Ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan azərbaycanlıların hər il dekabrın 31-də təntənə ilə qeyd etdiyi Dünya azərbaycanlılarının həmrəyliyi günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Uzun illərdən bəri bütün dünyada yaşayan həmvətənlərimizi və soydaşlarımızı düşündürən dünya azərbaycanlılarının həmrəyliyi ideyası ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri sayəsində dövlət siyasəti səviyyəsinə qaldırılmış və ardıcıl olaraq həyata keçirilmişdir.....
Bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov məlumat verib. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi regional idarələri üçün yerli özünüidarəetmə orqanları torpaqlarının vahid hərraclarının keçirilməsi sistemini hazırlamağa başlayıb. Bundan sonra bələdiyyələrin sərəncamında olan torpaqlar hərrac yolu ilə satılacaq. Bu barədə komitənin sədri Qərib Məmmədov məlumat verib. O bildirib ki, vahid sistemin yaradılmasının əsas məqsədi mümkün xaosu aradan qaldırmaq, komitənin hər bir yerli və regional idarəsində hərracların keçirilməsinə nail olmaqdır. Xatırladaq ki, ölkə prezidentinin 10 dekabr 2008-ci il tarixli qərarına əsasən, yerli özünüidarəetmə orqanlarının torpaqları yalnız hərraclar vasitəsilə satılacaq, hərracların keçirilməsi səlahiyyətləri isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə verilib. Hərracda qalib gəlmiş hüquqi və yaxud fiziki şəxslə müqavilə mülki və torpaq qanunvericiliyinə müvafiq olaraq, 20 gündən gec olmayaraq bağlanılacaq.
Bu barədə Sumqayıt şəhər İcra hakimiyyəti başçısının müavini Tariyel Hacıyev məlumat verib. Sumqayıt şəhər İcra hakimiyyəti saytının yaydığı məlumatda bildirilir ki, şəhər İH-i başçısının 7 noyabr 2008-ci il tarixli sərəncamı ilə Mənzil Kommunal Təsərrüfatı İstehsalat-İstismar Birliyinin tərkibinə daxil olan Sanitar Təmizliyi İdarəsinin bazasında müstəqil, tam təsərrüfat hesablı, özünümaliyyələşdirmə prinsipləri əsasında yaradılan “Sumqayıt şəhər Təmizlik Departamenti”nin əsas məqsədi şəhər ərazisində bərk məişət tullantılarının idarəçiliyi sahəsində işlərin təkmilləşdirilməsi və şəhər üzrə təmizlik və abadlıq işlərinin aparılmasıdır. Artıq Departamentin ilkin maddi-texniki bazası formalaşdırılıb. İcra hakimiyyəti başçısının müavini T.Hacıyev 2009-cu ilin 1 yanvar tarixindən etibarən departamentin tam fəaliyyətə başlayacağını və qış mövsümündə şəhərdə təmizlik işlərinin aparılmasına xüsusi diqqət veriləcəyini bildirdi.
Rahib Rzayevin barəsində məhkəmə hökmü olmasına baxmayaraq, hələ də vəzifəsini icra edir Buzovna qəsəbəsinin bir qrup sakini bələdiyyə sədri Rahib Rzayevin özbaşınalığından cana doyublar. Onların sözlərinə görə, bələdiyyə sədri artıq 5 aydır ki, vəzifəsindən sui-istifadə etməklə məşğuldur. “Əzizbəyov rayon məhkəməsinin hökmü ilə Rahib Rzayevə bir il şərti iş verilməsinə baxmayaraq, o, hələ də vəzifəsinin icrasını davam etdirir” deyən qəsəbə sakinlərinin bizə təqdim etdiyi məhkəmə qətnaməsində deyilir ki, bələdiyyə sədri vəzifə səlahiyyətlərindən istifadə etməklə “Torpaq islahatı haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunu kobud şəkildə pozub. Rzayevin özbaşınalığı, o həddə çatıbmış ki, o yeni ərazini iki dəfə sataraq qazanc əldə edirmiş. Redaksiyamıza müraciət edən Bəhlul Hüseynovun dediyinə görə, bələdiyyə sədrinin 01.05.2007-ci il sərəncamı ilə ona 8 sot torpaq sahəsi ayrılıb: “Amma mənə ayrılmış torpaq sahəsinin sxemi hazırlanarkən bəlli oldu ki, torpaq 8 yox, 6 sot imiş. Cəhənnəmə deyib, buna da razılaşdım. Bundan bir qədər əvvəl isə qardaşım Azər üçün də 6 sot torpaq almışdım. Dövlət rüsumundan başqa Rahib Rzayev hər sota görə məndən 1000 dollar da pul almışdı.
