Azərbaycan Bələdiyyə Sistemi : May 2008
***Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası       Bələdiyyələrlə bağlı ilk informasiya saytı        First information site on municipality             Первый информационный сайт о муниципалитетах ***
Əmlak vergisi necə hesablanır?. Fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir.Vergitutma obyektləriRezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri və s.Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:Onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən:bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə — 0,1 faizlə. 198.1.2. su və hava nəqliyyatı vasitələrinə görə:198.1.2.1. su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manati;198.1.2.2. hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.198.1.2.3. mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün —onların bazar qiymətinin 1 faizi.198.2. Müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.Vergi güzəştləri və azadolmalarDövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü idarəetmə orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları, dövlət fondları və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əmlak vergisini ödəməkdən azaddır.Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər azaldılır.Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:1. ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin;2. məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin;3. bu Məcəllənin 211.1.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb edilən avtonəqliyyat vasitələrinin;4. təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin;199.5. Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak vergisindən azaddır.Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası 200.1. Binalar üzrə əmlak vergisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada binaların inventar dəyərinə əsasən hesablanılır.Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.200.2. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır.200.3. Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq orqana təqdim edir.Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə — həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.200.6. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.Müəssisənin əmlak vergisinin hesablanması və ödənilməsi 201.1. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir.201.1.1. Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14.3.4-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.201.2. Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır.201.3. Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq, həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.201.4. Dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.Cari vergi ödəmələri bu Məcəllənin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.201.5. Müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir.Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.201.6. İllik bəyannamələr üzrə vergilər həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Hesablanmış verginin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.201.7. Müəssisələrin əmlak vergisi dövlət büdcəsinə ödənilir.Verginin ödənilməsini təsdiq edən sənəd olmadıqda, avtonəqliyyat vasitəsinin qeydiyyatı, yenidən qeydiyyatı və ya texniki baxışı keçirilmir.Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası202.0. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:202.0.1. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.202.0.2. Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.202.0.3. Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur.AR Vergi Məcəlləsi


Bələdiyyə sistemindən razısınızmı ?
Çox razıyam
Razıyam
Narazıyam
Çox narazıyam
Bilmirəm


Yekun
 
 
28 may Respublika Günü münasibətilə Bərdə rayonunda geniş tədbir keçirildi
Bu gün Azərbaycan Demokratik Respublikasının yaranmasının 90 illiyi münasibətilə Bərdə rayonunda geniş tədbir keçirilmişdir. Bərdə şəhər Mədəniyyət evində təşkil olunan tədbirdə rayon dövlət strukturlarının əməkdaşları, bələdiyyələr, bir sözlə rayon ziyalıları iştirak etmişdirlər. Çıxış edən natiqlər Azərbaycan Demokratik Respublikasının tarixi haqqında məlumatlar səsləndirmiş, ömrünün qısa olmasına baxmayaraq dövlətçilik tarixində qoyduğu izlərdən geniş danışmışdırlar. Tədbirdə həmçinin Yaxın Şərqdə ilk demokratik və dünyəvi dövlət olan Azərbaycanın Şərq ölkələri üçün stimul və onların demokratikləşməsi və müstəqillik qazanmaları yolunda açıq qapı olduğu haqqında fikirlər səsləndirilmişdir. İllər sonra Müstəqil Azərbaycan Respublikasının yaranması və inkişafının ADR ideyalarının ölməməsi və hazırda da Azərbaycanın regionun inkişaf etmiş ölkələri arasında ön sıralarda yer alması haqqında da natiqlər öz çıxışlarında fikirlər səsləndirmişlər. Tədbirin sonunda rayon incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı keçirilmişdir.

Municipality.az

27.5.2008 | 478
“Azərbaycan, yurdum mənim!”
adr90.jpg (3.91 Kb)Dünən “28 May” mədəniyyət evində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyi ilə əlaqədar “Azərbaycan, yurdum mənim!” adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbirdə mədəniyyət evinin özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış edib, orta məktəb şagirdləri Azərbaycanı tərənnüm edən şeirlər söyləyiblər. Mədəniyyət evinin xalq teatrının rejissoru Nizami Allahverdiyevin ssenarisi əsasında hazırlanmış kompozisiya tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Bu barədə məlumatı Sumqayıt Şəhər İcra hakimiyyəti yayıb.
Ötən günlərdə həmçinin musiqi məktəblərinin illik hesabat konsertləri keçirilib. Mayın 22-də Bülbül adına Uşaq İncəsənət Məktəbində, mayın 24-də Ə.Bakıxanov adına Uşaq İncəsənət Məktəbində, bu gün isə S.Rüstəmov adına Uşaq İncəsənət Məktəbində hesabat konsertləri keçirilib. Tədbirlərdə Mədəniyyət və Turizm idarəsinin əməkdaşları və mədəniyyət ocaqlarının rəhbərləri iştirak ediblər. Konsertlər çox yüksək səviyyədə keçib və izləyicilər tərəfindən maraqla qarşılanıb.


