Artıq 33 bələdiyyə internet resursa malikdir. Onların arasında 13 rayon, 19 qəsəbə, 1 kənd bələdiyyəsinin saytı vardır. İstifadədə olan saytların dördü informasiya azadlığı koalisiyasının həyata keçirdiyi layihə çərçivəsində hazırlanıb. Forma və məzmuna görə müəyyən təkrarlılıq olsa da belə bir addımın atılması təqdirəlayiq hal sayıla bilər. Lakin qeyd edilməlidir ki, “İnformasiya azadlığı” haqqında AR qanunun tələblərinə görə bələdiyyələr 3 il ərzində bu resursa malik olmalı idilər. Beləliklə, 3 il ərzində 1,2 faiz bələdiyyənin internet resursa malik olması heç də qənaətbəxş sayıla bilməz.
Lənkəran bələdiyyəsinin yaydığı məlumata görə, vətəndaşların bələdiyyəyə edilən müraciətlərinə əsasən 26 nəfərə yardım göstərilmiş, o cümlədən 2 nəfərə vergi borcunu ödəmək üçün yardım edilmişdir. Ümumilikdə 2008-ci ilin 9 ayı ərzində bələdiyyə tərəfindən 11900 manatlıq yardımlar edilmişdir. Bu ötən ilin müvafiq dövrünə görə 3,9 dəfə çoxdur. Yardım alanlar əsasən müharibə əlilləri və veteranlar, maddi durumları ağır olan vətəndaşlar olmuşdur. Böyük Vətən Müharibəsi veteranlarına 500 manat məbləğində birdəfəlik yardım verilmişdir. Bunlardan başqa vərəm dispanserinə 350 manat məbləğində dərman preparatları alınmış, həmçinin imkansız ailələrə 452 manatlıq ərzaq yardımları edilmişdir
Ekspertlər mənzil bazarında durğunlun gələn ilin ortalarınadək davam edəcəyini proqnozlaşdırır Qlobal maliyyə böhranı ölkəmizdə ilk təsirini avtomobil və daşınmaz əmlak bazarına göstərib. Son 3 ayda Azərbaycanda mənzillərin qiyməti 5 faizə qədər ucuzlaşıb. Ötən illə müqayisədə bu ilin noyabrında paytaxtda mənzil satışı 3 faiz azalıb. Bundan başqa satışın həcmi də xeyli aşağı düşüb. Banklara Yardım Tədris mərkəzinin rəhbəri Cavanşir Abdullayev Lent.az-a açıqlamasında deyib ki, mənzil bazarında ucuzlaşma, əslində, ötən ildən başlayıb. Dünyadakı maliyyə bohranı bu prosesi sadəcə bir qədər də sürətləndirib. Onun sözlərinə görə, indiyədək Bakıda və digər iri şəhərlərdə alınan mənzillərin böyük əksəriyyəti Rusiyadan gələn pulların hesabına əldə olunurdu. İndi isə dünya iqtisadi böhranı Rusiyanı daha çox vurduğundan bu ölkədə yaşayan soydaşlarımız əvvəlki kimi Azərbaycana pul göndərmirlər....
Mütəxəssislərin fikrincə, Azərbaycanı belə təsirlərdən qorumaq üçün neft gəlirləri ən yaxşı vasitədir Dünyada daşınmaz əmlakın ucuzlaşması vaxtilə bu sahədə qiymətlərin əsassız olaraq artırılmasından irəli gəlir. MDB ölkələrinin qiymətləndirmə təşkilatlarının rəhbərləri bildirir ki, bu problem Amerikadan başlayıb. Bu ölkədə pul kütləsinin real sektordan kənarlaşması qiymətlərin də əsassız olaraq artımına səbəb olub.“Hesab edirəm ki, indi qiymətlər öz iqtisadi əsasına yaxınlaşır. Proqnoz odur ki, qiymətlər bundan sonra da aşağı düşəcək. Amma bu da müvəqqətidir. Çünki böhran davamlı olacaqsa ev tikilməyəcək. Bu halda mənzillərə yeni tələbat formalaşacaq. Nəticə qiymətlərin artmasına və bazarın aktivliyinə təsir göstərəcək” – deyə Rusiya qiymətləndiricilər cəmiyyətinin prezidenti Svetlana Tabakova bildirib. Amerikadan başlanan problemin təsirləri digər ölkələrə, o cümlədən də Azərbaycana çatıb. Amma mütəxəssislərin fikrincə, maliyyə böhranının Azərbaycana ciddi təsiri olmamalıdır. Çünki ölkənin fond bazarı zəif inkişaf edib. Üstəlik neft gəlirləri bu təsirlərdən qorunmaq üçün yaxşı vasitədir. Bununla belə ekspertlər hesab edir ki, böhran işgüzar fəallığı azaltmaqla yanaşı ölkədə qiymətlərin ucuzlaşmasını sürətləndirəcək. “Daşınmaz əmlakın qiymətlərinin düşməsi, bazarda alıcılıq qabiliyyətinin azalması proqnozlaşdırılır, bu həm daşınmaz əmlak, həm avtomobiln, həm məişət əşyalarının satışında tələbatın azalacağını müşahidə edəcəyik. Bütün bünlar ölkənin iqtisadi artım tempini aşağı salacaq” – deyə Belarus qiymətləndirmə təşkilatının rəhbəri Yuriy Mikitskiy bildirib. Qeyd edək ki, dünya maliyyə böhranın daşınmaz əmlak bazarına təsiri Bakıda keçirilən əmlak bazarı və qiymətləndirmə fəaliyyətinin inkişafı mövzusunda keçirilən beynəlxalq konqresdə müzakirə olunub. Konqres üzvləri əmlak bazarının tənzimlənməsi istqamətində hökumətlərin fəaliyyətinin artırmalı olduğunu bildiriblər.
