Azərbaycan Bələdiyyə Sistemi : Noyabr 2007
***Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası       Bələdiyyələrlə bağlı ilk informasiya saytı        First information site on municipality             Первый информационный сайт о муниципалитетах ***
Əmlak vergisi necə hesablanır?. Fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir.Vergitutma obyektləriRezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri və s.Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:Onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən:bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə — 0,1 faizlə. 198.1.2. su və hava nəqliyyatı vasitələrinə görə:198.1.2.1. su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manati;198.1.2.2. hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.198.1.2.3. mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün —onların bazar qiymətinin 1 faizi.198.2. Müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.Vergi güzəştləri və azadolmalarDövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü idarəetmə orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları, dövlət fondları və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əmlak vergisini ödəməkdən azaddır.Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər azaldılır.Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:1. ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin;2. məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin;3. bu Məcəllənin 211.1.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb edilən avtonəqliyyat vasitələrinin;4. təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin;199.5. Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak vergisindən azaddır.Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası 200.1. Binalar üzrə əmlak vergisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada binaların inventar dəyərinə əsasən hesablanılır.Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.200.2. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır.200.3. Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq orqana təqdim edir.Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə — həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.200.6. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.Müəssisənin əmlak vergisinin hesablanması və ödənilməsi 201.1. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir.201.1.1. Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14.3.4-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.201.2. Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır.201.3. Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq, həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.201.4. Dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.Cari vergi ödəmələri bu Məcəllənin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.201.5. Müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir.Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.201.6. İllik bəyannamələr üzrə vergilər həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Hesablanmış verginin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.201.7. Müəssisələrin əmlak vergisi dövlət büdcəsinə ödənilir.Verginin ödənilməsini təsdiq edən sənəd olmadıqda, avtonəqliyyat vasitəsinin qeydiyyatı, yenidən qeydiyyatı və ya texniki baxışı keçirilmir.Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası202.0. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:202.0.1. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.202.0.2. Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.202.0.3. Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur.AR Vergi Məcəlləsi


Bələdiyyə sistemindən razısınızmı ?
Çox razıyam
Razıyam
Narazıyam
Çox narazıyam
Bilmirəm


Yekun
 
 
Əmanətçilərə pul əvəzinə torpaq verilsin
Zahid Məmmədov: Bələdiyyələrin satdığı torpaqları əmanətçilərə paylamaqla problemi birdəfəlik həll etmək olar
Əhalinin sovet dövründə “batmış” əmanətlərinin qaytarılması ilə bağlı xərclər 2008-ci ilin büdcə layihəsində də nəzərdə tutulmayıb. Hər il büdcə zərfi parlamentdə müzakirə olunarkən, əmanətçilər pullarının qaytarılması barədə qanun qəbul ediləcəyini gözləsə də aidiyyatı orqanlar onlara növbəti ili gözləməyi məsləhət bilir. Əmanətlərin qaytarılmaması barədə irəli sürülən əsas arqumentlərdən biri odur ki, həmin vəsaitlərin ödənilməsi üçün konkret mexanizm yoxdur. İqtisadçı-doktor Zahid Məmmədov isə təklif edir ki, əmanətlərin indiki dövrdə ödənilməsi üçün ən optimal variant pul əvəzinə torpaq sahələrinin verilməsidir...

30.11.2007 | 574
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti və yeni Zığ–Binə yolunun çəkilişi ilə məşğul olan tikinti şirkəti tərəfindən müraciət olunmuşdur.
26 noyabr 2007–ci il tarixdə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti və yeni Zığ–Binə yolunun çəkilişi ilə məşğul olan tikinti şirkəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunaraq 27 noyabr 2007–ci il tarixdə saat 10:00–dan 15:00–dək yeni Zığ–Binə yolunun çəkilişi ilə əlaqədar 35000 və 110000–lik elektrik xətlərinin köçürülməsi ilə bağlı Hövsan aerasiya stansiyasına gedən elektrik enerjisinin dayandırılacağı bildirilmiş və bununla əlaqədar həmin vaxt ərzində stansiyaya toplanan tullantı sularının təmizlənmədən dənizə axıdılmasına icazə verilməsi xahiş olunmuşdur. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, 27.11.2007–ci il tarixdə elektrik enerjisi xətlərinin dəyişdirilməsi qrafikində dəyişiklik edilmiş və Hövsan aerasiya stansiyasına elektrik enerjisinin verilməsi 10:00–dan 15:00–dək əvəzinə 12:40–dan 17:45–dək dayandırılmışdır. Həmin vaxt ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qoyulan şərtlərə əsasən "Azərsu"ASC tərəfindən elektrik enerjisinin dayandırılması müddətində Hövsan aerasiya stansiyasında aerobların fəaliyyətinin davam etdirilməsi məqsədilə aerotenklərin oksigenlə təmin olunması üçün dərhal generatorlar fasiləsiz iş rejiminə keçirilmiş, tullantı sularının maksimum mexaniki üsulla çökdürülməsi, müvafiq yerlərdən nümunələrin götürülərək analiz olunması və texnoloji sxem boyu nəzarətin gücləndirilməsi təmin olunmuşdur. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları proses başa çatdırılana qədər mövcud vəziyyəti vizual nəzarətdə saxlamışlar.Hövsan aerasiya stansiyasına gedən elektrik xətlərinin dayandırılması ilə əlaqədar aparılan işlər başa çatdırılmış və stansiyaya enerjinin verilməsi saat 17:45 radələrində bərpa olunmuşdur.

