Azərbaycan Bələdiyyə Sistemi : Aprel 2009
***Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası       Bələdiyyələrlə bağlı ilk informasiya saytı        First information site on municipality             Первый информационный сайт о муниципалитетах ***
Əmlak vergisi necə hesablanır?. Fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir.Vergitutma obyektləriRezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri və s.Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:Onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən:bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə — 0,1 faizlə. 198.1.2. su və hava nəqliyyatı vasitələrinə görə:198.1.2.1. su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manati;198.1.2.2. hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.198.1.2.3. mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün —onların bazar qiymətinin 1 faizi.198.2. Müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.Vergi güzəştləri və azadolmalarDövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü idarəetmə orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları, dövlət fondları və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əmlak vergisini ödəməkdən azaddır.Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər azaldılır.Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:1. ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin;2. məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin;3. bu Məcəllənin 211.1.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb edilən avtonəqliyyat vasitələrinin;4. təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin;199.5. Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak vergisindən azaddır.Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası 200.1. Binalar üzrə əmlak vergisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada binaların inventar dəyərinə əsasən hesablanılır.Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.200.2. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır.200.3. Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq orqana təqdim edir.Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə — həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.200.6. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.Müəssisənin əmlak vergisinin hesablanması və ödənilməsi 201.1. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir.201.1.1. Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14.3.4-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.201.2. Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır.201.3. Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq, həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.201.4. Dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.Cari vergi ödəmələri bu Məcəllənin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.201.5. Müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir.Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.201.6. İllik bəyannamələr üzrə vergilər həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Hesablanmış verginin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.201.7. Müəssisələrin əmlak vergisi dövlət büdcəsinə ödənilir.Verginin ödənilməsini təsdiq edən sənəd olmadıqda, avtonəqliyyat vasitəsinin qeydiyyatı, yenidən qeydiyyatı və ya texniki baxışı keçirilmir.Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası202.0. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:202.0.1. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.202.0.2. Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.202.0.3. Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur.AR Vergi Məcəlləsi


Bələdiyyə sistemindən razısınızmı ?
Çox razıyam
Razıyam
Narazıyam
Çox narazıyam
Bilmirəm


Yekun
 
 
Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif olunur
Azərbaycan İnternet Forumundan municipality.az saytına daxil olan məlumata görə, təşkilat mayın 7-də növbəti toplantısını keçirməyi planlaşdırır. Toplantıda Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin nin səlahiyyətlərinin məhdudlaşdırılması ilə baglı təklifləri müzakirə ediləcəyi və bununla baglı Prezidentə Muraciətin qəbulu olunacağı bildirilir. Forumun toplantısında, habelə Milli Internet Musabiqəsinin Saytının və Mükafatın eskizinin təsdiqi, Internetin keyfiyyeti ilə baglı problemlər müzakirə çıxarılan məsələlər sırasındadır.

Municipality.az

30.4.2009 | 262
Quba bələdiyyələrindən enerji haqlarını ödəmək tələb olunur
Quba bələdiyyəsindən adını açıqlamaq istəməyən bələdiyyə üzvü rayonda mövcud olan bələdiyyələrin enerji haqlarının ödənişinə haqsız yerə cəlb edildiklərinin bildiriblər. Onun sözlərinə görə, proses yerli icra hakimiyyəti tərəfindən dəstəklənir və daim nəzarətdə saxlanılır. Municicipality.az saytına daxil olan məlumata görə, hər ay orta hesabla hər bir bələdiyyə 100 manat yerli elektrik şəbəkəsinə ödəmək məcburiyyətində qalır. Məlumatda o da qeyd olunur ki, hazırda Quba bələdiyyələrinə 12 min manat enerji borcu yazılıb ki, onu da yerli orqanlar ödəmək iqtidarında deyillər.
Qeyd edək ki, Quba da 101 bələdiyyə, 38 icra nümayəndəliyi var. Hər bir bələdiyyənin orta aylıq büdcə gəliri ötən il 837 manata bərabər olub.


