Astara bələdiyyəsinin sədri Məmməd Məmmədovun municipality.az saytının suallarını cavablandırarkən bildirib ki, 2007-ci il üçün bələdiyyənin büdcə gəlirləri 50 min manat, büdcə xərcləri isə 46 min manat bərabər olmuşdur. Bələdiyyənin fəaliyyətinin onu qane etmədiyini bildirən sədr yerli orqanın fəaliyyətinə kənar müdaxilələr olduğunu da dilə gətirmişdir. Bələdiyyənin maliyyə mənbələri ilə bağlı qanunvericilikdə dəyişikliyin edilıməsini zəruri sayan M.Məmmədov əmlak vergisində güzəştin ləgv edilməsini və onu inventar dəyəri ilə deyil orta bazarı ilə hesablanmasını təklif edib. 12 bələdiyyə üzvünün 8- nin ali təhsilli oldugunu qeyd edən sədr, bələdiyyədə orta aylıq əməkhaqqının 85 manata bərabər olduğunu bildirmişdir. Aparılan sosial proqramlara toxunan sədr, bələdiyyə ərazisində olan yolların abadlaşdırılmasını, «Giləkəran» mədəniyyət evinin əsaslı təmir edilməsini, «Giləkəran» qəbirstanlığının ərazisinin düzəldilməsi və daşdan hasara alınmasını, aztəminatlı ailələrin uşaqlarının məktəb forması ilə təmin edilməsinı deyilənlərə misal olaraq çəkmişdir.
Parlament üzvü paytaxtda mer seçkilərinin keçirilməsinə ehtiyac görmür Azərbaycan parlamentinin komissiya sədri hesab edir ki, Bakı şəhərinin bələdiyyəsinin yaradılmasına və paytaxtda mer seçkilərinin keçirilməsinə ehtiyac yoxdur. “Bakı həddindən artıq böyük şəhərdir. Ona görə də indiki dövrdə Bakının ümumi bələdiyyəsini yaratmaq tezdir” - deyə cümə axşamı jurnalistlərə açıqlamasında parlamentin Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə bildirib. Rəhimzadə bildirib ki, Azərbaycanda rayon bələdiyyələrinin işinin təkmilləşməsini və özünü doğrultmasını gözləmək lazımdır: “Azərbaycanda böyük şəhər bələdiyyələrinin, o cümlədən Bakı bələdiyyəsinin yaradılmasını süni şəkildə sürətləndirməyə ehtiyac yoxdur”. Komissiya sədri qeyd edib ki, Bakı şəhərinin statusunun müəyyənləşdirilməsi və mer seçkilərinin keçirilməsi məsələsi də gündəmdə deyil. Onun sözlərinə görə, yaxın vaxtlarda bu baş verməyəcək: “Çünki Bakının kifayət qədər yüksək statusu var. İlk əvvəl bu status çərçivəsində Bakı şəhəri özünü təsdiq etməlidir. Bundan sonra yeni bir mərhələ başlaya bilər”.
Cari ildə marşrut xətlərində istifadə üçün Bakıya daha 1000 iri həcmli avtobus gətirilməsi nəzərdə tutulur. Bu barədə məlumat verən “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin rəisi C. Abdullayev bildirmişdir ki, paytaxtda sərnişindaşıma xidmətlərini tam təmin etmək üçün şəhərdaxili marşrutlarda iri və orta tutumlu 1.846, şəhərətrafı marşrutlarda isə 814 avtobusa ehtiyac var. Vurğulanmışdır ki, Bakı şəhərində sərnişindaşıma ilə 3.600-dən artıq kiçiktutumlu avtobus məşğul olsa da, xidmətin səviyyəsi müasir tələblərə cavab vermir. C. Abdullayev qeyd etmişdir ki, hazırda 158 şəhərdaxili marşrutda 2.593 kiçiktutumlu, 32 marşrutda 492 orta həcmli, şəhərətrafı 74 marşrutda 1.165 kiçik həcmli, 11 marşrutda isə 98 orta həcmli avtobus işləyir. MMC rəisi 2007-ci ildə paytaxtda 370-ə yaxın yeni, müasir dizaynlı avtobus dayanacağının quraşdırıldığını, həmçinin 134 taksi dayanacağı üçün yer ayrıldığını bildirmişdir. Bu dayanacaqlardan 30-u artıq istifadəyə hazırdır.