Municipality.az

30.11.2007 | 300
Sabir Rüstəmxanlı ilə görüş keçirilib
Səbail RİH-dən municipality.az saytına daxil olan məlumata görə, müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin yaradıcılığı ilə şagirdlərin yaxından tanışlığı məqsədi ilə Səbail rayonunun 190 saylı orta məktəbdə Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının yaradıcılıq gecəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan 190 saylı orta məktəbin direktoru, respublikanın əməkdar müəllimi Afət Bakıxanova şair və ictimai xadim Sabir Rüstəmxanlını və tədbirə dəvət olunmuş digər qonaqları salamlamış, bu kimi ədəbi görüşlərin keçirilməsinin şagirdlərin bilik və mədəni səviyyələrinin artmasında böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir. Gecənin aparıcısı, məktəbin ədəbiyyat müəllimi Qənirə Əmircanova zala toplaşan məktəbin şagird və müəllim kollektivinə, valideyn və çoxsaylı qonaqlara Sabir Rüstəmxanlının həyat və yaradıjılığı barədə məlumat vermiş, məktəbin şagirdləri şairin şerlərini oxumuşlar. Xalq şairi, Millət vəkili Sabir Rüstəmxanlı öz ədəbi və ictimai fəaliyyətindən danışmış, toplaşanların çoxsaylı suallırnı cavablandırmışdır. Şairin həyat yolu, yaradıclığı və icimai fəaliyyəti barədə söz açan xalq artisti Nurəddin Mehdixanlı Sabir Rüstəmxanlının ssenari müəllifi olduğu «Cavaddxan» filmi, onun çəkilişi barədə geniş məlumat vermiş,şairin şeylərini oxumuşdur. Tədbirdə vətənə sevgi, məhəbbət və vətənpərvərlik mövzularında şeyrlər səslənmiş və mahnılar ifa olunmuşdur. Tədbirin sonunda Sabir Rüstəmxanlı qojaman məktəbin kitabxanasına öz kitablarını hədiyyə edib.

