Azərbaycan Bələdiyyə Sistemi : Yanvar 2008
***Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası       Bələdiyyələrlə bağlı ilk informasiya saytı        First information site on municipality             Первый информационный сайт о муниципалитетах ***
Əmlak vergisi necə hesablanır?. Fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir.Vergitutma obyektləriRezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri və s.Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:Onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən:bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə — 0,1 faizlə. 198.1.2. su və hava nəqliyyatı vasitələrinə görə:198.1.2.1. su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manati;198.1.2.2. hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.198.1.2.3. mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün —onların bazar qiymətinin 1 faizi.198.2. Müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.Vergi güzəştləri və azadolmalarDövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü idarəetmə orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları, dövlət fondları və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əmlak vergisini ödəməkdən azaddır.Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər azaldılır.Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:1. ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin;2. məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin;3. bu Məcəllənin 211.1.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb edilən avtonəqliyyat vasitələrinin;4. təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin;199.5. Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak vergisindən azaddır.Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası 200.1. Binalar üzrə əmlak vergisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada binaların inventar dəyərinə əsasən hesablanılır.Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.200.2. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır.200.3. Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq orqana təqdim edir.Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə — həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.200.6. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.Müəssisənin əmlak vergisinin hesablanması və ödənilməsi 201.1. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir.201.1.1. Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14.3.4-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.201.2. Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır.201.3. Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq, həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.201.4. Dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.Cari vergi ödəmələri bu Məcəllənin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.201.5. Müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir.Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.201.6. İllik bəyannamələr üzrə vergilər həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Hesablanmış verginin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.201.7. Müəssisələrin əmlak vergisi dövlət büdcəsinə ödənilir.Verginin ödənilməsini təsdiq edən sənəd olmadıqda, avtonəqliyyat vasitəsinin qeydiyyatı, yenidən qeydiyyatı və ya texniki baxışı keçirilmir.Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası202.0. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:202.0.1. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.202.0.2. Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.202.0.3. Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur.AR Vergi Məcəlləsi


Bələdiyyə sistemindən razısınızmı ?
Çox razıyam
Razıyam
Narazıyam
Çox narazıyam
Bilmirəm


Yekun
 
 
Gəncədə donuzçuluq təsərrüfatları ləğv olunub
Bu barədə məlumat verən Gəncə şəhər Baytarlıq İdarəsinin rəisi Hüseyn Abbasov bildirdi ki, Gəncə şəhərində donuzçuluqla fərdi vətəndaşlar qeyri-qanuni yolla məşğul olurdular. Artıq bir aydır ki, bu təsərrüfatların fəaliyyəti ilə bağlı qəti tədbirlər görülüb.«Bu şəxslər əsasən şəhər zibilliklərində donuz saxlayırdılar. Bu isə yol verilməzdir. Bizim əməkdəşlar donuzları güllələyərək öldürdükdən sonra, cəsədlərini yandıraraq məhv ediblər».Qəbələ raynunda donuzlar arasında Afrika taunu xəstəliyinin yayılmasına gəlincə, müsahibim bildirdi ki, Gəncədə həlki belə bir hala rast gəlinməyib.

