Azərbaycan Bələdiyyə Sistemi : Sentyabr 2007
***Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası       Bələdiyyələrlə bağlı ilk informasiya saytı        First information site on municipality             Первый информационный сайт о муниципалитетах ***
Əmlak vergisi necə hesablanır?. Fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir.Vergitutma obyektləriRezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri və s.Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:Onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən:bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə — 0,1 faizlə. 198.1.2. su və hava nəqliyyatı vasitələrinə görə:198.1.2.1. su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manati;198.1.2.2. hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.198.1.2.3. mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün —onların bazar qiymətinin 1 faizi.198.2. Müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.Vergi güzəştləri və azadolmalarDövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü idarəetmə orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları, dövlət fondları və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əmlak vergisini ödəməkdən azaddır.Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər azaldılır.Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:1. ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin;2. məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin;3. bu Məcəllənin 211.1.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb edilən avtonəqliyyat vasitələrinin;4. təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin;199.5. Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak vergisindən azaddır.Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası 200.1. Binalar üzrə əmlak vergisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada binaların inventar dəyərinə əsasən hesablanılır.Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.200.2. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır.200.3. Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq orqana təqdim edir.Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə — həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.200.6. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.Müəssisənin əmlak vergisinin hesablanması və ödənilməsi 201.1. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir.201.1.1. Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14.3.4-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.201.2. Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır.201.3. Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq, həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.201.4. Dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.Cari vergi ödəmələri bu Məcəllənin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.201.5. Müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir.Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.201.6. İllik bəyannamələr üzrə vergilər həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Hesablanmış verginin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.201.7. Müəssisələrin əmlak vergisi dövlət büdcəsinə ödənilir.Verginin ödənilməsini təsdiq edən sənəd olmadıqda, avtonəqliyyat vasitəsinin qeydiyyatı, yenidən qeydiyyatı və ya texniki baxışı keçirilmir.Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası202.0. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:202.0.1. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.202.0.2. Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.202.0.3. Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur.AR Vergi Məcəlləsi


Bələdiyyə sistemindən razısınızmı ?
Çox razıyam
Razıyam
Narazıyam
Çox narazıyam
Bilmirəm


Yekun
 
 
Azərbaycan paytaxtında iki binanın tikintisi dayandırılıb
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi “Dizayn” MTK tərəfindən aparılan tikinti işlərini dayandırıb. «APA-ECONOMICS»in prosesi izləyən əməkdaşının verdiyi məlumata görə, müfəttişliyin Bakıda apardığı yoxlamalardan sonra Yeni Yasamal qəsəbəsinin 2336-cı məhəlləsində tikilməkdə olan 16 mərtəbəli binada əməyin təhlükəsizliyi qaydalarına riayət olunmadığı müəyyənləşib. Tikinti aparılarkən həmçinin ərazidə çəpərləmə və çətirləmə işləri aparılmayıb. Tikintisi dayandırılan binanın 12 mərtəbəsi artıq tikilib. Bundan sonra isə müfəttişlik Yasamal rayonu Dairəvi 20 ünvanında “İnam-Bayram” MMC tərəfindən inşa edilən binada tikintini dayandırıb. Bu bina da 16 mərtəbəli olmalıdır, hazırda 14-15-ci mərtəbələrdə tikinti işləri aparılır. Həmin tikintidə də əməyin təhlükəsizliyi qaydalarına riayət olunmayıb. Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü deyib ki, sənədlərdə hər iki binanın tikintisinə aşağı əmək haqqı ilə az sayda işçinin cəlb edildiyi göstərilib. Bunu real saymayan N. Şükürlünün sözlərinə görə, “Dizayn MTK” 3 bloklu bina tikintisinə 24 nəfər işçinin cəlb etdiyini bildirib: “24 nəfər işçi ilə bu boyda tikintini aparmağı mən sadəcə, alqışlaya bilərəm. Onu da nəzərə alaq ki, müfəttişlik araşdırma aparana qədər onların hər birinin əmək haqqı 53 manat idisə, yekunda işçi 200-300 manat əmək haqqı ilə təmin edilib. 50 manatlıq maaşla 3-4 bloklu binaların tikintisi və satışı təşkil olunur. O biri şirkətdə də vəziyyət eynidir. İşçilərin sayı 20 nəfərdən çox göstərilməsə, də tikintidə 47 nəfərin işlədiyi aşkarlanıb”.