Municipality.az

27.5.2008 | 507
“Prezidentimə 10 sual” adlı internet sorğu layihəsinin ictimai kampaniyasına start verilib
Məlumdur ki, bu il oktyabrın-15-də Prezident seçkiləri keçiriləcəkdir. Təbii ki, yeni seçiləcək Prezident bölgələrdə vətəndaşları daha çox narahat edən məsələlər haqda məlumatlı olmalıdır. Toplanılan məlumatlar müxtəlif mənbələrdən olduğu halda mövcud vəziyyəti daha obyektiv qiymətləndirmək olar. Prezident seçkiləri ərəfəsində bu məsələ ilə bağlı daha dolğun məlumatların toplanması işində “Azərbaycanda Regional İnkişaf Mərkəzi” iyun ayının 1-dən internet sorğu layihəsinin ictimai kampaniyasını keçirməyə başlayır.Layihənin əsas məqsədi - hər bir vətəndaşı narahat edən sualı açıq şəkildə namizədə verməyə, namizədlərə isə - hər bir məsələ ilə bağlı öz baxışlarını səmimi şəkildə ictimaiyyətə nümayiş etdirməyə imkan yaratmaq və qoyulmuş sualların cavablarını açıqlamaqdır.
Namizədə veriləcək suallar aşağıdakı sahələri əhatə edir:
1. İqtisadiyyat
2. Sosial siyasət
3. Xarici siyasət
4. Hərbi siyasət
5. İnsan haqları
6. Səhiyyə
7. Təhsil
8. Mədəniyyət
9. Elm
10. Ekologiya
Sorğunun aparılması üçün Azərbaycanda Regional İnkişaf Mərkəzi özünün web-səhifəsində (www.azregionaldevelopment.org) “Prezidentimə 10 sual” adlı internet səhifəsi yaradır. Sualları siz Regional İnkişaf Mərkəzinin e-mail adresinə: azregion@gmal.com və 510-28-05 telefon nömrəsi vasitəsilə verə bilərsiniz. Sualı verən vətəndaşlar öz adını, soyadını, yaşını və sosial vəziyyətini bildirməlidir. Bütün verilmiş suallar təşkilatımızın saytında yüklənəcək və sistemləşdirilərək 10 əsas sual seçiləcəkdir. Sonda vətəndaşların sualları toplanacaq, sistemləşdiriləcək və prezidentliyə namizədlərə təqdim ediləcəkdir. Namizədlərin cavabları KİV nümayəndələrinə və ictimaiyyətə çatdırılacaqdır. Sonda əldə edilmiş bütün məlumatlar toplu şəkilində çap olunaraq yeni seçilmiş Prezidentə təqdim ediləcəkdir.Ümid edirik ki, vətəndaşlarımız bu işdə fəal iştirak edəcək və əldə edilmiş suallar Prezidentimizin gələcək işində yardımçı rolunu oynayacaqdır. Prezident seçkilərinə bir ay qalmış (sentyabrın 15-i) bu suallar Prezidentliyə namizədlərin seçki qərargahına təqdim ediləcəkdir. Bu müddətdən bir həftə sonra namizədlərin cavabları ictimaiyyətə təqdim ediləcəkdir. Seçki gününə bir həftə qalmış isə namizədlərin cavabları və onların təhlili toplu şəkilində çap olunacaqdır. Saytımızda eyni zamanda, yeni seçiləcək Prezidentə müraciət ünvanlanması nəzərdə tutulmuşdur. Müraciətin başlığı “Mən istərdim ki, vətənim Azərbaycan....” adlandırılacaq. Üç bənddən ibarət ən maraqlı müraciətlər saytımızda əks etdiriləcəkdir. Verilən müraciətlərin seçiminə nüfuzlu ekspertlər cəlb olunacaqdır. Sonda bütün məlumatlar kitabca şəkilində nəşr olunaraq yeni seçilmiş Prezidentə təqdim ediləcəkdir.Sizi, “Azərbaycanın Prezidenti vəzifəsinə namizədə 10 sual” adlı ictimai kampaniyaya qoşulmağa dəvət edirik.