Municipality.az

30.11.2007 | 566
Keyptaun şəhərində milli insan hüquqları təsisatlarının dəyirmi masası keçirilmişdir
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Cənubi Afrika Respublikasının Keyptaun şəhərində “Keçid dövründə ədalət” mövzusunda beynəlxalq dəyirmi masada iştirak etmişdir. Tədbir BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Cənubi Afrika İnsan Hüquqları Komissiyası tərəfindən təşkil olunmuşdur. Dəyirmi masanın işinə dünyanın müxtəlif regionlarını, o cümlədən Avropa, Asiya-Sakit Okean hövzəsi, Afrika və Amerikanın 40-dan çox ölkəsini təmsil edən İnsan Hüquqları üzrə Milli qurumun rəhbərləri, ombudsmanlar qatılmışlar. Qurumun mətbuat xidmətindən municipality.az saytına verilən məlumatda bildirilir ki, müzakirələr münaqişədən sonrakı keçid dövründə davamlı inkişafın və qanunun aliliyinin təmin olunması, həmçinin milli insan hüquqları təsisatlarının rolu ilə bağlı məsələlərə həsr olunmuşdur. Bu sahədə müxtəlif ölkələrin təcrübəsi, müvafiq strategiyalar öyrənilmiş, vətəndaş cəmiyyətinin zəruriliyi, eyni zamanda həm konflikt zamanı, həm də münaqişədən sonrakı dövrdə regional və beynəlxalq əməkdaşlığın əhəmiyyətli olduğu vurğulanmışdır. Baş vermiş zorakılıqların sənədləşdirilməsi, məlumatın toplanması, milli mexanizmlər vasitəsilə araşdırılması, bu məlumatlar əsasında arxivlərin yaradılması, zərərçəkənlərə yardımların təşkil edilməsi üzrə lazımi tədbirlərin görülməsi və s. məsələlər də müzakirə obyekti olmuşdur. Bu zaman insan hüquqlarının təmin olunmasına yönəlmiş milli təsisatların daha səmərəli fəaliyyət göstərmək məqsədilə öz imkanlarını araşdırmasının zəruriliyi vurğulanmışdır. Münaqişədən sonra keçmişdə zorakılığa yol verənlərə qarşı cəzasızlığın aradan qaldırılması, zərərçəkənlərin insan hüquqları və qanunun aliliyinin təmin olunmasının vacibliyi diqqətə çatdırılmışdır. Üç gün davam edən dəyirmi masa zamanı insan hüquqları üzrə təsisatların araşdırmalar, sənədləşmə, insan hüquqlarının pozulması halları, fərdi şikayətlərin qəbul olunması, hüquqi məsləhət xidmətləri, qanunvericiliyin təhlili və hüquqi maarifləndirmə sahəsində vəzifələri müzakirə olunmuş, təcrübə mübadiləsi keçirilmiş, konkret mövzular üzrə qrup şəklində müzakirələr aparılmış və nəticələri özündə əks etdirən yekun sənəd qəbul olunmuşdur. Həmin sənəddə Azərbaycan Ombudsmanının təklifləri də özünə yer tapmışdır. E.Süleymanova Azərbaycandakı vəziyyəti dəyirmi masanın mövzusu kontekstində iştirakçıların diqqətinə çatdırmışdır. O, 20 ilə yaxın müddətdə qonşu ölkə olan Ermənistanın təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində ərazisinin 20 faizinin zəbt olunduğunu, əhalinin bir milyon nəfərinin, yəni hər səkkiz nəfərindən birinin qaçqın və ya məcburi köçkün vəziyyətinə düşdüyünü, onların uzun illər boyu çoxsaylı çadır şəhərciklərində yaşamağa məruz qaldığını bildirmişdir. Onların ağır həyatı barədə məlumat verilmiş, Beynəlxalq Konvensiyalarda, milli qanunvericilikdə ehtiva olunmuş insan hüquqlarının kütləvi şəkildə pozulduğu qeyd olunmuşdur. Azərbaycan Ombudsmanı zorakılıq qurbanlarının unudulmamasının, cinayət törədənlərin isə məsuliyyətə cəlb olunmasının zəruriliyini vurğulamışdır. Cəzasızlığın yeni cinayətləri doğurmaması naminə sonuncuların cəzalandırılmasının vacibliyi önə çəkilmişdir. Müxtəlif ölkələri təmsil edən iştirakçılara Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi, erməni terroru, Xocalı soyqırımı haqqında nəşrlər, həmçinin Müvəkkilin illik məruzələri paylanmışdır. Növbəti dəyirmi masaların Fələstində və Azərbaycanda keçirilməsi tövsiyə olunmuşdur.

