Azərbaycan Bələdiyyə Sistemi : Yanvar 2009
***Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası       Bələdiyyələrlə bağlı ilk informasiya saytı        First information site on municipality             Первый информационный сайт о муниципалитетах ***
Əmlak vergisi necə hesablanır?. Fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir.Vergitutma obyektləriRezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri və s.Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:Onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən:bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə — 0,1 faizlə. 198.1.2. su və hava nəqliyyatı vasitələrinə görə:198.1.2.1. su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manati;198.1.2.2. hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.198.1.2.3. mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün —onların bazar qiymətinin 1 faizi.198.2. Müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.Vergi güzəştləri və azadolmalarDövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü idarəetmə orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları, dövlət fondları və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əmlak vergisini ödəməkdən azaddır.Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər azaldılır.Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:1. ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin;2. məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin;3. bu Məcəllənin 211.1.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb edilən avtonəqliyyat vasitələrinin;4. təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin;199.5. Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak vergisindən azaddır.Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası 200.1. Binalar üzrə əmlak vergisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada binaların inventar dəyərinə əsasən hesablanılır.Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.200.2. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır.200.3. Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq orqana təqdim edir.Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə — həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.200.6. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.Müəssisənin əmlak vergisinin hesablanması və ödənilməsi 201.1. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir.201.1.1. Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14.3.4-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.201.2. Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır.201.3. Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq, həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.201.4. Dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.Cari vergi ödəmələri bu Məcəllənin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.201.5. Müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir.Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.201.6. İllik bəyannamələr üzrə vergilər həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Hesablanmış verginin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.201.7. Müəssisələrin əmlak vergisi dövlət büdcəsinə ödənilir.Verginin ödənilməsini təsdiq edən sənəd olmadıqda, avtonəqliyyat vasitəsinin qeydiyyatı, yenidən qeydiyyatı və ya texniki baxışı keçirilmir.Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası202.0. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:202.0.1. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.202.0.2. Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.202.0.3. Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur.AR Vergi Məcəlləsi


Bələdiyyə sistemindən razısınızmı ?
Çox razıyam
Razıyam
Narazıyam
Çox narazıyam
Bilmirəm


Yekun
 
 
Bir ildə 400 bələdiyyə üzvü cəzalandırılıb
2008-ci ildə bələdiyyələrdən Ədliyyə Nazirliyinə 2000-ə yaxın şikayət daxil olub
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Üzrə Mərkəzinin rəhbəri Mehdi Səlimzadə bələdiyyələrin fəaliyyəti ilə bağlı Milli Məclisin Regional məsələlər daimi komissiyasının iclasında hesabat çıxışı edib. İllik məruzənin bir sıra məqamları ilə komissiya üzvlərini tanış edən Mehdi Səlimzadənin sözlərinə görə, rəhbərlik etdiyi qurum öz işini ötən bir il ərzində millət vəkillərinin irəli sürdüyü təklif və iradlar əsasında qurmağa çalışıb.
M.Səlimzadə qeyd edib ki, sözügedən qurumun, eləcə də Prezidentin İcra Aparatının müvafiq şöbəsinin, Həmkarlar İttifaqları Konfederasiyasının və digər aidiyyəti qurumların yaxından iştirakı ilə maarifləndirmə istiqamətində bələdiyyələr üçün 24 seminar-müşavirə təşkil olunub. M.Səlimzadənin dediyinə görə, 2008-ci ildə sözügedən quruma 1615 şikayət xarakterli müraciət daxil olub ki, onlardan da 80-i yerində öyrənilib: «Bir neçə müraciətdə qanunazidd hallar təsdiqləndiyindən, onlar hüquqi qiymət verilməsi üçün müvafiq dövlət orqanlarına göndərilib. Ötən bir il ərzində 17065 bələdiyyə aktı daxil olub və onlardan 436-sı sonradan ləğv edilib. 421 bələdiyyə üzvü ilə bağlı inzibati xəta protokolu tərtib olunub və bu yöndə 301 məhkəmə qərarı çıxarılıb. Ötən müddət ərzində 6090 hektar torpaq sahəsi yenidən bələdiyyələrin mülkiyyətinə qaytarılıb».
Geniş müzakirələrdən sonra sözügedən məsələ parlamentin 2009-cu ilin yaz sessiyasının plenar iclasına tövsiyə olunub.