Municipality.az

30.4.2009 | 330
Səbail rayonunda ərazinin yaşıllaşdırıılması və yeni ağacların əkilməsi diqqət mərkəzindədir
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Bakı şəhərində yaşıllıqların salınması və yeni ağacların əkilməsi ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırıqlara uyğun olaraq Səbail rayonunda xüsusi qərargah yaradılmış və tədbirlər planı hazırlanmışdır. Bu barədə Səbail Rayon İcra Hakimiyyətinin (RİH) şöbə müdiri İsrafil Kərimov məlumat vermişdir. Bildirilmişdir ki, hazırda RİH başçısının müavini Qəzənfər Novruzovun rəhbərlik etdiyi qərargah tərəfindən yaşıllaşdırılacaq və yeni ağacların əkiləcəyi ərazilər, burada əkiləcək ağacların və kolların suvarılması üçün su mənbələrinin müəyyənləşdirilməsi və yeni su xətlərinin çəkilməsi, ting və kolların alınması, əkiləcək ağaclara qulluq edəcək cavabdeh idarə, təşkilat və xidmət sahələri müəyyənləşdirilir.Cari ilin yaz əkini mövsümündə rayon ərazisində 16 min 500-dən çox ağac əkilmişdir. Gələcəkdə “Gülüstan” sarayının ətrafında, Bayıl sürüşmə zonasındakı Saraykin küçəsinin yuxarı və aşağı hissələrində, Xanlar bağında, mərkəzdəki Puşkin bağında, Badamdar şossesinin kənarlarında və digər yerlərdə 20 minə yaxın ağacın əkilməsi planlaşdırılır. Görülməsi nəzərdə tutulan işlərlə yanaşı, hər il Bayıl yamacındakı sürüşmə zonasında əkilən ağaclara qulluq olunur.

AzərTAc

30.4.2009 | 274
AZƏRBAYCANDA ELEKTRON TƏHLÜKƏSİZLİK İDARƏSİ YARADILACAQDIR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində Elektron Təhlükəsizlik İdarəsinin yaranması haqqında əsasnamə hazırlanmışdır. Əsasnamə hökumətə təqdim olunmuşdur. Nazirlikdən bildirmişlər ki, ölkədə dövlət orqanlarının informasiya təhlükəsizliyi ilə məşğul olan qurumlar fəaliyyət göstərir. Lakin bilavasitə vətəndaşlarla işləyən, onların sorğularını cavablandıran, şikayətlərini araşdıran, informasiya təhlükəsizliyi ilə bağlı operativ araşdırmalar aparan qurum yoxdur. Buna görə də Azərbaycanda Elektron Təhlükəsizlik İdarəsi yaradılacaqdır. Dövlət qurumlarının lisenziyalaşdırılmış proqram təminatından istifadə etməsi “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı çərçivəsində həyata keçiriləcəkdir.

AzərTAc

29.4.2009 | 249
Keçmiş “Qarabağ” mehmanxanasının söküntüsü başa çatıb
Söküntüsü iki ilə yaxın müddət ərazində dayanmış keçmiş “Qarabağ” mehmanxanasının söküntüsü başa çatmaq üzrədir. Etibarlı mənbədən municipality.az saytına daxil olan məlumata görə, ərazidə mehmanxana kompleksi inşa ediləcək. Bunun üçün tikinti şirkətləri ərazidə avtomobil dayanacagının ərazisinin və sakinlərə məxsusu mənzilləri alırlar. Yaxin müddət ərzində söküntü işləri başa çatdıqdan sonra, tikintinin inşasına start veriləcək. Layihəni Bakıda tanınmış iki tikinti şirkət tərəfindən həyata keçirildiyi deyilir. Bu şirkətlərin adları açıqlanmasada, layihənin müvafiq orqanlar tərəfindən artiq təsdiq olunduğu bildirilir.

Municipality.az

29.4.2009 | 288
"Bələdiyyələrin birləşməsi üçün qanunvericilikdə dəyişiklik etmək lazımdır"
Artıq hazırlıq prosesi gedir
Bələdiyyələrin birləşməsi və onların vahid qurum şəklində fəaliyyətini davam etdirməsi artıq bir neçə vaxtdır müzakirə olunsa da, rayon bələdiyyələri bundan heç də məmnun görünmürlər. Daha doğrusu, birləşmək istəmirlər. Bəs problemi necə aradan qaldırmalığ Məsələ ilə bağlı "OLAYLAR"a açıqlama verən müstəqil ekspert Vüqar Tofiqli artıq prezidentin sərəncam verdiyini və Nazirlər Kabinetinin məsələnin həlli ilə məşğul olduğunu bildirib. "Artıq hazırlıq işləri gedir. Prosesi sürətləndirmək üçün əhalinin say məhdudiyyəti nəzərə alınmaqla, qanunvericilikdə müəyyən dəyişiklik edilməlidir" deyən ekspert birləşmə məsələsinin əhəmiyyətini də vurğulayıb: "Bələdiyyələrin birləşməsi həm maliyyə mərkəzinin bir yerdə cəmləşməsi, həm büdcə vəsaitinə qənaət edilməsi, həm də əhalinin problemlərinin həlli baxımından əhəmiyyətli və faydalı olacaq".