Municipality.az

30.11.2007 | 527
AVCIYA-nın nümayəndə heyəti ABŞ-da səfərdədir
Azərbaycanda Vətəndas Cəmiyyətinin Inkisafina Yardım Assosiasiyasının (AVCIYA) numayəndə heyəti ABS-ın "Bob Lorens Assosiasiyasının dəvəti ilə noyabrın 28-də ABS-a səfərə yola dusmusdür. Humayəndə heyətinin tərkibinə assosiasiyanin vitse-prezidenti Vəli Əlibəyov, AVCIYA beynəlxalq əlaqələr uzrə koordinatoru Gunəl Əliyeva, "Söz azadlığını müdafiə" Fondunun icracı direktoru Məmməd Nazimoqlu, AVCIYA-nın Seçki Qərargahının pəhbəri Məhərrəm Zülfüqarlı və " Insan Huquqları XXI əsr- Azərbaycan" Fondunun prezidenti Sahin Camalov daxildir. Nümayəndə heyətinin səfər proqramı cərcivəsində gorüslərini noyabrın 29-da Vaşinqton şəhərində Azərbaycan Respublikasının ABS-dakı səfirliyindəki görüşlə baslayıb. Qonaqları qəbul edən ölkəmizin bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Yasar Əliyev bu cür səfərlərin Azərbaycan ücün xususi əhəmiyyət kəsb etdiyini xususi qeyd edib. O bildirib ki, son illər Azərbaycan haqqında həqiqətlərin ABS əhalisinə çatdırılmasına böyük ehtiyac var. Bu sahədə hökümət strukturları ilə yanası vətəndas cəmiyyəti nümayəndələri olan QHT-lər də boyuk rol oynayır. Vəli Əlibəyov assosiasiyanın fəaliyyəti haqqında səfirə geniş məlumat verdikdən sonra, səfərin əsas məqsədi və proqram haqqında da qısa informasiya verib. Bundan sonra görüşdə qarsılıqlı fikir mubadiləsi aparılıb və səfirə "Soz azadlığını müdafiə" Fondunun bu yaxınlarda Bakı səhərində keçirilmiş beynəlxalq konfransın materialları və assosiasiyanın digər nəşr olunmus materialları təqdim olunub. Qurumun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, həmin gün numayəndə heyəti "Avrasiya" Fondunun Vaşinqton ofisində görüsdə də olublar.
"Avrasiya" Fondunun qiymətləndirmə uzrə meneceri Robert O'Donovan qonaqlara Fondun umumi fəaliyyəti, o cumlədən Azərbaycandakı fəaliyyəti barədə qısa məlumat verib. Bundan sonra assosiasiyanın numayəndələri məsğul olduqları sahələr üzrə gördükləri islər barədə Fondun numayəndələrini məlumatlandırıblar. Görüsun sonunda AVCIYA ilə Avrasiya Fondunun gələcək əməkdaslığı barədə fikir mubadiləsi aparılıb. Bundan sonra
Azərbaycanda Vətəndas Cəmiyyətinin Inkisafina Yardım Assosiasiyasının numayəndə heyəti School of Advanced International Studies (SAIS) qurumu ilə görüsdə olublar. Qurumun Center for Transatlantik Relations mərkəzinin direktoru doktor Mixael Haltzel qonaqlara təskilatın fəaliyyəti haqqında qısa məlumat verib. AVCIYA-nin vitse-prezidenti Vəli Əlibəyov təşkilat haqqında məlumat verdikdən sonra Azərbaycanda söz və mətbuat azadlıqları, insan haqları, seckilər və təhsil sahəsində mövcud olan problemlər barədə geniş fikir mubadiləsi aparılıb. Mixael Haltzel bildirib ki, çox zaman Azərbaycan haqqında onlara məlumatlar birtərəfli çatdırıldığından əsil həqiqətlər haqqında onlarda məlumat qıtlıqı yaranır.O, bu cur görüslərin həmin problemin həllində xususi əhəmiyyət dasıdığını qeyd etmis va bu sahədə AVCIYA – nın fəaliyyətini musbət qiymətlənditmisdir.
AVCİYA-nın nümayəndə heyətinin ABŞ səfəri davam edir.


Municipality.az

30.11.2007 | 497
Dövlət komissiyası hündürmərtəbəli binalarda araşdırmaları davam etdirir
8 günlük araşdırma nəticəsində komissiya tərəfindən 2 müəssisə rəhbərinə iqtisadi sanksiya tətbiq edilib, 5 müəssisədə isə işçilərlə 14 yeni əmək müqaviləsi bağlanılıb.Bu barədə Dövlət Əmək Müfəttişliyinin baş müfəttişi Xaliq Ağayev məlumat verib. O, şəhərimizdəki inşaat meydançalarında mövcud vəziyyətlə bağlı məlumat verib:«Ən böyük problem ehtiyat kəmərlərinin olmaması və sənədlərlə bağlıdır. Məsələn, 2 obyekt istisna olmaqla, tikinti aparan şirkətlərin olmaqla hər birində işçilərin sayı düzgün göstərilməməsi müəyyən etdik. Fəhlələrin tibbi nəzarətdən keçməsi isə bir çox hallarda təxirə salınıb. Biz fəaliyyətə başladığımız müddətdən həmin çatışmamazlıqların aradan qaldırılması üçün lazımi tapşırıqlar vermişik və müəssisə rəhbərlərinə bu yöndə 3-10 gün müddətində vaxt vermişik. Araşdırmalarımız hələ də davam edir».
X.Ağayev hündürmərtəbəli tikintilərdə digər bir problemin lift şaxtalarının ağzının bağlanmaması olduğunu vurğuladı.Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi aparatı tərəfindən şəhərimizdəki hündürmərtəbəli tikintilərdə yoxlamalar aparması üçün təyin edilmiş 4 nəfərdən ibarət komissiya heyəti 2 qrup olmaqla noyabrın 22-dən fəaliyyət göstərir. İnşaat və digər məsələlərlə bağlı araşdırmalar 2-3 ay ərzində tikilməkdə olan 18 binanın hər birində davam etdiriləcək.Ə.Nəsirli 5 nəfərlik komissiya heyyətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müfəttişlərindən ibarət olduğunu bildirdi.Nazirliyin təyin etdiyi komissiya ilə paralel olaraq 7 saylı Ərazi Dövlət Əmək Müfəttişliyinin nümayəndələri də tikinti şirkətləri tərəfindən əmək müqavilələrinin bağlanılması və maaşların düzgün göstərilməsi, eləcə də vergi ödəmələri üzrə məsələlər ilə bağlı yoxlamaları davam etdirir.