Pərviz
www.bizimyol.az

31.1.2009 | 268
Ədliyyə Nazirliyi Badamdar bələdiyyəsində yoxlama aparır
Heydər Əliyev Parkının əsaslı təmiri üçün bələdiyyə büdcəsindən 100 min manat ayrılıb
Badamdar bələdiyyəsi dövlət torpaq fonduna aid sahələri qanunsuz şəkildə sənədləşdirib. Bu barədə məlumatı «Municipality.az» saytına həmin bələdiyyənin üzvü olan adının çəkilməsini istəməyən mənbə verib.Onun sözlərinə görə, 2007-ci ilin dekabrında Ədliyyə Nazirliyinin müvafiq strukturunun məktubuna məhəl qoymayan sədr ötən il ərzində onlarca torpaq sahəsini heç bir hüquqi əsası olmadan bələdiyyə sənədi ilə sənədləşdirib. Maraqlı məqam isə həmin vəsaitin bu gün hara xərclənməsi barədə heç bir bələdiyyə üzvündə məlumatın olmamasıdır. Hətta bələdiyyə sədrinin qanunsuz hərəkətləri Badamdar qəsəbə nümayəndəliyinin yekun iclasında da müzakirə olunub. Həmin iclasda o da qeyd olunub ki, 2008-ci ilin iyun ayında Heydər Əliyev Parkının əsaslı təmiri üçün bələdiyyə büdcəsindən 100 min manatdan artıq vəsait “silinib”. Maliyyə vəsaitinin silinməsini isə sədr tender və ya müsabiqə keçirmədən yalnız özünə məxsus “Emin-H” firmasının xətti ilə həyata keçirib.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən isə öyrəndik ki, daxil olan şikayətlər əsasında hazırda Badamdar bələdiyyəsində maliyyə fəaliyyəti ilə bağlı araşdırma aparılır.
Badamdar bələdiyyəsinin sədri ilə əlaqə saxlamaq istəyimiz alınmadı.


Vüsalə RÜSTƏMOVA
www.bizimyol.az

P.S.Municipality.az saytının yazdıqları bir daha öz təsdiqinin tapdı. Artıq Ədliyyə nazirlininin müvafiq strukturu tərəfindən bələdiyyədə araşdırmalar aparılır.
31.1.2009 | 386
Milli Məclisin Regional məsələlər Daimi komissiyasinin cari il yaz sessiyasi üçün işlər plani təsdiq edilmişdir
Yanvarın 30-da Milli Məclisin regional məsələlər daimi komissiyasının 2009-cu ilin yaz sessiyasında ilk iclası keçirilmişdir. Komissiyanın sədri Arif Rəhimzadə 2008-ci ilin payız sessiyası dövründə yerinə yetirilmiş qanunvericilik işləri barədə məlumat vermişdir. Bildirilmişdir ki, komissiyanın bu dövrdə keçirilmiş 3 iclasında 9 məsələ, o cümlədən 7 qanun layihəsi müzakirə olunmuşdur. Hesabat dövründə inzibati ərazi quruluşu ilə bağlı işlər üzrə komissiyada işçi qrupları yaradılmış, məsələlər yerində öyrənilmişdir. Komissiya üzvlərinin beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində xeyli iş apardığı, ölkədə keçirilmiş bələdiyyə tədbirlərində iştirak etdikləri diqqətə çatdırılmışdır. Sonra komissiyanın yaz sessiyasında görəcəyi işlərin planı müzakirə olunmuşdur. Milli Məclisin 2009-cu il yaz sessiyasının müzakirəsinə çıxarılması nəzərdə tutulan məsələlər barədə məlumat verən komissiyanın sədri demişdir ki, fevralda “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyilikliklər edilməsi barədə”, “Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında” Əsasnaməyə dəyişiklik edilməsi barədə”, martda “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”na bəzi əlavə və dəyişikliklər edilməsi barədə” qanun layihələri müzakirə olunacaqdır.
Arif Rəhimzadə, həmçinin Milli Məclisin cari ilin payız sessiyasının müzakirəsinə təqdim edilmək üçün hazırlanan qanun layihələri barədə də məlumat vermişdir. İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi də dinlənilmişdir. Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə bildirmişdir ki, ötən il maarifləndirilmə tədbirləri çərçivəsində keçirilmiş 24 seminar-müşavirədə 1214 nəfər bələdiyyə üzvü və qulluqçusu iştirak etmişdir. Bu tədbirlərdə əsasən insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu, bələdiyyələrdə korrupsiya problemləri və onların qarşısının alınması, bələdiyyələrdə vətəndaşların müraciətlərinə baxılması və s. məsələlər müzakirə olunmuşdur. Sonda iş planı təsdiq edilmiş, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik hesabatı Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.
İclasda bir sıra bələdiyyələrin sədrləri də iştirak etmişlər.


