Azərbaycan Bələdiyyə Sistemi : Aprel 2008
***Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası       Bələdiyyələrlə bağlı ilk informasiya saytı        First information site on municipality             Первый информационный сайт о муниципалитетах ***
Əmlak vergisi necə hesablanır?. Fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir.Vergitutma obyektləriRezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri və s.Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:Onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən:bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə — 0,1 faizlə. 198.1.2. su və hava nəqliyyatı vasitələrinə görə:198.1.2.1. su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manati;198.1.2.2. hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.198.1.2.3. mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün —onların bazar qiymətinin 1 faizi.198.2. Müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.Vergi güzəştləri və azadolmalarDövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü idarəetmə orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları, dövlət fondları və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əmlak vergisini ödəməkdən azaddır.Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər azaldılır.Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:1. ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin;2. məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin;3. bu Məcəllənin 211.1.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb edilən avtonəqliyyat vasitələrinin;4. təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin;199.5. Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak vergisindən azaddır.Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası 200.1. Binalar üzrə əmlak vergisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada binaların inventar dəyərinə əsasən hesablanılır.Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.200.2. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır.200.3. Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq orqana təqdim edir.Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə — həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.200.6. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.Müəssisənin əmlak vergisinin hesablanması və ödənilməsi 201.1. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir.201.1.1. Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14.3.4-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.201.2. Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır.201.3. Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq, həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.201.4. Dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.Cari vergi ödəmələri bu Məcəllənin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.201.5. Müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir.Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.201.6. İllik bəyannamələr üzrə vergilər həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Hesablanmış verginin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.201.7. Müəssisələrin əmlak vergisi dövlət büdcəsinə ödənilir.Verginin ödənilməsini təsdiq edən sənəd olmadıqda, avtonəqliyyat vasitəsinin qeydiyyatı, yenidən qeydiyyatı və ya texniki baxışı keçirilmir.Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası202.0. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:202.0.1. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.202.0.2. Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.202.0.3. Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur.AR Vergi Məcəlləsi


Bələdiyyə sistemindən razısınızmı ?
Çox razıyam
Razıyam
Narazıyam
Çox narazıyam
Bilmirəm


Yekun
 
 
Dayanacaqlardan daxil olan vəsaitlərin həcmi iki dəfə azalıb
dayanacaq1.jpg (2.93 Kb)Avtomobil dayanacaqlarında daxil olan ödəşlərin həcmi 55% azalıb. Dövlət Statistika Komitəsinin məluamatına görə, 2006-cı ildə yerli büdcə avtomobil dayanacaqlarından 413 min manata gəlir əldə etmişdisə, ötən i bu rəqəm 227 min manat enib. Yiğilan vəsaitin 114 min manatı, yəni 50 %-i paytaxt bələdiyyələrinin üzərinə düşüb. DSK nin məlumatına görə, respublikanın 19 rayon bələdiyyəsinə bu maliyyə istiqamətindən vəsait daxil olmayıb. Xatırladaq ki , paytaxtda yığılan vəsait əsasən avtobusların son dayanacaqlarına və məhəllədaxili gecə dayanacaqarından daxil olna vəsatlərdir. Küçə avtomobil dayanacağından yığılan vəsaitlər isə yerli orqanların büdcəsinə deyil, BŞİH-nin büdcəsinə daxil olur.