/Gəncə Media Mərkəzi/

31.1.2008 | 489
Sumqayıtda korrupsiyaya qarşı mübarizə yolları müzakirə olunub
Korrupsiyaya qarşı Mübarizə Fondu Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının dəstəyi ilə «Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə və virtual məsləhət mərkəzi» layihəsini həyata keçirməyə başlamışdır. Bu barədə məlumatı Korrupsiyaya qarşı Mübarizə Fondu yayıb. Layihə bir il müddətində 12 regionda həyata keçiriləcəkdir. Layihənin əsas məqsədi qəbul edilmiş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» barəsində ictimaiyyəti məlumatlandırmaq, onların hüquqi maarifləndirilməsini artırmaqla yanaşı korrupsiyaya qarşı mübarizədə fəallığına nail olmaqdır. Bundan əlavə layihə vətəndaşlara korrupsiya ilə bağlı ərizə və şikayətlərinin dövlət orqanlarına istiqamətləndirilməsində yardım etməyi nəzərdə tutur. Korrupsiyaya qarşı mübarizədə xüsusi əhəmiyyət kəsb edən ictimaiyyət və dövlət orqanlarının əməkdaşlığına nail olmaq üçün məqsədi ilə Sumqayıt şəhərində dəyirmi masa keçirilmişdir. Tədbirdə yerli dövlət idarələrinin, sahibkarların, KİV-lərin, Şəhər Polis İdarəsinin, QHT-lərin, Şəhər Prokurorluğunun və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Tədbirdə çıxış edən Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru V.Mövsümov qəbul edilmiş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»da korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin danılmaz rolunun və eləcə də ictimaiyyətin hökümətin antikorrupsiya tədbirlərinə nəzarət imkanları əldə etməsinin əks olunduğunu vurğulamışdır. Azərbaycanda korrupsiyanın indiki səviyyədə olmasının bir səbəbini də qəbul edilmiş qanun və proqramların ictimaiyyətə çatdırılmamasında və korrupsioner məmurlar tərəfindən onların inkar edilməsində olduğunu diqqətə çatdıran V. Mövsümov bu sənədin hazırki dövrdə korrupsiyaya qarşı mübarizədə dövlət qulluqçularının və vətəndaşların istinad etdikləri əsas mənbə olduğunu söyləmişdir. Dəyirmi masada çıxış edən sahibkarlar, ictimaiyyətin, dövlət orqanlarının və gənclər təşkilatlarının nümayəndələri ölkədə korrupsiyaya qarşı mübarizənin vacib olduğunu və «Milli Strategiya»ya istinad edərək bu mübarizədə vətəndaş cəmiyyətinin iştirak etməsini dəstəklədilər. Onlar bu mübarizədə yerli dövlət orqanları ilə əməkdaşlığın önəmli olduğunu və «Milli Strategiya»nın həyata keçirilməsinə ictimai nəzarətin təşkilində iştirak etmək fikirlərini qeyd etdilər. Çıxış edənlər Sumqayıt şəhərində korrupsiya halları ilə üzləşdiklərini və konkret olaraq bələdiyyələrdə korrupsiya hallarının olduğu ilə bağlı şikayətlərini söylədilər. Daha sonra tədbir iştirakçıları «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»nın yerli icra hakimiyyətləri orqanları qarşısında qoyduğu aşağıdaki vəzifələrin müzakirəsini apararaq onların həyata keçirilməsinə ictimai nəzarət mexanizmlərinin hazırlanması ilə bağlı fikirlərini bildiriblər.

Municipality.az

31.1.2008 | 484
«Fridrix Naumann» fondu Gəncədə görüş keçirib
Almaniyanın Azadlıq naminə «Fridrix naumann» fondu Gəncə Regional İnformasiya Mərkəzində şəhər içtimaiyyətinin nümayəndələri, QHT ilə görüş keçirdi. Görüşün mövzusunu açıqlayan fondun Azərbaycan üzrə müşaviri Ərəstun Oruclu sərbəst toplaşma azadlığı, bu sahədə cəmiyyətimizdə mövcud durumun vacib olduğuna diqqət çəkdi. O, qeyd etdi ki, beynəlxalq qurumların azərbaycanla bağlı hazırladıqları hesabatlarda bu məsələyə xüsususi diqqət verildiyini vurğulapdı: «Avropa Parlamenti üzvülərindən biri Azrəbaycandakı rəsmi görüşlərdə vurğulamışdı ki, dinc insanlar tərəfindən keçirilən kütləvi aksiyalar dağıdılarkən xüsusi qəddarlıq tətbiq olunur. Bu da siyasi rəqabətin, siyasi düşmənçiliyə çevrilməsinini bariz nümunəsidir». Fondun cənubi qafqaz ölkələri üzrə proqram rəhbəri giriş olaraq bildirdi ki, təmsil etdiyi qrum 1996-cı ildən ölkəmizdə fəaiyyət göstərir: «fəaliyyətimizin əsas praritetləri oduğumuz məkanda azad iqtisadi şəraitin yaranmasına dəstək (inhisarçılığın qarşısınını alınması, uyğun vergilərin tətbiqi və s.), tərəflər arasında siyasi dialoqun qurulması, müxtəlif dini, mədəni, irqi mənsubiyəti olan qrupların bir arada, anlaşma şəraitində ümnasibətlərinin təsis olunmasına yardımçı olmsaqdır».
Proqram rəhbəri onu da bildirdi ki, bu yönümdə dünyanın 60-dan çox ölkəsində maarifləndirmə tədbirləri (seminarlar, treninqlər və s.) təşkil olunub. ölkəmizə gəldikdə isə indiyədək 300-dək vətəndaşımıza pulsuz hüquqi yardım göstərilib, 1000-dən artıq məkəmə müraciətçisinin hüquqları müdafiə olnub.
Qeyd edək ki. söhbət əsnasında sərbəst toplaşma ilə bağlı hüquqi aspektlər, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparıldı.


