Bunun üçün xüsusi məntəqələrin tikintisi nəzərdə tutulub Sumqayıt şəhər Təmizlik Departamentindən verilən məlumata əsasən yaxın gələcəkdə şəhərin müxtəlif məhəllə və mikrorayonlarında məişət tullantıları toplanan məntəqələrin tikilməsi nəzərdə tutulub. Qeyd edək ki, hazirda şəhərdə 1200-ə yaxın konteyner və 15 çeşiddə xüsusi təyinatlı, müasir tipli küçə təmizləyici maşınlardan istifadə edilir.
Sumqayıt Şəhər İcvra Hakimiyyətinion yayadığı məlumata görə, səhər əhalisinin su ilə tam təchiz olunmasını təmin etmək məqsədilə son zamanlar bir sıra işlər görülüb. Belə ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsindən şəhərə gələn diametri 500 mm magistral şollar su kəməri istismara yararsız olduğundan, 9,8 km uzunluğunda yeni polietilen boru ilə su xətti çəkilib. Bundan əlavə Ceyranbatan su anbarından Sumqayıt şəhərinə gələn diametri 600 və 1000 mm magistral su kəmərinin 10 və 12-ci mikrorayonlar ərazisindən keçən hissəsi istismara yarasız olduğundan hər birinin uzunluğu 2,5 km olmaqla yeni borularla əvəz edilib. Bu proseslərin həyata keçirilçməsində bələdiyyənində yaxından iştirak etdiyi bildirilir.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov yekun hesabat yığıncagında bildimiş dir ki, rayonun sənaye müəssisələri tərəfindən 2008-ci il ərzində yerinə yetirilmiş işlərin, göstərilən xidmətlərin həcmi 158,1 milyon manata, sənayedə çalışan bir işçinin orta aylıq əmək haqqı 490 manata çatdırılmış, müəssisələrdə və firmalarda 1490 nəfər yeni iş yerləri ilə təmin olunmuş, ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun çəkisi 65,5 % təşkil etmişdir. Rayonda yeni sənaye sahələrinin yaradılması, onların yenidən qurulması işləri davam etdirilmiş, Bülbülə qəsəbəsində asfalt, beton və səki daşlarını istehsal edən zavod tikilmiş, Əmircan qəsəbəsində yerləşən “Bakı Transformatorlar Zavodu” ASC-nin yeni korpusunun, Zığ qəsəbəsində isə Süd emalı zavodunun tikintisi işləri davam etdirilmişdir. Zığ qəsəbəsi “Dədə Qorqud” adlanan yaşayış sahəsində və Yeni Suraxanı qəsəbəsində poçt şöbələri üçün binalar inşa edilmiş, Əmircan qəsəbəsi A.Rzayev küçəsində 300 p.m. kanalizasiya xətti, Hövsan kanalının yenidən qurulması üçün 2560 p.m. kanalizasiya xətti çəkilmiş, Hövsan qəsəbəsində Olimpiya idman kompleksinin tikintisi işləri davam etdirilmişdir. Əmircan qəsəbəsində rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisi işləri başa çatdırılmış, Heydər Əliyev Mərkəzinin və yeni Heydər Əliyev parkının salınması işləri başa çatmaq üzrədir. Bütün mənbələr hesabına rayonda 243,0 min kv.m. asfalt örtüyü salınmışdır.
“İnsan Hüquqları üzrə İctimai Şura” ictimai birliyin dən municipality.az saytınma daxil olan məlumata görə, təşkilat “Azərbaycanda qondarma “siyasi məhbus” problemi: mif və reallıqlar” mövzusunda Dəyirmi Masa keçirməyi qərara alıb. Tədbirə dövlət rəsmiləri, QHT və KİV təmsilıçiləri dəvətlidirlər. Dəyirmi Masa 04 mart 2009-cu il saat 12:00-da “Caspian Plaza” biznes mərkəzinin konfrans zalında keçiriləcəkdir. (Ünvan: C. Cabbarlı 44)
Komitə rəsmisi: “Qaydaların yenidən hökumət tərəfindən təsdiqlənməsinə ehtiyac yoxdur və prezidentin fərmanında bu barədə Nazirlər Kabinetinə heç bir tapşırıq verilməyib” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bələdiyyələrin mülkiyyətində olan torpaqların alqı-satqısı üzrə müsabiqə və hərracların keçirilmə qaydalarını müəyyən edib. O cümlədən, hərrac və müsabiqə zamanı tətbiq ediləcək güzəştlər də artıq dəqiqləşib. Amma yeni qaydaları hökumət təsdiq etməyəcək. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin aparatının rəhbəri Rafiq Süleymanov Lent.az-a bildirib ki, bu məsələ dövlət üçün son dərəcə aktual olduğundan qaydalar prezidentin təsdiq etdiyi fərmanda tam şəkildə əksini tapıb. Onun sözlərinə görə, torpaq qanunvericiliyinə edilən əlavə və dəyişikliklərə uyğun olaraq, hərrac və müsabiqələrin keçirilməsi, habelə komissiyaların təşkili qaydaları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin kollegiya iclasının qərar əsasında qəbul olunub: “Doğrudur, dövlətin bütün prosedura qaydalarını adətən, Nazirlər Kabineti təsdiq edir. Ancaq bələdiyyə torpaqlarının hərrac və müsabiqələr yolu ilə satışa çıxarılmasına dair qaydaları “Torpaq bazarı” haqqında qanunun 6-cı və 7-ci maddələrinə uyğun olaraq, prezident özü təsdiq edib”.////////
Hövsan qəsəbəsində Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sakinlərlə növbəti səyyar görüşü olmuşdur. Görüşdə 80 nəfərə qədər sakin, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, RİHB-nin Hövsan qəsəbə nümayəndəliyinin və qəsəbə bələdiyyəsinin əməkdaşları iştirak etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Hövsan qəsəbəsində ötən il ərzində görülmüş işlər və 2009-cu ildə qarşıda duran vəzifələr barədə sakinlərə məlumat vermiş, qəsəbədə kommunal xidmətlərdə mövcud problemlər daim diqqət mərkəzində saxlanıldığını qeyd etmişdir. Sakinlər isə öz növbələrində qəsəbədə su təminatında fasilələrin təsadüf edildiyini və su pulunun ödənilməsində bəzi hallarda anlaşılmamazlıqların olduğunu diqqətə çatdırdılar.