Azərbaycan Şəhər Bələdiyyə Assosiasiyasının ikiillik hesabat yığıncağının iştirakçısı olan ancaq adının çəkilməsini istəməyən şəhər bələdiyyəsinin birinin sədrinin municipality.az saytına verdiyi məlumat görə, çox sönük keçən yığıncaqda assosiasiya sədri ən çox üzlük haqlarının yığılmamağından gileylənib. Bu məqsədlə hər bir bələdiyyə ilə yanaşı, həmin bələdiyyənin yerləşdiyi icra hakimiyyəti orqanının başçısına da xahiş məktubu göndərildiyini bildirib. Sədrin bu sözləri iştirakçılar tərəfindən təəccüblə qarşılandığı bildirilir. Sədr Ə. Babayevin sözlərinə görə, assosiasiyanın “dolanışığı” bununla bağlı olduğundan işçilər və ekspertlər əmək haqlarını vaxtında ala bilmirlər. Hətta bu səbəbdən qurumun internet resursunun hazırlanması yarımçıq qalıb. Qeyd edək ki, hazırda 33 bələdiyyənin internet resursu var. İnternet resursu olmayanlar arasında məhz assosiasiya sədrinin rəhbərlik etdiyi Sumqayıt bələdiyyəsinin də adı çəkilir. Tədbir iştirakçısının sözlərinə görə, çıxışçılardan heç kim bələdiyyənin problemlərinə toxunmamış, yalnız görülən işləri çox böyük həvəslə danışmışlar. Qeyd edək, analoji ssenari ilə ikinci bir toplantı dünən Abşeron rayon Saray bələdiyyəsində keçirilmişdir. Bu dəfə Azərbaycan Qəsəbə Bələdiyyə Assosiasiyasının iki illik hesabatı dinlənilmişdir. P.S: Qarşı tərəflə əlaqə saxlamaq cəhdimiz alınmadı. Mövzuya qayıdacağıq
Tədbirdə dövlət və hökumət nümayəndələri də iştirak ediblər Dekabrın 22-də Qəbələdə Azərbaycanın Şəhər Bələdiyyələri Milli Assosiasiyasının (ŞBMA) yığıncağı keçirilib. Lent.az-ın məlumatına görə, respublikanın 61 şəhər bələdiyyəsi sədrinin iştirak etdiyi toplantıda əvvəlcə “Bələdiyyə: yerli özünüidarəetmənin yeni mərhələsi” adlı sənədli film nümayiş etdirilib. Sonra ŞBMA–nın sədri Əbülfəz Babayev 2008-ci ildə görülmüş işlər, qarşıda duran vəzifələr barədə məruzə edib. O, bildirib ki, ötən dövr ərzində qurum ölkə bələdiyyələrinin fəaliyyətini canlandırmaq, onların qabaqcıl təcrübəyə yiyələnməsi üçün məqsədyönlü iş aparıb....
“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə keçirilən Treninqlər başa çatıb. RİTN-in Tədris Mərkəzində təşkil olunan bu Treninqdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev jurnalistlər qarşısında "İnternet Jurnalistika" mövzusunda məruzə edib. Məruzə jurnalistlər tərəfindən xeyli maraqla qarşılanıb. Jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Məlumat verildiyi kimi “İnformasiya cəmiyyətinin jurnalisti” Layihəsi çərçivəsində informasiya cəmiyyəti sahəsində yazan ən yaxşı jurnalistlərin və KİV–lərin müsabiqəsi də keçirilir. Hazırda Müsabiqə qaydalarına uyğun olaraq materialların təqdim olunması davam edir. Əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan Layihə RİTN, Azərbaycan İnternet Forumu, HP və ULTRA şirkətlərinin birgə iştirakı ilə gerçəkləşdirilir.
Çingiz İsmayılov: «Ölkənin problemlərinin həlli yönündə hansısa cəhdlər kağızda görülür, reallıqda yox» «Bakıda fəlakət olsa, respublika yox olacaq» «Regionların sosial iqtisadi inkişafı üzrə dövlət proqramı»nın qəbulundan 4 ildən çox vaxt keçsə də, inkişaf gözə dəymir. Büdcənin doldurulmasında regionların payıcüzidir-cəmi 5 faiz. Bu o deməkdir ki, kənd təsərufatı, ona bağlı emal sənayesi, ümumilikdə qeyri neft sektoru ağır vəziyyətdədir. Bəs dövlət proqramlarının icrası niyə səmərəsiz qalıb? Bakının problemləri də gedikcə ağırlaşır. Əhali həllolunmaz kommunal problemlərlə üz-üzədir. Digər tərəfdən tıcac, ekoloji gərginlik insanların həyatını xeyli çətinləşdirib. Müsahibimiz Regional İnkişaf Mərkəzinin sədri Çingiz İsmayılovla söhbətimizdə problemləri araşdırmağa çalışdıq. - Çingiz bəy, təşkilatınız Regional İnkişaf Mərkəzi adlanır. Fəaliyyətiniz nədən ibarətdir? ...