Bəzi sədrlər bələdiyyə əmlakından səmərəli şəkildə istifadə etmirlər. Və buna maraqda göstərmirlər. Bununla bağlı municipality.az saytına daxil olan məlumatda bildirilir ki, Bakının Yasamal və Badamdar bələdyyəsində məhz belə hallar baş verib. Mənbənin sözlərinə görə, Yasamal bələdiyyəsi 2006-cı ildə kreditlə aldığı 3 ədəd Almaniya istehasalı oilan “MAN” markalı zibilyığan maşınlar hazırda istifadəsiz vəziyyətdə qalıb. Bəzən Xətai rayon sakinlərinə təmənnasız xidmət göstərsədə, yuxarıda qeyd olunan yeni maşınlar əksər günlərdə istifadə olunmur. Əgər 2006-cı ilin sonlarında xidmət zamanı bələdiyyə büdcəsinə müəyyən vəsait daxil olurdusa, hazırda bu istiqamətdə yerli büdcəyə hər hansi vəsait daxil olmadığı bildirilir. Bu cür vəziyyət Badamdar bələdiyyəsində də baş verdiyi deyilir. Mənbənin sözlərinə görə, üç il əvvəl alınmış dörd ədəd zibilyığan maşın bu gün yararsız vəziyyətə düşüb. Mənbənin sözlərinə görə, maşınlar işləməsədə ancaq onların saxlanmasına maliyyə vəsaiti silinir. Bələdiyyə sədri B.Hüseynov isə Səbail Rayon İcra Hakimiyyəti başçısının ötən ilin yekunlarına həsr olunmuş tədbirindəki çıxışında məişət tullantılarının təmizlənməsi qəsəbə sakinlərinin narahat edən problemlərdən olduğunu dolayısı ilə etiraf edib: “Bu məsələlərlə hazırda “Kasko” BM-i məşğul olur. 2006-ci ildən Səbail RİH-in razılığı ilə qəsəbə bələdiyyəsi tullantıların daşınmasını öz üzərinə götürməklə problemin həllinə cəhd göstərmişdir” Sədr çıxışıında daha sonra bildirib ki, “maddi texniki bazanın zəifliyi xüsusi təyinatlı maşınların olmaması səbəbindən təəsüf ki bələdiyyə işin öhdəsindən gələ bilməyib.Və nəticədə yenidən adıçəkilıən müəssisəyə müraciət olunub.” Sədrin sözlərinə görə, “işin nəticəsi olmayıb. Yenidən vəziyyət pisləşlb. Hazırda qəsəbə icra nümayəndəliyi ilə birlikdə zibil tullantılarının bələdiyyə daşımaq məcburiyyətində qalıb.” Təzadlı fikirlər səsləndirən bələdiyyə sədrinin rəhbərlik etdiyi yerli orqanın dörd zibilyığan maşını isə istifadə ediləcəyi günü səbrsizliklə gözləyir. P.S.Bələdiyyə rəsmiləri ilə əlaqə saxlamaq cəhdimiz alınmayıb. P.S.S / Municipality.az informasiya saytı olaraq məsələni diqqətdə saxlamaqla yanaşı qarşı tərəflərin də fikrini verməyə hazırıq/
Sumqayıta səfəri zamanı şəhərin plastik boru istehsalı müəssisəsi – “Dizayn Cenay Azərbaycan” MMC ilə tanış olan Belarus Respublikasının Azərbaycandakı səfiri Nikolay Patskeviç Belarus müəssisələrinin buradan boru idxal edə biləcəyini istisna etməyib. Bu barədə məlumatı municipality.az saytına Şəhər İcra hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev verib. Məlumatda o da qeyd olunur ki, müəssisənin İdarə Heyətinin sədri Vaqif Cəlilovla birlikdə istehsal sahəsinə baxış keçirən səfir iş şəraitinin və məhsulların keyfiyyətinin yüksək səviyyədə olduğunu qeyd edib. N.Patskeviç xüsusilə