AzərTAc

31.1.2009 | 252
Ötən il bələdiyyələrlə bağlı 15 cinayət işinin açılması üçün sənədlər hüquq-mühafizə orqanlarına göndərilib
2008-ci ildə bələdiyyələrlə bağlı 15 cinayət işinin açılması üçün sənədlər hüquq-mühafizə orqanlarına göndərilib. APA-nın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadənin bu gün Milli Məclisin Regional məsələlər daimi komissiyasının iclasında müzakirə olunan illik məruzəsində qeyd olunub. Məruzədə bildirilib ki, ötən il bələdiyyələrlə bağlı mərkəzə 1615 müraciət daxil olub, onlardan 80-i şikayət xarakterli olub, bələdiyyələrin verdiyi 635 aktın ləğv olunması tələb edilib. Onlardan 436-sı ləğv edilib, 421 bələdiyyə sədri haqqında inzibati xətalara yol verilməsi barədə protokol tərtib olunub. 6090 hektar torpaq sahəsinin verilməsi isə qanunsuz hesab edilib və həmin torpaqlar bələdiyyə mülkiyyətinə qaytarılıb.
Məruzədə o da qeyd edilib ki, hazırda Azərbaycanda 2757 bələdiyyə var.
Komissiya məruzəni Milli Məclisin iclasına tövsiyə edib.


APA

30.1.2009 | 253
Milli internet ünvanların qeydiyyatının dövlət qurumunun nəzarətinə keçməsi yerli və beynəlxalq normalara ziddir
Domen adlarının qeydiyyatından əsasız olaraq imtina halları müşahidə olunur. Hələki normal qeydiyyat Qaydalar yoxdur.
Milli internet ünvanların - .az domeninin qeydiyyatı sahəsində mövcud vəziyyətlə bağlı Xeberler.az –ın Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ilə müsahibəsi.
Osman müəllim, hazırda milli internet ünvanların - domenlərin qeydiyyatı prosesi necə həyata keçirilir , bu proses yerli və beynəlxalq normala cavab verirmi? Hansı qurum səlahiyyətlidir az domeninin qeydiyyatı üçün?

-Hazırda qeydiyyat prosesində inhisarçılıq mövcuddur. Şəffaflıq yoxdur. Domen adlarının qeydiyyatından əsasız olaraq imtina halları müşahidə olunur. Hələki normal qeydiyyat Qaydalar yoxdur.
O ki qaldı hüquqi status məsələsinə, bu proses uzun müddət AzCom adlanan qurumun qeyri-qanuni olaraq səlahiyyətində olub və qeydiyyat prosesi İnternet ictimaiyyətin ciddi qınaqları ilə üzləşib. AİF tərəfindən bu prosesin legitimləşdirilməsi istiqamətində ciddi addımlar atılıb. Bir neçə dəfə müəyyən dövlət və özəl qurumlar tərəfindən qeyri-qanuni olaraq legitimləşmə prosesi aparmaq istəyərkən AİF İnternet ictimaiyyətin dəstəyi ilə , bu sahədə əsas qurum olan İCANN –nin köməkliyi ilə onun qarşısını almışdı. Eyni zamanda indiki nazir yeni fəaliyyətə başlayan an da .az domeninin tamamilə beynəlxalq normalara uyğun olaraq qeydiyyat prosedurasının qurulması haqqında göstərişlər vermişdi. Lakin təəssüf ki, RİTN-nin və digər əlaqədar qurumların iştirakı ilə aparılan legitimləşmə prosesi birdən-birə yarımçıq saxlanıldı.