Azərbaycanda Regional İnkişaf Mərkəzi

27.5.2008 | 563
Sumqayıtda ilin əvvəlindən içməli su haqlarının yığımı 10 faizdən çox artıb
icmelisu2.jpg (8.86 Kb)Sumqayıt şəhərində güzəştsiz əhali kateqoriyası üzrə içməli su haqqının yığımı yanvar ayında 28,3 faiz təşkil edirdisə, hazırda bu göstərici 41,1 faizdir. Bu barədə “Azərsu” SC Su ölçü cihazlarının istismarı təsərrüfatı və su satışı müəssisəsinin Sumqayıt filialından məlumat verilib. Cari ilin aprel ayında Sumqayıt şəhərinin güzəştsiz əhalisinə 409085,6 manat dəyərində 1860530 kub metr həcmində içməli su verilib. Bunun müqabilində əhali tərəfindən 168267,8 manat dəyərində ödəniş olub ki, bu da 41,1 faiz təşkil edir. Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən məlumatda bildirilir ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə 56 min nəfər abonent vardır. Şəhər üzrə ümumilikdə 30 min su sayğacı quraşdırılıb, başqa sözlə əhali abunəçilərinin 53,6 faizi sayğacla təmin olunub. Cari ilin yanvar ayından etibarən bütün ödənişlər bank və poçt məntəqələri vasitəsilə aparılır.

Municipality.az

26.5.2008 | 413
Bərdədə “İnsan alveri və zorakılıqla mübarizə hər birimizin işidir” kampaniyasına start verilib
Mayın 22-də Bərdə rayonunda Qarabağ zonası üzrə “İnsan alveri və zorakılıqla mübarizə hər birimizin işidir” devizi altında təşviqat kampaniyası keçirilmişdir. Bərdə rayon Gənclər və İdman idarəsinin məsul işçisinin verdiyi məlumata əsasən tədbirdə 100-ə qədər iştirakçı olmuşdur. İştirakçıların əksəriyyətini gənclər təşkil etmişdir. Tədbiri Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov açdıqdan sonra proqramla bağlı Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Fərid Qurbanov, DİN-nin İnsan alverinə qarşı idarəsinin məsul əməkdaşı Fuad Əliyev, Ailə, qadın, uşaq problemləri üzrə Dövlət Komitəsinin məsul işçisi Rauf Qasımov həmçinin də Milli Elmlər Akademiyasının İnsan hüquqları İnstitutunun elmi eksperti, siyasi elmlər namizədi Oqtay Sadıqzadə çıxış etmişlər. Tədbir interaktiv aparılmış, iştirakçıların sualları cavablandırılmışdır. Tədbirin sonunda iştirakçılara mövzuya aid buklet, broşur və təqvimlər paylanmışdır.

Municipality.az

23.5.2008 | 455
Mingəçevirdə «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə
Korrupsiyaya qarşı Mübarizə Fondunun «Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə və virtual məsləhət mərkəzi» layihəsi Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının dəstəyi ilə bir il müddətində 12 regionda həyata keçirilir. Növbəti dəyirmi masa Mingəçevir şəhərində keçirilmişdir Tədbirin əsas məqsədi qəbul edilmiş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» barəsində ictimaiyyəti məlumatlandırmaq, «Milli Strategiya»nın ictimaiyyət və yerli dövlət orqanları qarşısında qoyduğu vəzifələrin müzakirəsini keçirməklə onun icrasına ictimai nəzarəti təşkil etməkdir.
Tədbirdə şəhər icra hakimiyyətinin, prokurorluğun, MTN-nin şəhər şöbəsinin, polis idarəsinin, məhkəmənin, yerli dövlət idarələrinin, KİV-in və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Çıxış edən Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov “Milli Strategiya”nın qəbulunun korrupsiyaya qarşı mübarizədə önəmli yer tutduğunu və bu mübarizənin xüsusi əhəmiyyət kəsb edən ictimaiyyət və dövlət orqanlarının əməkdaşlığından keçdiyini qeyd etmişdir. Dəyirmi masada çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndəsi, Şəhər Polis İdarəsinin rəisi, bələdiyə orqanlarının, təhsil sisteminin, KİV-in və ictimaiyyətin nümayəndələri «Milli Strategiya»nın qəbulunun və onun icrasının korrupsiyaya qarşı mübarizəyə təkən verəcəyini və bu mübarizənin səmərə verməsi üçün hüquqi maarifləndirmə tədbirlərinin əhəmiyyəti olduğunu qeyd etdilər. Müzakirələrdə Mingəçevir şəhərində son vaxtlarda baş verən müsbət irəliləyişlərlə yanaşı əhalini narazı salan bəzi problemlər ilə bağlı fikir mübadiləsi aparıldı. Ərizə və şikayətlərə baxılması işinin lazımı səviyyədə qurulması, yerli dövlət qurumlarının fəaliyyətində şəffaflığın olması və ictimaiyyətə hesabatların verilməsi məsələlərinin korrupsiyaya qarşı mübarizədə əhəmiyyəti yerli dövlət orqanlarının nəzərinə çatdırılmışdır. Qeyd olunmuşdur ki, «Milli Strategiya»da yerli dövlət qurumları qarşısında qoyulan tələblərin həyata keçirilməsinə ictimai nəzarət təşkil olunaraq, mütəmadi olaraq icra ilə bağlı monitorinqlər aparılacaq və nəticələr barədə KİV, «Milli Strategiya»nın icrasına dövlət nəzarətini həyata keçirən orqanlar və ictimaiyyət məlumatlandırılacaqlar.