/Gəncə Media Mərkəzi/

31.1.2008 | 437
Reklam lövhələrində Azərbaycan dili necə istifadə olunur?
Municipality.az saytının monitorinq qrupu paytaxtın dörd mərkəzi küçəsində (Nizami, Bülbül, R. Behbudov və Azadlıq) yerləşən ictimai iaşə, ticarət və digər profilli obyektlərin adlarını bildirən lövhələrdə Azərbaycan dilinin istifadə səviyyəsi ilə bağlı monitorinq aparıb. Adları çəkilən küçələrdə yerləşən 982 obyektin üzərinə vurulan lövhələrin 38%-i ingilis dilində, 23%-i Azərbaycan dilində,17%-i rus dilində, 22%-i isə izahı məlum olmayan abreviatura formasında yazılıb. Rus dilində olan yazıların hamısı latın qrafikası ilə qeyd olunub. Bununla yanaşı qeyd edilməlidir ki, reklam lövhələrinin 12%-ndə hərf səhvləri var və 58 %-i isə ərazinin memarlıq tələblərinə cavab vermir.

Municipality.az

31.1.2008 | 542
Sumqayıt Şəhər İcra hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib
İclasda Sumqayıt şəhərinin inzibati ərazisinə daxil olan qəsəbələrdə – Hacı Zeynalabdin və Corat qəsəbələrində ötən il ərzində görülmüş işlərin yekunları müzakirə olunub. Bu barədə məlumatı Sumqayıt şəhər İcra hakimiyyəti yayıb. Məlumatda bildirilir ki, hesabat məruzəsi ilə çıxış edən Hacı Zeynalabdin qəsəbəsi üzrə icra nümayəndəsi Nasir Rzayev 2007-ci ildə qəsəbədə genişmiqyaslı abadlı və quruculuq işlərinin görüldüyünü bildirdi. N.Rzayev əhalinin müraciət və şikayətlərinə operativ reaksiya verildiyini və məişət problemlərinin həlli məqsədilə sakinlərlə sıx ünsiyyətdə olduqlarını qeyd etdi. Şəhər İcra hakimiyyəti başçısının Corat qəsəbəsi üzrə icra nümayəndəsi Cəmil Quliyev də öz çıxışında ötən il qəsəbə ərazisindəki yolların, su və kanalizasiya xətlərinin təmiri, küçələrin abadlaşdırılması və yaşıllaşdırılması istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyini dedi. O həmçinin Coratda elektrik enerjisi və təbii qaz sayğaclarının quraşdırılmasının əhalinin kommunal xidmətlərlə təminatına müsbət təsir göstərdiyini qeyd edib. Daha sonra qaldırılmış problemlərin həlli istiqamətində müzakirələr aparılıb. Sonda çıxış edən şəhər İcra hakimiyyətinin başçısı, Şuranın sədri Vaqif Əliyev görüşdə müzakirə edilən məsələlərin problemlərin həlli üçün öz tövsiyələrini bildirməklə yanaşı, ötən il ərzində qəsəbələrdə görülmüş işlərin səviyyəsini yüksək qiymətləndirdi.

Municipality.az

31.1.2008 | 538
Orta məktəb müəllimləri arasında monitorinq keçirilib
Müəllimlərin elmi-nəzəri səviyyələrini yoxlamaq məqsədilə 13 yanvar 2008-ci il tarixdə Sumqayıt şəhər orta ümumtəhsil məktəblərinin müəllimləri arasında monitorinq keçirilib. Test sınaq imtahanlarında ana dili, riyaziyyat, tarix, coğrafiya, ingilis dili, fizika, kimya, biologiya müəllimləri iştirak edib. Nəticələr elə həmin gün müəyyənləşdirilərək pedaqoji kollektivlərə çatdırılıb. Hazırda şəhər üzrə müzakirəyə hazırlıq məqsədilə nəticələr şəhər Təhsil Şöbəsində geniş təhlil olunur. Qeyd edək ki, test sınaq imtahanlarında müəllimlərin 75%-i iştirak edib. Bu barədə municipality.az saytına məlumatı Sumqayıt Şəhət İcra Hakimiyyətindən verilib.