30.1.2009 | 375
“NETTY-2009” AKADEMİYASININ İLK İCLASINDA YENİ NOMİNASİYALAR MÜZAKİRƏ EDİLMİŞDİR
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirmişlər ki, “Netty-2009” akademiyasının ilk iclasında yeni nominasiyalar müzakirə edilmişdir.
İclasda “Netty-2009 milli internet mükafatı” müsabiqəsindən kənar 3 kateqoriya təsis edilmişdir. Qərara alınmışdır ki, 2009-cu ilin Azərbaycanda “Uşaq ili” elan olunması çərçivəsində “Ən yaxşı uşaq saytı” (“Uşaqlar internetdə”), Bakının 2009-cu ildə islam mədəniyyətinin paytaxtı elan olunması çərçivəsində “Bakı haqqında ən yaxşı sayt” (“Paytaxt”) və “Ən yaxşı dizayn” nominasiyaları keçirilsin. Bundan əlavə “İlin informasiya texnologiyaları hadisəsi” adlı yeni fəxri nominasiya da təsis edilmişdir


AzərTAc

30.1.2009 | 280
Təbiətə ziyana vüran 20 min manat cərimə ödədi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Göyçay, Ucar, Zərdab, Kürdəmir) reyd və yoxlamalar keçirib.
Şöbədən verilən məlumata görə yoxlamalar nəticəsində ötən il ərzində 82 akt və 53 protokol tərtib olunub. Məlumatda deyilir ki, su mühafizəsi sahəsində 10 akt tərtib olunmaqla yanaşı 710 manat məbləğində məcburi ödəmə hesablanıb. Atmosfer havasının mühafizəsi sahəsində 6 akt, 1090 manat məcburi ödəmə, yerin təkinin mühafizəsində 3 akt və 3 protokol, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 16 akt və 15 protokol, floranın mühafizəsi sahəsində 41 akt və 6 protokol, faunanın mühafizəsi sahəsində 3 akt və 12 protokol, torpağın mühafizəsi sahəsində isə 3 akt və 3 protokol tərtib olunub. Müvafiq olaraq cərimələr tərtib olunub və onların ödənməsi təmin olunub. Ümuniyyətlə, şöbə tərəfindən il ərzində təbiətə vurulan ziyan və törədilmiş inzibati xətalarla əlaqədar Təbiəti Mühafizə Ehtiyat Fonduna 18614 manat vəsait ödənib
.

Goychay.az

30.1.2009 | 292
Lənkəran bələdiyyəsi 15 min manta lıq maddi yardım göstərib
Lənkəran bələdiyyəısindən municipality.az saytına daxil olan məlumata görə, 2008-ci il ərzində bələdiyyəyə 230 məktub, ərizə və şikayət daxil olmuşdur. O, cümlədən, idarə və təşkilatlardan daxil olan məktubların sayı 116 ədəd, vətəndaşlar tərəfindən daxil olan ərizə və şikayətlərin sayı 104 ədəd təşkil etmişdir. Daxil olan ərizələrdə 11 ədəd torpaqla bağlı, 2 ədəd qulluğa qəbulla bağlı, 28 ədəd maddi yardımla bağlı və 13 ədəd digər məsələlərlə bağlı müraciətlər olmuşdur. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqinda” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir. Müxtılif məsələlərlə bağlı bələdiyyə aparatı tərəfindən 749 vətəndaş qəbul edilmişdir. Vətəndaşların bələdiyyəyə edilən müraciətlərinə əsasən 26 nəfərə yardım göstərilmiş, o cümlədən 2 nəfərə vergi borcunu ödəmək üçün yardım edilmişdir.Verilən məlumata görə, ümumilikdə 2008-ci il ərzində bələdiyyə tərəfindən 14900 manatlıq yardımlar edilmişdir. Bu ötən ilin müvafiq dövrünə görə 3,9 dəfə çoxdur. Yardım alanlar əsasən müharibə əlilləri və veteranlar, maddi durumları ağır olan vətəndaşlar olmuşdur. Böyük Vətən Müharibəsi veteranlarına 500 manat məbləğində yardım verilmişdir. Bunlardan başqa Novruz bayramı ilə əlaqədar vərəm dispanserinə 350 manat məbləğində dərman preparatları alınmış, həmçinin imkansız ailələrə 452 manatlıq ərzaq yardımları edilmişdir.

Municipality.az

30.1.2009 | 291
  1 2 3 ... 9 10 11  Next »









 


Arxiv


«Yanvar 2009»
B.e. Ç.a Ç. C.a. C Ş. B.
 1234
567891011
12131415161718
19202122232425
262728293031 


   


























eXTReMe Tracker

Bu sayt Kataloq.NET uzvudur

© Municipality.az 2007
Müəllif hüquqlari V.T. Cəfərova məxsusdur
Saytdakı materiallardan istifadə zamanı istinad etməyiniz zəruridir
Farkhadov WEB STUDIO