Municipality.az

30.4.2008 | 382
Yerli özünüidarə sahəsində islahatlar labüddür
bmm1.jpg (1.58 Kb)Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi tərəfindən "Bələdiyyələrin inkişafı ilə bağlı hazırlanmış ictimai vəkillik strategiyasının müzakirəsi" mövzusunda dəyirmi masa keçirilib. Mərkəzin nümayəndəsi Azər Mehtiyev strategiyanın mahiyyətindən söz açıb: "Bu gün Azərbaycanda bələdiyyə institutunun real səlahiyyət sferası ən yaxşı halda bələdiyyə yollarının saxlanması və dövlətin sosial proqramları ilə əhatə olunmayan aztəminatlı vətəndaşlara sosial yardımların göstərilməsilə məhdudlaşır. Halbuki, qanunvericiliyə görə, bələdiyyələr yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququna malikdirlər. Təəssüf ki, bu gün bələdiyyələrin dövlət işini həyata keçirən real institut kimi formalaşması nəzərə çarpmır. Azərbaycanda yerli özünüidarə institutunun gücləndirilməsi həm inzibati, həm də maliyyə əksmərkəzləşməsi sahəsində islahatlara başlanılmasını tələb edir". O bildirib ki, ölkədə yerli özünüidarə orqanlarının mövcud problemlərini əks etdirən amillərdən biri bələdiyyələrin səlahiyyətlərinin məhdudluğudur". Tədbirdə bildirildi ki, bələdiyyələrə həvalə olunmuş vergi və ödəniş mənbələri onların maliyyə potensialının genişlənməsinə imkan vermir, bununla yanaşı bələdiyyələrə dövlət büdcəsindən ayrılan dotasiyaların məbləği cüzidir, onların bələdiyyələr arasında bölüşdürülmə mexanizmi isə təkmil deyil. Layihənin assistenti Samir Əliyev ictimai vəkillik barədə məlumat verdi: "İctimai vəkillik qərarların qəbulu prosesinin cəmiyyətin işinin sayıldığı, qərar qəbul edən şəxslərin vətəndaşlara hesabat verdiyi ölkələrdə demokratik cəmiyyətin qurulmasının ən vacib elementidir. İctimai vəkilliyin əsas üstünlüklərindən biri budur ki, mövcud problemlər bütün maraqlı tərəflər arasında açıqlanır. Nəticədə isə yekun qərar müəyyən ictimai dəstək vasitəsilə verilir".Tədbirdə bildirildi ki, ictimai vəkillik bir neçə mərhələlərdən ibarət olacaq: "Bu mərhələlər mövcud problemin formalaşdırılması, məqsədin və vəzifələrin müəyyənləşdirilməsi, tərəfdarların cəlbi və s. sahələri əhatə edəcək. İctimai vəkilliyin 4 hədəf üzrə aparılması nəzərdə tutulub. Bunlar bələdiyyələrin böyüdülməsi proseduru ilə bağlı təkliflərin vəkilliyi, yerli vergiqoyma prosedurunun təkmilləşdirilməsi ilə bağlı təkliflərin vəkilliyi və lobbiçiliyi, büdcələrarası münasibətlərin təkmilləşdirilməsi və paylı vergi sisteminin tətbiqi ilə bağlı təkliflərin vəkilliyi, bələdiyyələrin kreditə çıxışının təkmilləşdirilməsi ilə bağlı təkliflərin vəkilliyidir".

Ülkər NƏBİYEVA
525-ci qəzet/

30.4.2008 | 398
Üz ayda Əzizbəyov RİH -ə 500 nəfər yaxın vətəndaş müraciət edib
irizi.jpg (1.8 Kb)Əzizbəyov rayon RİH –in yaydığı məlumata görə, 2008-ci ilin I rübü ərzində rayon icra hakimiyyəti aparatına 482 ərizə, şikayət, müraciət və 362 xidməti sənəd daxil olmuşdur. Ərizə və şikayətlərdən 249-u müsbət həll edilmiş, 233 müraciətə izahatlar verilmişdir. Xidməti sənədlərdən 113-ü müsbət həll olunmuş, 33 məktuba izahat verilmiş, idarə və təşkilatlara 27 məktub göndərilmişdir. Rayon icra hakimiyyəti başçısının qəbulunda 124 vətəndaş olmuş, onlardan 90 nəfəri qəsəbələrdə keçirilmiş səyyar qəbullarda müraciət edənlərdir. RIH –in məlumtina görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə, icra hakimiyyətinə mütrciət edənlərin sayında artım olmamışdır.

