngəl yaradır».İqtisadçı-ekspert onu da bildirib ki, bələdiyyələrin birləşdirilməsi bələdiyyə sistemini tam şəkildə formalaşdırmayacaq: «Bu kimi problemlərin aradan qaldırılması üçün atılan vacib addımlardan bir də bələdiyyələrin sayının azaldılmasıdır. Bələdiyyələrin birləşdirilməsi ilkin mərhələ üçün səmərə verə bilər. Bundan başqa, hətta ilkin dövrdə də müəyyən problemlərin yaranması ehtimalı böyükdür. Bu iş prinsipi yarımçıq qalmamalıdır, davam etdirilməlidir. Bu gün bələdiyyə qanunvericiliyinin ekspertizadan keçirilib, daha da təkmilləşdirilməsinə ehtiyac var. Bununla yanaşı, bələdiyyə ilə icra hakimiyyəti strukturlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi vacibdir. Proseslərin həyata keçməsində istər vətəndaş cəmiyyətinin təmisilçiləri, istərsə də cəmiyyət buna hazır olmalıdır
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunun Zəngişalı, Tərtər rayonunun Əskipara və Qaradağlı kəndlərində Azərbaycan Qızıl Aypara Cəmiyyəti və HOMS təşkilatı tərəfindən inşa olunmuş təhlükəsiz oyun meydançaları istifadəyə verilmişdir. Açılış mərasimlərində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin başçısı Tun Vandenhuv, HOMS təşkilatının prezidenti xanım Rut Lenk, Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Həsən Sarıyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev iştirak etmişlər.
Жители Сальянского района заявляют о нарушении прав собственности Р.РУСТАМОВ Zerkalo "Компания Azenko незаконно использует чужие земли", - заявил на состоявшемся вчера в Азербайджанском медиацентре "круглом столе" координатор Сети гражданского контроля земли в Сальянском районе Эмиль Мамедов. По его словам, в результате действий компании земли 22 собственников пришли в негодное состояние. "Представители компании заявляют им о том, что действуют с согласия главы исполнительной власти Расима Баширова. Когда же собственники захваченных земельных наделов обратились к главе исполнительной власти, тот заявил, что этот вопрос его не касается", - отметил Э.Мамедов. Э.Мамедов также сообщил присутствующим о том, что представители Azenko поначалу отказывались компенсировать собственникам нанесенный ущерб. "Однако после нашего вмешательства Azenko согласилась выплатить собственникам 300-350 манатов", - заявил он. На вопрос нашего корреспондента о том, почему же собственники не обращались в судебные органы, Э.Мамедов заявил, что у них нет денег на услуги адвоката. "Кроме того, они уверены в том, что суд примет решение в пользу компании", - заявил он.....
Municipality.azSumqayıt ŞİH- in yaydığı məlumata görə, cari ilin son bir ayı ərzində Sumqayıt şəhərində qəsəbədaxili və məhəllədaxili yolların böyük hissəsinin asfalt örtüyü dəyişdirilib, işlərin keyfiyyətinə nəzarəti daha da gücləndirilib. Belə ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsində 13 min, Corat qəsəbəsində isə 7500 kvadratmetr asfalt örtüyü salınıb. Şəhər İcra hakimiyyətinin şəhər təsərrüfatı şöbəsindən verilən məlumata görə son bir ay ərzində 3-cü mikrorayon ərzisində 3700 m2, 8-ci mikrorayon ərzisində 11000 m2, 11-ci mikrorayon ərazisində 4700 m2 asfalt örtüyü salınıb. Hazırda isə 18-ci mikrorayon ərazisində işlər davam etdirilir. Qeyd edək ki, bu ərazidə 5000 m2 asfalt örtüyünün salınması nəzərdə tutulur.