Nazirlər Kabineti nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələrin sənaye üsulu ilə hazırlanması üçün vəsait ayırmalıdır Prezident Ilham Əliyev, “Azərbaycan Respublıkasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi qaydaları”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Azərbaycan Respublikasında daşınmaz əmlak obyektlərinin ünvanları barədə sistemləşdirilmiş məlumat bazasının yaradılmasını təmin etmək məqsədi ilə qərara alıb ki, “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları” təsdiq edilsin. Nazirlər Kabinetinə tapşırılıb ki, nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələrin sənaye üsulu ilə hazırlanması üçün tələb olunan zəruri maliyyə vəsaitinin bir ay müddətində Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ayrılmasını təmin etsin. Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına göstəriş verilib ki, nəqliyyat infrastrukturu obyektlərinə verilmiş adların siyahılarının, habelə verilmiş ünvanlar haqqında məlumatların bir ay müddətində Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə versinlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti isə ölkə ərazisi üzrə nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələrin yerləşdirilməsini təmin etsin və bu barədə prezidentə məlumat verməlidir.
В следующем году завершается первое десятилетие в деятельности муниципалитетов. Поэтому можно смело сказать, что за этот период в обществе сформировалось определенное отношение к органам местного самоуправления, и граждане могут дать оценку их деятельности. О том, как работают муниципалитеты, с какими проблемами сталкиваются и каковы пути выхода из них, — беседа корреспондента «Азербайджанских известий» Элеоноры АБАСКУЛИЕВОЙ с главным редактором журнала «Муниципальная система Азербайджана», экспертом Ассоциации содействия развитию гражданского общества в Азербайджане Вугаром ТОФИКЛИ. — В следующем году состоятся третьи по счету выборы в муниципалитеты. С чем придут к ним органы местного самоуправления? — За эти девять-десять лет ими достигнуто многое, и это неопровержимый факт. Из 2757 существующих в стране муниципалитетов нет ни одного, который бы не участвовал в осуществлении того или иного конкретного проекта или социально значимой работы на подведомственной ему территории. Сегодня уже нельзя отрицать исключительно важную роль муниципалитетов в выполнении общественно важных дел на местах. Именно поэтому можно говорить о том, что благодаря своей деятельности на протяжении всех прошедших лет органы местного самоуправления обрели свою нишу в общественной жизни.....
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin 10 ayında dəmir yolu nəqliyyatı ilə 22,9 milyon ton yük daşınmışdır. Sutka ərzində boşaldılmış yük vaqonlarının sayı, orta hesabla, 11,8 faiz artmış, yüklənmiş vaqonların sayı isə 3,3 faiz azalmışdır. Vaqonların orta sutkalıq yüklənməsi dəmir yolunun Qərb istiqaməti üzrə 11,2 faiz, Cənub istiqaməti üzrə 15,5 faiz çoxalma, Şimal istiqaməti üzrə isə 8,4 faiz azalma ilə müşahidə olunmuşdur.
Qazax rayonunun sərhəd kəndləri qazlaşdırılır. Gəncə Media Mərkəzindən verilən məlumata görə, artıq bir neçə gündür ki, Cəfərli kəndinə qaz xəttinin çəkilişinə başlanıb. Rayon mərkəzindən 15 kilometrlik məsafədə yerləşən və Ermənistanla həmsərhəd olan Qazax rayonunun Cəfərli kəndində düşmən demək olar ki, hər gün atəşkəs rejimini pozur. İyirmi illik fasilədən sonra kəndə yenidən qazın çəkilişi bərpa edilib. Artıq digər sərhəd kəndi olan Xanlıqlar kəndi ərazisindən 6 kilometr uzunluğunda Cəfərliyə polietilen borularla qaz xətti çəkilib. Hazırda isə kəndarası yollarda dəmir borularda qaynaq işi aparılır. Dekabrın 15-də xəttlərin çəkilişinin yekunlaşacağı nəzərdə tutulub. Cəfərli kəndinin sakinləri mavi yanacaqla təmin edildikdən sonra sərhəddə yerləşən qonşu Bala Cəfərli və daha sonra digər sərhəd kəndlərinə də qaz xəttinin çəkilməsi nəzərdə tutulub. Qeyd edək ki, qazın dəyərinin ödənilməsində sərhəd kəndinin sakinlərinə güzəştlərin edilməsi də gözlənilir.