Olaylar İA

29.4.2009 | 277
Masallıda immunlaşdırma kampaniyasi başa çatır
Masallı RİH dən daxil olan məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) təşəbbüsü ilə respublika miqyasında immunlaşdırma həftəsinin yüksək səviyyədə həyata keçirilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin 07.04.2009-cu il tarixli 33 saylı əmri əsasında hər hansı səbəbə görə qüvvədə olan milli təqvim müddətində peyvəntdən kənarda qalmış uşaqlar 20-26 aprel tarixli günlərində keçirilən həftəlik zamanı peyvəndə cəlb olunması nəzərdə tutulmuşdur. Cəmi 116 nəfər şagirdi əhatə edən kampaniyaya rayon GEM-i əvvəlcədəb ciddi hazırlıq işləri həyata keçirilmişdir.Belə ki, kənarda qalan uşaqların sayı müəyyənləşdirilmiş, vaksin bölgüsü aparılmış, tədbiri icra edəcək müalicə idarə rəhbərləri ilə seminar məşqələ keçirilmiş, müvafiq tapşırıqlar verilmiş, əhali arasında geniş izahat işi aparılmışdır.
Vərəm xəstəliyinin erkən aşkarından ötəri rayonun 27 müalicə idarəsi (o cümlədən Bədalan, Qızılavar, Yeyənkənd, Güllütəpə, Zuvandlı, Yelağac, Bambaşı, Kosakül, Böyük Xocavar, Binə Xocavar, Köhnə Alvadı, Təzə Alvadı, Əhmədli, Həsənli, Köçəkli, Xırmandalı, Ərəb, Hacıtəpə, Qızılağac, Hüseynhacılı, Öncəqala, Təzəkənd, Sərçuvar, Xıl, Gəyəçöl, Lürən, Muasəküçə) xidmət ərazisində yerləşən məktəblərdəki cəmi 12180 nəfər şagirdlər arasında diaqnostik məqsədlə Mantu sınağı aparmaq üçün 15000 doz tuberkulin bölüşdürülmüşdür. Rayonun 99 ümumtəhsil məktəblərində I-VI siniflərdə 16200 şagirdi müalicəyə cəlb etmək məqsədilə bütün müalicə idarələrini müvafiq preparatlarla təmin edilmişdir.
24 apreldən başlamış tədbir aprel ayınımn sonunadək başa çatdırılacaq.


Municipality.az

29.4.2009 | 260
Sumqayıtda birinci rübün yekunları müzakirə edilib
heute.jpg (11.13 Kb) Sumqayıt şəhər İcra hakimiyyətində 2009-cu ilin birinci rübündə şəhərin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumşəhər yığıncağı keçirilib. Sumqayit ŞİH-dən daxil olan məlumata görə, yığıncaqda çıxış edən şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev ötən müddət ərzində görülmüş işlər, əldə olunmuş uğurlar və qarşıda duran vəzifələr barədə danışıb. Eyni zamanda, yığıncaqda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Sumqayıt şəhərinin 60 illik yubileyinin keçirilməsi haqqında” 24 aprel 2009-cu il tarixli sərəncamının icrası, həmçinin şəhərin ekoloji durumu, yaşıllıqlara diqqətin artırılması, ağacların qanunsuz olaraq kəsilməsinin qarşısının alınması barədə müzakirələr aparılıb. Yığıncaqda 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin müdiri F.Həsənov, şəhər Səhiyyə şöbəsinin müdiri R. Sadıxov, Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin müdiri A.Əliyev, Memarlıq və şəhərsalma idarəsinin rəisi vəzifəsini icra edən M.Abbasov, şəhər Mədəniyyət idarəsinin rəisi N. Qafarov və “İnter tekstil” ASC-nin İH-nin sədri Ş. Musayev çıxış edərək iştirakçılara məlumat veriblər.

Municipality.az

29.4.2009 | 250
  1 2 3 ... 16 17 18  Next »









 


Arxiv


« Aprel 2009»
B.e. Ç.a Ç. C.a. C Ş. B.
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


   


























eXTReMe Tracker

Bu sayt Kataloq.NET uzvudur

© Municipality.az 2007
Müəllif hüquqlari V.T. Cəfərova məxsusdur
Saytdakı materiallardan istifadə zamanı istinad etməyiniz zəruridir
Farkhadov WEB STUDIO