<«Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyətinin yaydığı məlumata görə, cəmiyyətdə çalışan mühəndis-texniki işçilərin və fəhlələrin, eyni zamanda energetika sahəsinə marağı olan işçi heyətdən olmayan vətəndaşların bilik və peşəkarlıq səviyyəlirini artırmaq məqsədi ilə Cəmiyyətin Tədris Mərkəzində bir neçə istiqamətdə: “Rele mühafizəsi və elektrik avadanlıqlarının istismarı”, “Elektrik sayğaclarının təmiri və quraşdırılması” “Elektrik verlişi, hava və kabel xətlərinin istismarı, təmiri, sınağı”, “Elekrik şəbəkələrinin istismarı”, “Kompüter şəbəkəsi və proqramlar” və “Telefonçu” ixtisasları üzrə müntəzəm olaraq bir aylıq ixtisasartırma kursları keçirilir. Səhmdar Cəmiyyət üzrə təşkil edilmiş “Rele mühafizəsi və elektrik avadanlıqlarının istismarı” üzrə kursa 143 nəfər mütəxəssis cəlb edilmişdir ki, onlardan 103 nəfəri kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış, 28 nəfər isə kursu qeyri-qənaətbəxş olaraq bitirmişdir. 12 nəfər isə kursları davam etdirir. Tədris Mərkəzində təşkil edilmiş “Elektrik sayğaclarının təmiri və quraşdırılması” adlı kursa 65 nəfər mütəxəssis cəlb edilmişdir ki, onlardan 51 nəfəri kursu müvəfəqiyyətlə bitirərək sertifikat almışdır. 14 nəfər isə kursu qeyri-qənaətbəxş olaraq bitirmişdir. Mərkəzdə təşkil edilmiş “Elektrik verlişi, hava və kabel xətlərinin istismarı, təmiri, sınağı” üzrə kursa 113 nəfər mütəxəssis cəlb edilmişdir ki, onlardan 63 nəfəri kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış, 50 nəfər isə kursu qeyri-qənaətbəxş olaraq bitirmişdir. Həmçinin “Elektrik şəbəkələrinin istismarı” adlı kursa 39 nəfər müdavim cəlb edilmişdir ki, onlardan 14 nəfər kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış, 13 nəfəri kurslara davam edir, 12 nəfər isə kursu qeyri-qənaətbəxş olaraq bitirmişdir. Kompüter ixtisası üzrə kursa 52 nəfər mütəxəssis cəlb edilmişdir. Eyni zamanda şəbəkədə 97 nəfər telefonçu “Kompüter şəbəkəsi və proqramlar” kursuna cəlb edilmiş, onlarda 51 nəfər müsbət nəticə göstərmişdir. Ümumilikdə bu günə qədər Cəmiyyətin Tədris Mərkəzində ixtisasartırma kurslarına 360 nəfər müdavim cəlb edilmişdir ki, onlardan 231 nəfər kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış, 104 nəfər isə kursu qeyri-qənaətbəxş olaraq bitirmişdir. 25 nəfər isə kursu davam etdirir.
Azərbaycanın Dünya Ticarət Təşkilatı (DTT) Üzvlüyünə Dəstək Koalisiyası həyata keçirdiyi “Dünya Ticarət Təşkilatının təsirləri haqqında özəl sektorun məlumatlılığının artırılması və bu istiqamətdə biznes vəkilliyinin təşviqi” layihəsi çərçivəsində ikinci seminarı martın 6-da Qusar şəhərində təşkil edəcəkdir. Sumqayıtda keçirilmiş məlumat xarakterli ilk seminarda olduğu kimi, Qusardakı müzakirələrdə də turizm, yeyinti istehsalı, ticarət, istehsalat və xidmət sahələrinin baş menecerlərinin, həmçinin biznes assosiasiyalarının və dövlət nümayəndələrinin iştirakı gözlənilir. Tədbirin əsas məqsədi iştirakçıları dövlətin DTT-yə üzvlüklə bağlı fəaliyyəti ilə daha yaxından tanış etmək və Qusarda fəaliyyət göstərən qurumlara bu üzvlüyün potensial faydalarını çatdırmaqdır. Seminarların gələcəkdə Mingəçevir, Zaqatala və Masallıda da təşkil ediləcəyi planlaşdırılır. Mütəxəssislər tərəfindən keçiriləcək bu tədbirlər regionlarımızın mövcud iqtisadi xüsusiyyətlərinə uyğunlaşdırılmışdır. Xatırladaq ki, Azərbaycanın Dünya Ticarət Təşkilatı Üzvlüyünə Dəstək Koalisiyası Azərbaycan Marketinq Cəmiyyəti və “PPAXİS” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən DTT-yə dair məlumatlılığın artırılması, özəl sektorun aparıcı nümayəndələri, dövlət və QHT-lər arasında quruma üzvlüklə bağlı danışıqları dəstəkləmək üçün yaradılmışdır.