Azərbaycan Bələdiyyə Sistemi : Dekabr 2007
***Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası       Bələdiyyələrlə bağlı ilk informasiya saytı        First information site on municipality             Первый информационный сайт о муниципалитетах ***
Əmlak vergisi necə hesablanır?. Fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir.Vergitutma obyektləriRezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri və s.Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:Onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən:bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə — 0,1 faizlə. 198.1.2. su və hava nəqliyyatı vasitələrinə görə:198.1.2.1. su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manati;198.1.2.2. hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.198.1.2.3. mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün —onların bazar qiymətinin 1 faizi.198.2. Müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.Vergi güzəştləri və azadolmalarDövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü idarəetmə orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları, dövlət fondları və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əmlak vergisini ödəməkdən azaddır.Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər azaldılır.Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:1. ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin;2. məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin;3. bu Məcəllənin 211.1.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb edilən avtonəqliyyat vasitələrinin;4. təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin;199.5. Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak vergisindən azaddır.Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası 200.1. Binalar üzrə əmlak vergisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada binaların inventar dəyərinə əsasən hesablanılır.Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.200.2. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır.200.3. Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq orqana təqdim edir.Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə — həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.200.6. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.Müəssisənin əmlak vergisinin hesablanması və ödənilməsi 201.1. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir.201.1.1. Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14.3.4-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.201.2. Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır.201.3. Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq, həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.201.4. Dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.Cari vergi ödəmələri bu Məcəllənin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.201.5. Müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir.Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.201.6. İllik bəyannamələr üzrə vergilər həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Hesablanmış verginin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.201.7. Müəssisələrin əmlak vergisi dövlət büdcəsinə ödənilir.Verginin ödənilməsini təsdiq edən sənəd olmadıqda, avtonəqliyyat vasitəsinin qeydiyyatı, yenidən qeydiyyatı və ya texniki baxışı keçirilmir.Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası202.0. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:202.0.1. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.202.0.2. Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.202.0.3. Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur.AR Vergi Məcəlləsi


Bələdiyyə sistemindən razısınızmı ?
Çox razıyam
Razıyam
Narazıyam
Çox narazıyam
Bilmirəm


Yekun
 
 
Ötən illə müqayisədə elektrik istehlakına görə ödəmə iki dəfə artıb
Noyabr ayında elektrik enerjisinə görə əhalidən əldə olunan məbləğ istehlakın 74,3 faizi qədər olub. Ötən ilin müvafiq dövründə isə bu göstərici cəmi 39,6 faiz təşkil etmişdi. Bu barədə Gəncə Regional Enerji Təchizatı MMC-nin mətbuat xidmətinin rəisi Rafiq Abbasov məlumat verib. O, bildirib ki, ötən ay əhalidən sərf olunan enerjiyə görə ödənilən məbləğ 499 min 718 manat təşkil edib. Ümumilikdə isə ötən ay şəhərimizdə 31 milyon 689 min 496 kilovat saat enerji satılıb ki, bunun müqabilində 1 milyon 177 min 514 manat vəsait ödənilib.
R.Abbasov artıq 1 aydır ki, quraşdırılmasına başlanılmış kart sayğaclarının 6 min 700 ədədinin abonentlərin ixtiyarına verildiyini söylədi. Sayğaclar hələlik şəhərin V mikrorayon, Gülstan və Yeni Gəncə qəsəbələrində quraşdırılıb.


/Gəncə Media Mərkəzi/

19.12.2007 | 492
"Şəki bələdiyyəsi" qəzetinin növbəti sayı işıq üzü görüb
Qəzetun bu sayında bələdiyyənin 2008 -ci üçün büdcə layihəsi oxucuların müzakirəsinə verilib.Qəzetin 18-ci sayında bələdiyyə üzvlərinin qəbul saatları, Şəki Rayon İcra hakimiyyətinin və bələdiyyənin fəaliyyətini əks etdirən materilallar dərc olunub. Qeyd edək ki , "Şəki bələdiyyəsi" qəzeti eyniadlı bələdiyyə tərəfindən təsis olunub və artıq 40-cı sayı oxucuların müzakirəsinə verilib.