Municipality.az

30.1.2008 | 428
Almaniyanın Azərbaycandakı səfiri Sumqayıtda olub
Bu gün Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Per Kristofer Stankinanı qəbul edib. Bu barədə municipality.az saytına məlumatı Sumqayıt Şəhət İcra Hakimiyyətindən verilib. Görüşdə əsasən Almaniya Səfirliyi tərəfindən Sumqayıtda həyata keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri müzakirə olundu. Ötən il Sumqayıt və Lüdviqshafen şəhərlərarası əməkdaşlıq əlaqələrinin 30 illik yubileyi münasibətilə hər iki şəhərdə keçirilən tədbirlərdə fəal iştirakına və hərtərəfli dəstəyinə görə səfir minnətdarlıq edən Vaqif Əliyev Sumqayıt şəhərinin alman təşkilat və müəssisələri ilə bir sıra sahələrdə səmərəli əməkdaşlıq etdiyini bildirdi. Eyni zamanda, ATƏC-in vasitəsilə Sumqayıtda 20-ə yaxın layihənin uğurla icra olunduğunu qeyd etdi. Səfir səmimi qəbula görə V.Əliyevə minnətdarlığını bildirib və regionlarda həyata keçirilən tədbirlərdə Sumqayıt şəhərinə xüsusi diqqət yetirildiyini bildirib. Səfir mövcud əməkdaşlığın davamı kimi 2008-ci ildə Sumqayıtda təhsil və mədəniyyət sahələri üzrə bir sıra birgə tədbirlərinin nəzərdə tutulduğunu qeyd edib. Bu sırada 4 fevralda Sumqayıtda alman musiqiçilərinin konsertinin və 15 saylı məktəbdə təlimlərin əhəmiyyəti xüsusilə vurğulayıb. Görüşdən sonra Per Stankina Səməd Vurğun adına mədəniyyət sarayı ilə tanış olub və 15 saylı məktəbdə şagirdlərə alman dili dərsliklərinin və futbol toplarının təqdim olunması mərasimində iştirak edib.

Municipality.az

30.1.2008 | 427
Misir səfiri AMEA Naxçıvan bölməsində olub
Muxtar respublikaya səfəri çərçivəsində bir sıra görüşlər keçirən Misir Ərəb Respublikasının Azərbaycandakı fövqalədə və səlahiyyətli səfiri Yusif Əhməd Əl Şarkavi AMEA-nın Naxçıvan bölməsində də olub. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev AMEA Naxçıvan bölməsinin yaradılması və fəaliyyəti haqqında qonağa ətraflı məlumat vermişdir. Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Yusif Əhməd Əl Şarkavi öz növbəsində dost ölkələrimiz arasında günü-gündən genişlənən elmi əlaqələrdən çox şad olduğunu bildirmiş və elmi-tədqiqat inistitutları ilə daha yaxından tanış olmaq arzusunu ifadə etmişdir. Səfir AMEA Naxçıvan bölməsinin əlyazmalar fondu ilə tanış edilmişdir. Azərbaycan elminin, onun ayrı-ayrı sahələrinin inkişafı tarixinin öyrənilməsindən, habelə əlyazmaların toplanılması və tədbiqi, onların gələcək nəsillərə çatdırılması üçün bir sıra mühüm işlər görüldüyü haqqında qonağa ətraflı məlumat verilmişdir. Şərq əlyazmaları ilə daha yaxından tanış olan səfir bölmənin kitabxana fondunda da olmuşdur. AMEA Naxçıvan bölməsi ilə tanışlığından çox razı qaldığını ifadə edən Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri səmimi görüşə görə AMEA Naxçıvan bölməsinin sədrinə öz minnətdarlığını bildirmiş, qarşılıqlı elmi əlaqələrin gücləndirilməsinin vacibliyini bir daha vurğulamışdır.

www.nakhchivan.az

30.1.2008 | 458
  1 2 3 ... 10 11 12  Next »









 


Arxiv


«Yanvar 2008»
B.e. Ç.a Ç. C.a. C Ş. B.
 123456
78910111213
14151617181920
21222324252627
28293031 


   


























eXTReMe Tracker

Bu sayt Kataloq.NET uzvudur

© Municipality.az 2007
Müəllif hüquqlari V.T. Cəfərova məxsusdur
Saytdakı materiallardan istifadə zamanı istinad etməyiniz zəruridir
Farkhadov WEB STUDIO