Municipality.az

30.4.2008 | 410
Əməkhaqqı səviyyəsi iki ildə 5 dəfə artıb
Qaradağ rayonun Puta bələdiyyəsinin sədri Lalə Məhərrəmovanın municipality.az saytına verdiyi məlumata görə, bələdiyyə inzibati ərazi daxilində ekoloji problemlərin həlli istiqamətində bir sıra layihələr həyata keçirib. Məişət tullantıları üçün yerlərin tikintisi, bir sıra yerlərdə yaşıllıq ərazilərinin salınması bu sıraya aid edilən işlərdəndir. Ümumilikdə qəsəbə ərazisində keçirilən tədbirlərə 80 min manata yaxın vəsait xərclənmişdir. Bələdiyyənin 7 nəfər üzvündən 2-sinin ali təhsilli olduğunu qeyd edən sədr, hazırda bələdiyyə də orta aylıq əməkhaqqının son illər ərzində 5 dəfədəın də çox artırldığını bildirib. Sədr bunu yerli büdcəyə daxilolmaların həcminin dəfələrlə artması ilə əlaqələndirib.

Municipality.az

29.4.2008 | 387
Sumqayıt gənclərinə HP kompüterləri veriləcək
kompruter.jpg (9.19 Kb)Sumqayıt şəhərinin orta ümumtəhsil məktəbliləri arasında təşkil olunan “Gənc kompüter istedadları – 2008” layihəsinə baş sponsorluğu HP şirkəti edəcək. Sumqayıt şəhər İcra hakimiyyəti və Sumqayıt şəhər Təhsil Şöbəsinin təşəbbüsü ilə keçirilən müsabiqəyə şəhər Gənclər və İdman Baş İdarəsi, Regional İnformasiya Mərkəzi və “Nursoft” şirkəti təşkilati dəstək, Dünya Televiziya və Radio Verilişləri Şirkəti, “Sumqayıt” və “Sabah” qəzetləri informasiya dəstəyi göstərəcəklər. Hp şirkəti ilə yanaşı “İntel – gələcək üçün təhsil” proqramı da layihənin sponsorları arasında yer alır. Qalib yerləri tutan şagirdlərə və onların müəllimlərinə HP şirkətinin istehsalı olan lap-top, fərdi kompüter, printer və digər hədiyyələr təqdim olunacaq. Bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin yaydığı məlumata görə,
may ayının 10-20-i arası təşkil olunacaq final və mükafatlandırma mərasimlərində Təhsil Nazirliyinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, eləcə də Sumqayıt şəhər rəhbərliyinin iştirakı nəzərdə tutulub.


Municipality.az

29.4.2008 | 435
Xaçmaz bələdiyyəsi yeni inzibati binaya köçəcək
xacmaz.jpg (2.76 Kb)Xaçmaz bələdiyyəsinin sədri Vəlirza Hacımirzəyev municipality.az saytına verdiyi məlumata görə, 2007-ci ildə bələdiyyənin büdcə gəlirləri 150 min manata yaxın olmuşdur. Yığılan məbləğin 130 min manatı torpaq satışından daxil olan vəsaitlərin olduğu bildirilir. Ötən dövr ərzində yığılan vəsaitin 9 min manatı torpaq vergisindən, 1,5 min manatı avtomobil dayanacaqlarından daxil olan ödənişlərdir. Bələdiyyə sədrinin sözlərinə görə, 2007-ci ildə yerli orqan tərəfindən şəhərdə 48 min manatlıq təmir-tikinti və abadlaşdırma işləri görülmüş, 5 min manat isə maddi yardımlara yönəldilmişdir. V.Hacımirzəyev bələdiyyənin fəaliyyətindən narazılığını ifadə edərək bu kökündə maliyyə vəsaitinin az olmasımnı səbəb kimi göstərmişdir.
Bələdiyyə qulluqçularının orta aylıq əməkhaqqı 110 manatdan artıq olduğunu bildirən sədr, cari ildə bələdiyyənin inzibati binasının inşasına başlanıldığını da qeyd etmişdir. Müasir standartlara cavab verəcək binanın tikintisinin cari ilnin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.