Municipality.az

19.12.2007 | 610
Güclü qar Lerikdə problemlər yaradıb
Dörd gündür yağan qar Lerik rayonunda bir sıra fəsadlara səbəb olub. Lerik Rayon Paylayıcı Elektrik Şəbəkəsinin (RPEŞ) direktoru Aydın Məmmədova istinadən verdiyi xəbərə görə, güclü qar 80-dən çox elektrik dirəyini yıxıb, 3 kilometrlik elektrik xəttini sıradan çıxarıb. Hazırda rayon mərkəzi istisna olmaqla, 100-dən çox yaşayış məntəqəsi işıqsızdır. ATS-lər elektrik enerjisi ilə işlədiyindən, bəzi kəndlərlə telefon rabitəsi kəsilib. RPEŞ-nin direktorunun sözlərinə görə, bütün qüvvələr təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına səfərbər edilib. Lənkərandan Lerikə kifayət qədər elektrik avadanlığı göndərilib. Qəza briqadası axşam saatlarına kimi işıqsız qalmış kəndlərə elektrik enerjisinin verilişinin bərpa edilməsi üçün lazımi tədbirlər görməyə başlayıb.

/APA/

19.12.2007 | 518
Bakıda keçirilən 150 kənd təsərrüfatı yarmarkalarında 30 min ton məhsul satılıb
Dekabrın 22-23 tarixlərində Bakının 7 rayonu üzrə növbəti kənd təsərrüfatı yarmarkaları təşkil olunacaq. Bu barədə məlumatı Kənd Təsərrüfatı Nazirliyindən veriblər. Müqəddəs Qurban bayramı ərəfəsində ötən şənbə və bazar günü təşkil olunmuş yarmarkaya 665 ton müxtəlif təyinatlı kənd təsərrüafatı məhsulları çıxarılıb. Bu isə ötən ilin bayram ərəfəsində təşkil olunmuş yarmarkaya çıxarılan məhsuldan 160 ton çoxdur. Yarmarkaya respublikanın 40-45 rayonundan məhsul gətirilməsi planlaşdırılır. Qeyd edək ki, dekabrın 15-16-da təşkil olunmuş yarmarkaya 50 ton ət, 240 min ədəd yumurta, 260 ton tərəvəz məhsulları, 127 ton kartof, 200 ton meyvə çıxarılıb. Xatırladaq ki, 2006-cı ilin iyul ayının 22-dən cari ilin 16 dekabr tarixlərinə qədər Bakı şəhərində 7 rayon üzrə ümumilikdə 150 kənd təsərrüfatı yarmarkası təşkil olunub. Bu yarmarkalarda isə əhaliyə 29 min 245 ton kənd təsərrüfatı məhsulları satılıb.

/Azadinform/

19.12.2007 | 507
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Daxili Nəzarət Komissiyası yaradılıb
Bu barədə məlumatıDaşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən veriblər. Ölkə prezidentinin müvafiq sərancamı ilə təsdiq edilən «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»nın icrasının təmin edilməsi məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətdə kompleks tədbirlər planı hazırlanıb. Bu barədə məlumatı AZADİNFORM-a Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən veriblər. Tədbirlər planı çərçivəsində ötən dövr ərzində Xidmət Aparatının məsul vəzifəli şəxsləri tərəfindən qrumun ərazi idarələrində görüşlər keçirilib. Bu zaman vətəndaş ərizə və şikayətlərinin Xidmətin internet saytı vasitəsilə qəbulu və cavablandırılması təmin olunub. Milli Strategiya çərçivəsində həyata keçirilməli olan vəzifələrin icrası, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların və sənədlərin internet şəbəkəsi vasitəsilə əldə olunmasının təmin edilməsi, daşınmaz əmlak üzərində şəffaflığın artırılması və korrupsiyaya qarşı maarifləndirmə istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə Xidmətdə Daxili Nəzarət Komissiyası yaradılıb. Dövlət Reyestri Xidməti Aparatının rəhbəri Gülhüseyn Kazımov komissiyanın sədri təyin edilib.