təbii qaz nəqli üçün boruların belaruslu sahibkarlar üçün maraq doğura biləcəyini söyləyib. Qeyd edək ki, mərkəzi qərargahı Türkiyədə olan “Dizayn Group” şirkəti isti suyun izolyasiya sistemi, su və kanalizasiya sistemləri, habelə kənd təsərrüfatı, drenaj sistemləri və təbii qaz kəmərləri üçün nəzərdə tutulan PE 100 və PE 80 markalı plastik boruların istehsalı üzrə ixtisaslaşıb. Sumqayıtdakı istehsal prosesində Koreya, Çin, Belçika və digər ölkələrdən gətirilən ən keyfiyyətli xammaldan istifadə olunur. Ekoloji baxımdan sınaqdan çıxarılmış boruların çəkisi yüngüldür, onlar sızmır, sərbəst birləşir və daşınır, torpağın altında formasını dəyişmir. Avtomobillərin ağırlığına davam gətirən bu boruların 50 il zəmanət müddəti var. 50-500 millimetr diametrli və tətbiq sahəsindən asılı olaraq, 4-32 atmosfer təzyiqə davamlı geniş çeşiddə borular müəssisənin məhsullarını rəqabətqabiliyyətli edir və ona tələbatı artırır.
"Nərimanov bələdiyyəsinin büdcəsinin əsas gəlirləri əmlak və torpaq vergisindən, bələdiyyə əmlakının özəlləşdirilməsindən, bələdiyyə əmlakının icarəyə verilməsindən, mehmanxana rüsumu, avtomobil dayanacaqlarından yığılan vergidən ibarətdir." Bu barədə municipality.az saytına məlumat verən bələdiyyə sədri H.Cəfərovun sözlərinə görə, 2007-ci il ərzində torpaq alqı-satqısı üzrə 141292,7 manat vəsait bələdiyyənin xəzinəsinə mədaxil edilmişdir. Bu müddət ərzində torpaq icarə haqqı üzrə 79484,4 manat məbləğində vəsait yığılmışdır. 2007-ci il ərzində fiziki və hüquqi şəxslərlə istifadələrində olan torpaq sahələri ilə bağlı 114 icarə müqaviləsi bağlanılmışdır. Bağlanılmış müqavilələr üzrə 40990,1 manat məbləğində pul vəsaiti xəzinəyə mədaxil edilmişdir. Qarajlar üzrə torpaq icarə haqqı faktiki olaraq il ərzində 6638,4 manat,yəni nəzərdə tutulduğundan 638,4 manat artıq vəsait toplanaraq büdcəyə mədaxil edilmişdir.Sədrin sözlərnə görə hündürmərtəbəli binalardan əmlak vergisinin yığılması 2007-ci il ərzində 1416,7 manat təşkil etmişdir. 2007-ci il ərzində fiziki şəxslərdən 100803,8 manat əmlak və torpaq vergisi yığılmışdır. Bu rəqəm 2006-cı ildə isə bu rəqəm 82240,5 manat olmuşdur. Planda nəzərdə tutulduğundan 18563,3 manat çox əmlak və torpaq vergisi yığılmışdır ki, bu da 19,4 % plandan artıqdır. 2006-cı ildə mehmanxanalardan 17160,5 manat rüsum yığıldığı halda 2007-ci ildə isə 25068,4 manat rüsum yığılmışdır. 2006-cı il ərzində gecə dayanacaqlarından 6538,0 manat, 2007-ci ildə isə 7018,0 manat rüsum yığılmışdır ki, bu da nəzərdə tutulduğundan 480,0 manat artıqdır. Marşrut avtobuslarının son dayanacaqlarından isə 2007-ci il ərzində 1807 manat vəsait toplanması mümkün olmuşdur. Bələdiyyə ərazisində vergiyə cəlb olunanların sayı da artmaqdadır. Yəni bu rəqəm 2006-ci ildə 1461 nəfər olduğu halda, 2007-ci ildə isə 1604 nəfər vergiyə cəlb edilmişdir.