Municipality.az

22.5.2008 | 348
Heydər Əliyev prospektində yaşıllaşdırma işləri yekunlaşıb
yashilliqh.jpg (12.04 Kb) Sumqayıt şəhərinin yaşıllaşması sahəsində görülən işlər günü-gündən artmaqdadır. Bu barədə məlumatı Sumqayıt Şəhər İcra Hakimiyyəti yayıb. Məlumatda bildirilir ki, şəhərin Heydər Əliyev prospekti tam yaşıllaşdırılıb. Prospekt boyu 800 m2 sahəyə qazon əkilmiş, münbit torpaq daşınaraq ağac diblərinə və çəmənlik, gül sahələrinə verilmişdir. Şəhər İxtisaslaşdırılmış Yaşıllaşdırma Tikinti İdarəsindən verilən məlumata əsasən son iki ay ərzində şəhərin müxtəlif ərazilərində ümumilikdə 150 ədəd eldar şamı, 160 ədəd sərv lavsan, 730 ədəd tuya, 28 ədəd finiki, 40 ədəd geran gül kolu, 1000 ədəd dekorativ “primula”, 50 ədəd isə dekorativ “taqedes” gülü əkilib.

Municipality.az

22.5.2008 | 421
2008-cı ilin birinci rübünün yekunları açıqlanmışdır
Göyçay rayon Statistika İdarəsindən verilən məlumata görə 2008-cı ilin I rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul istehsalı 13,9 % artaraq 20037 min manata çatıb. Ümumi məhsulun və xidmətlərin 11,3 %-i sənayedə, 30,9 %-i kənd təsərrüfatında, 3 %-i tikintidə, 3,1 %-i nəqliyyatda, 0,9 %-i rabitədə, 50,8 %-i isə ticarət və xidmətlər sahəsində istehsal olunub. Göstərilən dövrdə rayonda 2260,8 min manatlıq sənaye məhsulu istehsal olunub. Bu məhsulun 61,6 %-i emal, 36,8 %-i elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində istehsal olunub. 2008-cı ilin birinci rübü ərzində rayonda kənd təsərrüfatı sahəsində də irəliləyişlər olmuşdur. Belə ki, bu dövrdə rayonda 2008-ci ilin məhsulu üçün 16448,5 ha sahədə payızlıq dənli bitkilərinin əkini aparılıb ki, bu da 2007-cı ilə nisbətən 224,5 ha çoxdur. Göstərilən dövrdə rayonda tikinti işlərinin aparılması üçün 653 min manatlıq mərkəzləşmiş qaydada əsas kapitala investisiyalar ayrılıb. 01 aprel 2008-ci il tarixə rayonda məşğul əhalinin sayı 51,1 min nəfər (rayon əhalisinin 47,2 %-i) təşkil edir. Göyçay RİH -in yaydığı məlumata görə, bu dövrdə rayonda 224 yeni iş yeri açılıb. Həmin iş yerlərindən 185-i daimi, 39-u müxtəlif layihələrin həyata keçirilməsi ilə əlaqədar müvəqqəti və mövsümi iş yerləridir.

Municipality.az

20.5.2008 | 396
  [1] 2 3 4 5  Next »









 


Arxiv


« May 2008»
B.e. Ç.a Ç. C.a. C Ş. B.
 1234
567891011
12131415161718
19202122232425
262728293031 


   


























eXTReMe Tracker

Bu sayt Kataloq.NET uzvudur

© Municipality.az 2007
Müəllif hüquqlari V.T. Cəfərova məxsusdur
Saytdakı materiallardan istifadə zamanı istinad etməyiniz zəruridir
Farkhadov WEB STUDIO