Azadinform

18.12.2007 | 565
Bələdiyyələrin ilk beşillik fəaliyyətinin təhlili
2004-cü ilin ən yadda qalan hadisələrindən biri ölkəmizdə növbəti bələdiyyə seçkilərinin keçirilməsi oldu. İlk öncə qeyd edək ki, ictimaiyyət arasında bəzi dairələr tərəfindən proseslərin passiv keçməsi səslənsə də, əslində faktlar bunu təsdiqləmir. Hər halda həqiqət budur ki, bələdiyyə seçkilərini nə parlament, nə də prezident seçkiləri ilə eyniləşdirmək olmaz. 21 min yerlik bələdiyyə üzvlüyü uğrunda 38 min namizəd mübarizə aparıbsa burada hər hansı passivlikdən söz gedə bilməz...
18.12.2007 | 872
How is the social maintenance problem of municipality office workers solved?
Average monthly salary of these structures’ workers is less than 28 Manats.
After municipality elections in October having been increased 0.8% the number of these structures reached to 2756. 23 municipalities that are going to be established will be mainly formed in regions. The number of municipality members has already reached to 23 thousands, and the number of municipality office workers is 25 thousands. As the number of workers in local agencies increases, the costs for maintenance of these structures increases as well. But in the latest three years 69% increase in the average salary of municipality workers has not helped to raise their life conditions. Increasing of average salary in the Republic from 19.4 manats up to 27.2 manats can not be considered as achievement...

18.12.2007 | 682
«Azərbaycanın ÜTT-yə üzvlüyünün özəl sektor üçün səmərələri» mövzusunda seminar
17 dekabr 2007-ci il tarixdə Qlobal İqtisadi Araşdırmalar Mərkəzi (QİAM) İqtisadi İnkişaf Nazirliyinin Lənkəran Biznes Tədris Mərkəzində "Ümumdünya Ticarət Təşkilatının (ÜTT) səmərələri haqqında özəl sektorun məlumatlılığının artırılması" layihəsi çərçivəsində yerli sahibkarlar üçün "Azərbaycanın ÜTT-yə üzvlüyünün özəl sektor üçün səmərələri" mövzusunda seminar keçirmişdir. Lənkəran Rayon İcra Hakimiyyətinin yaydığı məlumata görə, seminarın keçirilməsində məqsəd ÜTT-yə üzvlüyün özəl sektor üçün üstünlükləri barədə sahibkarları məlumatlandırmaq və Azərbaycanın bu beynəlxalq quruma üzvlüyə qəbul olunması prosesində yaxından iştirak etmək və bu istiqamətidə müvafiq dövlət orqanları ilə əməkdaşlığa aid onlara tövsiyyələr vermək olmuşdur. QİAM bu layihəni ABŞ səfirliyinin maliyyə dəstəyi ilə cari ilin Oktyabr ayından keçirir. Seminarda müvafiq dövlət qurumlarının nümayəndələri, Lənkəranda istehsal, emal, tikinti, turizm və aqrar sektorda fəaliyyət göstərən yerli sahibkarlar iştirak ediblər.

Municipality.az

18.12.2007 | 464
  [1] 2 3 4 5 6 7 8 9 10  Next »









 


Arxiv


« Dekabr 2007»
B.e. Ç.a Ç. C.a. C Ş. B.
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 


   


























eXTReMe Tracker

Bu sayt Kataloq.NET uzvudur

© Municipality.az 2007
Müəllif hüquqlari V.T. Cəfərova məxsusdur
Saytdakı materiallardan istifadə zamanı istinad etməyiniz zəruridir
Farkhadov WEB STUDIO