Azərbaycan Bələdiyyə Sistemi : Avqust 2007
***Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası       Bələdiyyələrlə bağlı ilk informasiya saytı        First information site on municipality             Первый информационный сайт о муниципалитетах ***
Əmlak vergisi necə hesablanır?. Fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir.Vergitutma obyektləriRezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri və s.Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:Onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən:bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə — 0,1 faizlə. 198.1.2. su və hava nəqliyyatı vasitələrinə görə:198.1.2.1. su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manati;198.1.2.2. hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.198.1.2.3. mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün —onların bazar qiymətinin 1 faizi.198.2. Müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.Vergi güzəştləri və azadolmalarDövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü idarəetmə orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları, dövlət fondları və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əmlak vergisini ödəməkdən azaddır.Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər azaldılır.Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:1. ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin;2. məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin;3. bu Məcəllənin 211.1.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb edilən avtonəqliyyat vasitələrinin;4. təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin;199.5. Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak vergisindən azaddır.Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası 200.1. Binalar üzrə əmlak vergisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada binaların inventar dəyərinə əsasən hesablanılır.Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.200.2. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır.200.3. Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq orqana təqdim edir.Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə — həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.200.6. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.Müəssisənin əmlak vergisinin hesablanması və ödənilməsi 201.1. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir.201.1.1. Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14.3.4-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.201.2. Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır.201.3. Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq, həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.201.4. Dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.Cari vergi ödəmələri bu Məcəllənin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.201.5. Müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir.Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.201.6. İllik bəyannamələr üzrə vergilər həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Hesablanmış verginin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.201.7. Müəssisələrin əmlak vergisi dövlət büdcəsinə ödənilir.Verginin ödənilməsini təsdiq edən sənəd olmadıqda, avtonəqliyyat vasitəsinin qeydiyyatı, yenidən qeydiyyatı və ya texniki baxışı keçirilmir.Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası202.0. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:202.0.1. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.202.0.2. Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.202.0.3. Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur.AR Vergi Məcəlləsi


Bələdiyyə sistemindən razısınızmı ?
Çox razıyam
Razıyam
Narazıyam
Çox narazıyam
Bilmirəm


Yekun
 
 
Yük avtomobillərinin Xızıya girişi qadağan olunub
30 km-lik Giləzi - Xızı yolu əsaslı təmir edildikdən sonra, rayonun 5 km-liyində yuk və sərnişin avtobuslarının asfalt yolla rayona girişi qadağan olunub. Xızı RİH -dən verilən məlumata gorə, bu hal müvəqqəti xarakter daşıyır və adiçəkilən avtomobillər şəhərə giriş üçün keçmiş yoldan istifadə edə bilərlər. Qeyd edək ki, həmin yol dağılmış vəziyyətdədir və yaxın günlərdə onun təmir edilməsi gözlənilmir. Bunu isə sürücülər bildirdilər. Məqsədəuyğun olmayan addımın atılması həm sürücülərə, həm sərnişinlərə ciddi narahatlıq yaradır.

Municipality.az

31.8.2007 | 522
Vətəndaşların Xızı bələdiyyəsinə 18 min manat vergi borcu var
Xızı bələdiyyəsindən municipality.az saytına daxil olan məlumata görə, 500 yaxın təsərrüfat subyektinin bələdiyyəyə 18 min manata yaxın vergi borcu var. Sakinlərin maksimum borcu 80 manatı aşmasada, onun ödətdirilməsi bələdiyyə üçün problemə çevrilib. Cari ilni altı ayı ərzində 3900 manat vəsait yığıldığını bildirən bələdiyyə sədri Mövsüm Bagırov bu vəsaitin 171 manatını əmlak vergisindən, 915 manatını isə torpaq vergisindən daxil oldugunu qeyd edib. Büdcə gəlirləinin 2779 manatı isə torpaqla bağlı alqı-satqı əməliyyatlarından daxil olub. Borclu vətəndaşlara qarşı isə hər hansı bir sanksiyanın tətbiq edilməsinə lüzum görməyən bələdiyyə sədri vətəndaşlar arasında izahat işlərinin gücləndiriliməsinə diqqət yetirildiyini bildirib.