/Gəncə Media Mərkəzi/

30.11.2007 | 387
Хады Раджабли: «Граждане страны тратят миллионы долларов на туризм и отдых за границей»
Комиссия по социальной политике Милли Меджлиса подготовила законопроект «О природно-лечебных ресурсах, санаториях и курортах». Во вчерашнем обсуждении комиссией проекта закона приняли участие представители министерств здравоохранения, экологии и природных ресурсов, культуры и туризма. В ходе рассмотрения законопроекта было принято решение придать особый статус нафталанскому лечебно-оздоровительному центру и оздоровительному центру Истису. Кроме того, участники обсуждения вынесли предложение сократить слишком длинное, по их мнению, название законопроекта до минимума и назвать его законом «О курортах». Члены рабочей группы высказали пожелание, чтобы государство уделяло повышенное внимание местам отдыха не только в столице, но и в регионах страны.Как сообщил 1news.az председатель парламентской комиссии по социальной политике Хады Раджабли, в случае принятия закона будут открыты новые возможности для более интенсивного развития туризма в стране, а также здорового образа жизни граждан. Х. Раджабли отметил, что существовавшая в советские годы курортно-санаторная база практически вышла из строя. В связи с этим должна быть создана серьезная правовая база с целью реконструкции этой системы, формирования рыночных отношений, обеспечения лечения населения за счет профсоюзных путевок. По словам парламентария, в связи с улучшением социального положения, граждане страны тратят миллионы долларов на туризм и отдых за границей. При этом Азербайджан имеет огромный потенциал для развития инфраструктуры курортно-санаторной базы. Однако для ее динамичного развития необходим закон «О природно-лечебных ресурсах, санаториях и курортах».

1news.az

30.11.2007 | 343
Xırdalanda Misir mallarının satışı mərkəzi yaradılacaq
Municipality.az saytına daxil olan məlumata görə, Xırdalana şəhər statusu verilməsinin bir ili tamam olub. Bu münasibətlə Mədəniyyət evində keçirilən bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov son üç ildə rayonda aparılmış quruculuq işlərindən danışmış və bildirmişdir ki, son bir il ərzində rayonda 12 məktəb binası, xeyli sayda xəstəxana və poliklinika tikilmiş, mədəniyyət ocaqları əsaslı təmir edilmiş, küçə və meydanlar abadlaşdırılmışdır. İcra başçısının sözlərinə görə, yaxın illərdə “Quşçuluq” yaşayış massivində yeni çoxmərtəbəli binaların ucaldılması və ticarət obyektləri tikilməsi planlaşdırılır. Qeyd edək ki, şəhər əhalisinin sayı son 3 ildə 3,5 dəfə artmışdır.
Abşeron rayonu Misir Ərəb Respublikası ilə sıx dostluq əlaqəsi qurulduğunu bildirən Z.Fərəcov Xırdalan şəhərində Misirin Qəlyubiyyə əyaləti sıx əməkdaşlıq əlaqələrinin yarandığını qeyd etmiş və bu yaxınlarda Xırdalanda Misir mallarının satışı mərkəzi yaradılacağını da vurğulamışdır.


Municipality.az

30.11.2007 | 432
  1 2 3 ... 18 19 20  Next »









 


Arxiv


« Noyabr 2007»
B.e. Ç.a Ç. C.a. C Ş. B.
 1234
567891011
12131415161718
19202122232425
2627282930 


   


























eXTReMe Tracker

Bu sayt Kataloq.NET uzvudur

© Municipality.az 2007
Müəllif hüquqlari V.T. Cəfərova məxsusdur
Saytdakı materiallardan istifadə zamanı istinad etməyiniz zəruridir
Farkhadov WEB STUDIO