/APA-ECONOMICS/

29.9.2007 | 584
Gəncədə Ombudsman Regional Mərkəzi açıldı
İnsan Hüquqları üzrə Müvəkkilin regional Mərkəzinin əməkdaşları regionun müxtəlif rayonlarında əhali ilə görüşlər keçirəcəklər və onların insan hüquqları sahəsində maariflənməsi istiqamətində işlər görəcəklər.
Bu fikri Azərbaycan İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova Mərkəzin açılış mərasimində söyləyib. Bu gündən etibarən fəaliyyətə başlayan regional ofisdə insan haqlarının pozulmasına dair bölgədən olan bütün şikayətələr qəbul olunacaq, orada aydınlaşdıqdan sonra Ombudsman Aparatına göndəriləcək. Yeni ofis Gəncə şəhər İnzibati binasının birinci mərtəbsində yerləşir. Mərkəzdə fəaliyyət göstərəcək üç nəfər əməkdaş üçün üç otaq ayrılıb. Ombudsman E.Süleymanova həmçinin regional müşavirədə də iştirak edib, burada əhalinin şikayətlərini dinləyib. E.Süleymanova Bakı Müəllimlər İnstitutunda hicablı tələbələrin dərsə buraxılmaması məsələsinə də münasibət bildirərək, bu halı məmur özbaşnalığı kimi dəyərləndirdi: «Bu yeni bir məsələ deyil. Sumqayıtda da belə bir hal baş vermişdi. O zaman elə həmin gün mən universitetin rektoru və tələbələri ilə görüşdüm. Heç bir qanunda nəzərdə tutulmayan bu hal dövlətin siyasətinin və qanunlarının pozulmasıdır».
Ombudsman bildirdi ki, Bakı Müəllimlər İnstitutunda baş vermiş halla bağlı zəruri tədbirlər görüləcək.


/Gəncə Media Mərkəzi/

29.9.2007 | 521
Ombudsman Gəncədə regional müşavirə keçirdi
Bu gün İnsan Haqqları üzrə müvəkkil Elmira Süleymanovanın iştirakı ilə müşavirə keçirilib.
Tədbirdə Qərb regionunda fəaliyyət göstərən dövlət və qeyri-dövlət qurumları, həmçinin hüquq muhafizə orqanlarının nümayəndələri, dairə və məntəqə seçki komissiyalarının üzvləri iştirak edirdilər. Müşavirədə ölkə başçısı İlham Əliyevin 28 dekabr 2006-cı ildə təsdiq etdiyi Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı əsas müzakirə mövzusu olub. Ombudsman sərəncamdan irəli gələn öhdəlik və tələblər haqqında danışıb, 2007-2010-cu illərdə insan haqqlarının qorunması sahəsində görüləcək işlərdən, həyata keçiriləcək layihələrdən bəhs edib.Elmira Süleymanova qeyd edib ki, hər il inkişaf edən Azərbaycanda ombudsman xidməti də təkmilləşdirilir.«Ombudsman aparatı qəti qərar çıxarmır və hansısa qadağa qoymur. Biz yalnız şikayətlər və məktublar arasında pozulmuş insan haqqlarının bərpa olunmasına çalışırıq. Milli Fəaliyyət Planının təsdiqi də bu sahədə bizə xeyli yardımçı olacaq»-deyə, E.Süleymanova bildirib.İnsan Haqqları üzrə müvəkkil əlavə edib ki, ötən il şikayətlərin çoxu məhkəmə və polis orqanlarından olub. Ombudsmanın sözlərinə görə, aidiyyatı üzrə olunan müraciətlər bu il keçirilən hakim seçkilərinin nəticələrində özünü göstərib:«Fikrimcə yeni təyin olunan hakimlər əvvəlkilərdən daha yaxşı işləyəcəklər. Ümidvaram ki, ötən illərdə qarşılaşdıqlarımız neqativ hallarla və insan haqqlarının pozulması faktları ilə rastlaşmayacağıq».


/Gəncə Media Mərkəzi/

29.9.2007 | 481
Fazil Qəzənfəroğlu: "Bələdiyyələrə dövlət marağı artırılmalıdır"
Millət vəkili Fazil Qəzənfəroğlunun sözlərinə görə, bələdiyyələr icra hakimiyyətindən asılı bir quruma çevrilib. Baxmayaraq ki, onların fəaliyyəti üçün çoxsaylı qanunlar və normativ sənədlər qəbul edilib, bu gün yerli orqanların fəaliyyəti görünmür və onların fəaliyyəti ictimaiyyətdə birmənalı qarşılanmır. Millət vəkilinin sözlərinə görə, çoxsaylı problemlərlə üzləşmiş bələdiyyələrin qarşılaşdığı problemləri aradan qaldırmaq üçün bələdıyyələrə dövlət maragının artırılması zəruri sayılan addımlardan biridir.