Qərb bölgəsində patentlərlə bağlı qəbul edilən işlər arasında tətbiqi əhəmiyyəti olanlar çox azdır. Bu fikirləri 2 saylı ərazi Standartlara, Ölçü vasitələrinə, Metroloji qaydalara və Patentlərə Dövlət Nəzarəti İdarəsinin baş məsləhətçisi Sənan Zərbəliyev söyləyir. Onun sözlərinə görə, ötən il qəbul edilən işlərin əksəriyyəti kənd təsərrüfatı sahəsində istifadə olunan qurğularla bağlı olub. «2007-ci ildə idarəyə 364 nəfər ixtiranın hər iki növünə uyğun olaraq (qurğu və üsul) sənəd təqdim edib. Onlardan 318-i rəsmi büllitendə dərc olunub. 106-na patent şəhadətnaməsi verilib. Lakin müasir tələblərə uyğun olan ixtiralar demək olar ki, yoxdur. Yəni yenilik edilmədən hansısa bir qurğuya və ya üsula əlavələr edilir. Bu isə keyfiyyətə əhəmiyyətli təsir etmədiyindən onların gəlir əldə etməsinə kömək etmir». S.Zərbəliyev bildirdi ki, bu il də idarəyə həm ixtira, həm də sənaye ilə əlaqədar 26 iş təqdim olunub. Həmin sənədlərdən 8-i rəsmi büllitendə dərc olunsa da, hansılara şəhadətnamələrin verilməsi mart ayında müəyyənləşəcək.Qeyd edək ki, müraciətçilər hər hansısa patentin qəbulu üçün 5 manat 40 qəpik, rəsmi büllitendə dərci üçün 4 manat, müsbət nəticə əldə edildikdən sonra şəhadətnamələri almaq üçün 16 manat dövlət rüsumu ödəməlidirlə
Bu abidələr Xanlarda yaşamış almanlar tərəfindən tikilmiş və hal-hazırda inzibati binalar kimi fəaliyyət göstərən evlər, Lüteran kilsəsi və Şampan Şərabı müəssisəsidir. Bu barədə Xanlar rayon Mədəniyyət və Turizm İdarəsinin rəisi Şərqiyyə Verdiyeva məlumat verib. O, bu haqda aşağıdakıları söylədi: “Xanlar rayon Mədəniyyət və Turizm İdarəsində qeydiyyatda olan bu abidələr əsasən inzibati binalar kimi fəaliyyət göstərirlər. Belə ki, Xanlar rayonunda vaxtilə yaşamış almanlar tərəfindən inşa edilmiş və hazırda əsaslı təmir olunmuş bu binalarda Yeni Azərbaycan Partiyasının Xanlar rayon təşkilatı, rayon Prokurorluğu, Xanlar və Kəlbəcər rayon Polis idarələri və Xanlar rayon Musiqi məktəbi yerləşir.” Ş.Verdiyenın sözlərinə görə, əvvəllər Xanlar rayon Mədəniyyət və Turizm İdarəsində 31 tarixi abidə qeydiyyatda idisə, hal-hazırda Nazirlər Kabinetinin qərarı ilə onların sayı 365-ə çatdırılıb ki, bunların hamısı yerli əhəmiyyətlidir. Qeyd edək ki, Xanlarda mövcud olan abidələrin ən qədimi Topalhəsənli kəndində Gəncə çayının üzərində yerləşən 12 əsrə aid “Ağ körpü” abidəsidir.