İqtisadi Təşəbbüslərə Yardım Birliyi yerli özünüidarəetmənin səlahiyyətlərinin artırılması ilə bağlı alternativlər təklif edir Dünən İqtisadi Təşəbbüslərə Yardım Birliyi bələdiyyələrin səlahiyyətlərinə həsr olunmuş mətbuat konfransı keçirib. Konfransda Birliyin hazırladığı və hökumətə təqdim edəcəyi "Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin müəyyən olunması mexanizmlərinini təkmilləşdirilməsi" adlı sənədin təqdimatı olub. Sənəd haqqında məlumat verən Birliyin sədr müavini Rövşən Ağayev bildirib ki, Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin məhdudluğu bu qurumların yarandığı dövrdən yerli özünüidarənin ən çox müzakirə doğuran problemlərindən biri olub. Bir tərəfdən səlahiyyətlərin məhdudluğu, digər tərəfdən isə onların müstəsna olmaması bələdiyyələrin real yerli hakimiyyətə çevrilməsinə mane olub. Avropa Şurasının Azərbaycan hökumətinə ünvanladığı tövsiyə sənədində bələdiyyələrin səlahiyyətlərinin sadəcə yerlərdə dövlət idarəetmə orqanlarının səlahiyyətlərini tamamlamağa və ya bu qurumların nəzarəti altında fəaliyyət göstərməyə gətirib çıxarır. Onun fikrincə, hazırda ölkə qanunvericiliyində bələdiyyələrin səlahiyyətlərilə bağlı nəzərdə tutulan mexanizmlər yerli özünüidarənin nəinki cəmiyyətin idarə olunmasında geniş iştirakına imkan vermir, hətta onların əhatə etdiyi ərazilərin lokal problemlərinin həllinə qanuni məsuliyyət daşıyan cavabdeh orqanlara çevirilməsinə hüquqi əsas yaratmır. R.Ağayev bələdiyyələrin səlahiyyətlərinin artırılması ilə bağlı Birliyin hazırladığı 3 alternativi iştirakçıların diqqətinə çatdırıb. Bələdiyyələrin səlahiyyətlərində müstəsnalığın təmin olunması və səlahiyyətlərin dəqiqləşdirilməsi (mövcud vəziyyətin saxlanılması); Bələdiyyələrin inzibati ərazi dairələri (kənd, qəsəbə və şəhər) üzrə vahid idarəetmə subyekti kimi müəyyən olunması şərtilə səlahiyyət bölgüsünün həyata keçirilməsi; Bələdiyyələrin yerli hakimiyyət statusunun təmin olunması şərtilə yerli özünüidarənin səlahiyyət bölgüsünün həyata keçirilməsi. Birliyin eksperti Samir Əliyev isə Aran rayonunda bələdiyyələr arasında apardıqları qiymətləndirmənin nəticələri barədə məlumat verib. Dediyinə görə, qiymətləndirmə Bərdə, Tərtər və Ağcabədi rayonlarını əhatə edib. S.Əliyevin bildirdiyinə görə, qiymətləndirmənin nəticəsi olaraq 5 bələdiyyə 2008-cilin nəticələrinə əsasən şəffaflıq və hesabatlılıq üzrə regionun ən yaxşı bələdiyyəsi seçiliblər: Dəymədağlı bələdiyyəsi (Bərdə); 1-ci Qaradəmirçi bələdiyyəsi (Bərdə); İsmayılbəyli bələdiyyəsi (Tərtər); Hacıqərvənd bələdiyyəsi (Tərtər); Qaravəlli bələdiyyəsi (Ağcabədi). Daha sonra S.Əliyev son günlər müzakirə mövzusu olan bələdiyyələrin birləşdirilməsi məsələlərinə də toxunub. Təmsil olunduğu birliyini hələ 8 ay əvvəl hökumətə bələdiyyələrin birləşdirilməsi ilə bağlı təkliflər paketi təqdim etdiyini xatırladan Əliyevin sözlərinə görə, təkliflərin mahiyyəti ondan ibarətdir ki, kiçik bələdiyyələr birləşdirilməlidir və birləşmə prosesi inzibati ərazi dairələri əsasında aparılmalıdır.
Azərbaycanın sol yönümlü partiyaları bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində birgə iştirak təşəbbüsü ilə çıxış ediblər. Bu barədə bildirən Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanovun sözlərinə görə, bu məqsədlə sol partiyalar arasında bir neçə görüş keçirilib. Bu istiqamətdə ilkin addım olaraq sol partiyaların birgə forumunun keçiriləcəyini deyən Rauf Qurbanovun sözlərinə görə, forumun sentyabrda keçirilməsi nəzərdə tutulub. Dediyinə görə, tədbirdə 3 sol yönümlü partiyanın - AKP, Azərbaycan Xalq Sosialist və Azərbaycan Demokratik Sol partiyaları iştirak edəcək: "Biz özünü sol partiya adlandıran digər qurumları ciddi qüvvə hesab etmirik. Çünki onların yalnız sədrləri və möhürləri var. Hətta bəzilərinin heç möhürü də yoxdur".