Municipality.az

29.4.2008 | 358
Azərbaycanda bələdiyyə müəssisələri nə üçün azdır?
mhissisi.jpg (2.82 Kb)

Vüqar Tofiqli: "5 ildən sonra torpaq satışı qurtaracaq və bələdiyyələrin başqa yerdən büdcə gəliri olmayacaq"
Raiq Mustafa: "Maliyyə olmayan yerdə bələdiyyə müəssisənin yaradılmasından söhbət gedə bilməz"
Niftəli Niftəliyev: "Gedişhaqqı ucuz olduğundan Qusarda hamı bələdiyyə avtobusunu gözləyir"
İbrahim Qurbanov: "Müəssisə yaratmağa cəhd göstərməmişik"


Pərvin Abbasov/Xalq cəbhəsi/


Azərbaycanda bələdiyyələrlə bağlı qanunvericilikdə bələdiyyələrə müəssisə yaratmaq üçün şərait yaradılıb. Belə ki, bələdiyyələr istədikləri vaxt müəssisə yarada, öz mülkiyyətləri üçün əmlak ala və onu istifadəyə verə bilər. Yerli özünüidarətemə qurumları öz növbəsində mülkiyyətlərində olan müəssisələr üçün dövlətin müvafiq orqanlarına vergi ödəməlidirlər. Lakin ölkədə bələdiyyə müəssisələrinin yaradılması təcrübəsi çox az yayılıb.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) eksperti Vüqar Tofiqli deyir ki, 2008-ci il yanvarın 1-də "bir pəncərə" sisteminin tətbiqindən sonra bələdiyyə müəssisələrinin yaradılması asanlaşıb: "Bu, bələdiyyə müəssisələrinin yaradılmasına təkan verdi. Lakin ümumilikdə bu gün onların sayı çox məhduddur. 2757 bələdiyyədən yalnız 3-5 faizində müəssisələr yaradılıb. Məssisələrin bu qədər az olmasının səbəbi isə əsasən maliyyə məhdudluğu ilə əlaqədardır. Bələdiyyələrin maliyyə məhdudluğu - büdcə vəsaitlərinin azlığı onlara müəssisə yaratmağa və onu işlətməyə imkan vermir. Bu gün Azərbaycandakı bütün bələdiyyələrin ümumilikdə büdcə gəliri 50 milyon manata bərabərdirsə, hər bələdiyyəyə orta hesabla 1503 manat düşür. Bu vəsait bələdiyyənin hər hansı bir müəssisə yaratmasına, onu işlətməsinə, əmlak almasına imkan vermir. Ona görə də bələdiyyə müəssisələrinin sayı azdır"...

29.4.2008 | 428
Uşaqların İnternetdə təhlükəsizliyi: mövcud vəziyyət və problemlər” mövzusunda Dəyirmi Masaya keçiriləcək
ueaq_internet.jpg (2.95 Kb)Internet Forumdan municipality.az saytına daxil olan məlumata görə, forumun təşkilıatçılığı ilə, “Uşaqların İnternetdə təhlükəsizliyi: mövcud vəziyyət və problemlər” mövzusunda Dəyirmi Masaya keçiriləcək. Dəyirmi Masada azyaşlı kompüter və internet istifadəçilərinin zərərli informasiyalardan qorunma yolları və metodları ətrafında , həmçinin bu sahədə problemlərin aradan qaldırılması istiqamətində uşaqlar, valideynlər və müəllimlər üçün zəruri olan metodiki-informasiya dəstəyi ilə bağlı müzakirələr aparılacaq.
Dəyirmi Masada müvafiq dövlət qurumlarının, təhsil müəssisələrinin, Vətəndaş Cəmiyyəti subyektlərinin, özəl sektorun və beynəlxalq qurumların nümayəndələrinin iştirakı nəzərdə tutulur Dəyirmi Masa 02 May 2008-ci il tarixdə, saat 14.00-da BMM-də keçiriləcək.


Municipality.az

29.4.2008 | 340
  1 2 3 ... 12 13 14  Next »









 


Arxiv


« Aprel 2008»
B.e. Ç.a Ç. C.a. C Ş. B.
 123456
78910111213
14151617181920
21222324252627
282930 


   


























eXTReMe Tracker

Bu sayt Kataloq.NET uzvudur

© Municipality.az 2007
Müəllif hüquqlari V.T. Cəfərova məxsusdur
Saytdakı materiallardan istifadə zamanı istinad etməyiniz zəruridir
Farkhadov WEB STUDIO