Municipality.az

29.9.2007 | 573
Bakıda yeraltı avtomobil dayanacaqlarının tikilməsi ilə bağlı araşdırmalar aparılır
İlk dayanacaqlardan birinin Nizami küçəsində (Torqovıda) tikilməsi nəzərdə tutulur
Azərbaycan Nəqliyyat Nazirliyi Bakıda yeraltı avtomobil dayanacaqlarının tikilməsi ilə bağlı araşdırmalar aparır.APA-nın bildirdiyinə görə, bu barədə nəqliyyat naziri Ziya Məmmədov məlumat verib: «Bununla bağlı dövlət başçısının xüsusi tapşırığı var. Hazırda şəhərin müxtəlif yerlərində yeraltı dayanacaqların tikilməsi imkanları araşdırılır». Z.Məmmədovun sözlərinə görə, yeraltı dayanacaqlar ilk mərhələdə əsasən paytaxtın mərkəzində yaradılacaq. İlk dayanacaqlardan birinin Nizami küçəsində (Torqovı) tikilməsi nəzərdə tutulur.


/APA/

29.9.2007 | 475
Qızılın qiyməti son 27 il üçün rekord həddə çatıb
Analitiklərin fikrincə, buna səbəb dolların ucuzlaşmasıdır
Dünya bazarlarında qızılın qiyməti son 27 il üçün rekord həddə çatıb. "Blumberq" agentliyinin yaydığı məlumata görə, qiymətli metalın 1 unsiyası və yaxud 31 qramı 750 dollar 20 sentə satılıb.
Xatırladaq ki, sonuncu dəfə qızıl bu qiymətə 1980-ci ilin yarvar ayında satılıb. Analitiklər hesab edir ki, qızılın bahalaşmasına əsas səbəb dolların ucuzlaşmasıdır. Onların fikrincə, məhz Amerika valyutasının dəyərini itirməsi invetorların alternativ investisiya vasitəsi kimi, qızıla marağını artırır və qızıl bahalaşır
.


/ANS TV/
anspress.com

29.9.2007 | 465
Qazaxda 1006 ailə ünvanlı dövlət sosial yardım alacaq
Qazax Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən bildiriblər ki, cari ilin doqquz ayı ərzindvanlı dövlət sosial yardımı almaq üçün mərkəzə 2005 ailə müraciət etmişdir. Onlardan 1240-nın sənədləri qeydiyyata alınmışdır. Bu ərizələrə baxılaraq 1006 ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunmuş, şəhərdə yaşayan 46 ailəyə yardım almaq üçün plastik kart verilmişdir.

/AzərTAc/

29.9.2007 | 540
Son 3 ayda Bakı şəhər üzrə əhaliyə satılan qazın həcmi 100% yığılıb
Son 3 ayda Bakı şəhər Qaz İdarəsi üzrə əhaliyə satılan qazın həcmi 100% yığılıb. AZADİNFORM xəbər verir ki, bu barədə məlumatı Bakı şəhər Baş İstehsalat Qaz İdarəsinin rəisi Tahir Əliyev verib. T.Əliyevin sözlərinə görə, ilin əvvəlində bu göstərici 40-45%, may ayında 90%, iyun-avqust aylarında isə 100%-dən çox olub. Lakin ilin 8 ayının yekunlarına görə, idarə üzrə əhaliyə satılan qazın 57%-i yığılıb. “Bu göstərici bizi qane etmir. Çünki dövlət rəhbərliyi tərəfindən istifadə edilən qaz puluna görə yığım səviyyəsinin 100%-ə çatdırılması tapşırığı verilib”,-deyə T.Əliyev bildirib. Qış aylarında yığım səviyyəsini 100%-də saxlanılmasının çox çətin olacağını vurğulayan T.Əliyev ilin sonuna kimi bu göstəricinin eyni səviyyədə saxlanılmasına çalışacaqlarını əlavə edib.

/Azadinform/

28.9.2007 | 456
  1 2 3 ... 24 25 26  Next »









 


Arxiv




   


























eXTReMe Tracker

Bu sayt Kataloq.NET uzvudur

© Municipality.az 2007
Müəllif hüquqlari V.T. Cəfərova məxsusdur
Saytdakı materiallardan istifadə zamanı istinad etməyiniz zəruridir
Farkhadov WEB STUDIO