Municipality.az

31.8.2007 | 532
Prezident tikintiyə nəzarətin gücləndirilməsi haqqında fərman imzalayib
Avqustun 30-da prezident İlham Əliyev tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında fərman imzalayıb. Fərmanda Fövqəladə Hallar Nazirliyinə tikinti fəaliyyətinin bütün mərhələlərində dövlət nəzarətini təmin etmək tapşırılır. Nazirlik qüvvədə olan tikinti norma və qaydalarına əməl olunmadan aparılan tikinti işlərinin bu çatışmazlıqlar tam aradan qaldırılana qədər mövcud qaydalara uyğun dayandırılmasını təmin etməli, inşası 2001-ci ildən sonra başlanmış və nazirliyin ekspertizasından keçməmiş bütün ictimai və çoxmənzilli yaşayış binalarının qısa müddət ərzində müayinəsini və dövlət ekspertizasından keçirilməsini təmin etməli, tikintisi başa çatmış, lakin Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilməmiş binaların müayinəsini təmin edib müvafiq rəylər hazırlamalıdır....
31.8.2007 | 687
Meriya bələdiyyələrin məktubuna cavab verməyə tələsmir
Yeni inzibati binada fəaliyyət göstərən Qala bələdiyyəsi kəndin su probleminin həlli istiqamətində üç artezian quyusu qazdirmış və bir QAZ -53 markalı sudaşıyan avtomobil almışdır. Artezian quyularının ikisi əhalinin içməlı suya olan ehtiyacını ödəməyə, biri isə kəndin ətrafinda əkilən 4 min ədəd küknar və Eldar şamı ağaclarının sulanmasına sərf olunur. Bələdiyyədən verilən məlumata görə, altı ay ərzində bələdiyyə büdcəsinə daxil olan vəsaitin həcmi 33 min manatı keçib. Bu vəsaitin 44 faizi əhalidən yığlıan torpaq vergisindən daxil olur. Vəsaitin həcmi daha da yüksək ola biləcəyini deyən bələdiyyə rəsmisinin sözlərinə görə, BŞİH-nin Memarlıq və Şəhərsalma Baş idarəsinə göndərilən məktubların demək olar heç birinə cavab gəlmədiyindən bələdiyyə hər hansı torpaq sahəsini və ya zəbt olunmuş torpağı sənədləşdirə bilmir. Nəticədə zəbt olunmuş torpaq sahələrindən bələdiyyə vergilərini yığa bilmir.
14 nəfər bələdiyə qulluqçusunun olduğunu qeyd edən bələdiyyə təmsilçisi son bir oldə qulluqçularin əməkhaqqlarının 80% atrırıldığını xüsusilə vurğulayıb
.

Municipality.az

31.8.2007 | 526
Qalada 300-ə yaxın sənədləşdirilməmiş əmlak var
Qala bələdiyyəsinin sədri Talib Babayevin sözlərinə görə, bələdiyyənin müvafiq şöbəsinin apardığı inventarlaşdırmadan sonra məlum olub ki, inzibati ərazi daxilində 300-ə yaxın sənədləşdirilməmış mənzil var. Onların bir hissəsi Abşeron topaqlarına düşdüyundən bələdiyyə hər hansı bir addımı ata bilmir. Belə ki, inzibati ərazi Qalaya məxsus olsada torpaqlar Abşeron rayonunun balansındadır. Sədrin sözləırinə görə, məsələ yüksək səviyyədə bir neçə dəfə qalxsada öz həllini bu günədək tapmamışdır. İlkin hasablamalara görə, bu mənzillərin və torpaqların geri qaytarılması mümkün olmadığından qanunvericilik qaydasında onun alqı satqı əməlıyyatlarından yerli büdcəyə 150 min manatdan artıq vəsait daxil ola bilər.

Municipality.az

31.8.2007 | 540
Zirədə agsaqqallar şurası yaradılıb
15 nəfər üzvü olan agsaqqallar şurasının yaradılmasında əsas məqsəd qəsəbənin problemlərinnin həllinə sakinlərin iştirakını təmin etməkdir. Zirə bələdiyyəsindən verilən məlumatda göstərilir ki, Şuranın bütün üzvləri bələdiyyə iclaslarında yaxından iştirak edir və öz təkliflərını verirlər. Bələdiyyədən onu da bildirdilər ki, büdcə layihəsinin müzakirəsində və bələdiyyə tərəfindən yeni layihələrin icrasında şura üzvləri bələdiyyə iclaslarında iştirak edirlər. Poçt binasının tikintisinə torpaq sahəsinin ayrılması məhz birgə müzakirələrdən sonra qəbul olunub. Bundan əlavə İkinci Dunya müharibəsində həlak olanlara ucaldılan abidə kompleksinin yenidən qurlulması və ətrafinın əsaslı təmiri ilə bağlı təklif də məhz şura üzvlərindən daxil olub.

Municipality.az

31.8.2007 | 456
Ağstafadakı partlayışa görə bələdiyyə sədri saxlanılıb
Dünən Ağstafa Rayon Prokurorluğu Ağstafa şəhər bələdiyyəsinin sədri Çingiz Qurbanovu saxlayıb. Bələdiyyə sədri dünən rayon mərkəzindəki qazdoldurma məntəqəsində baş vermiş, üç adamın ölümüylə nəticələnmiş partlayışla bağlı istintaqa cəlb edilib. Bu məlumatı «Media forum» saytına Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Tatarov verib.
R.Tatarovun sözlərinə görə, Ç.Qurbanov həmin mülkiyyətdə sahibkarın nə işlə məşğul olmasına nəzarətə məsuliyyət daşıyır. Torpaq qazdoldurma məntəqəsinin mülkiyyətinə bələdiyyənin sərəncamıyla verilib. İcra başçısı müavininin sözlərinə görə, qazdoldurma məntəqəsi rayonun Zəlimxan kəndindən olan Rəhim Kərimova məxsusdur. 2003-cü ildən fəaliyyət göstərirmiş. Amma son 2 ildə işləmirmiş: «10 gün olar ki, icazəsiz fəaliyyətə başlayıbmış. İcra hakimiyyəti onun qeyri-qanuni fəaliyyət göstərdiyini aşkarlayıb fəaliyyətini dayandırmışdı». R.Tatarov «Media forum» əməkdaşının «qeyri-qanuni dedikdə nəyi nəzərdə tutursunuz» sualına cavabında bildirib ki, həmin ərazidə qazdoldurma məntəqəsi qurulmasına sərəncam olmayıb: «Dəfələrlə ayrı-ayrı qurumlar – icra hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi sahibkara xəbərdarlıq ediblər, məntəqəni bağlayıblar. İndi sahibkar görüb ki, gəlib-gedən yoxdur, məntəqənin fəaliyyətini bərpa edib».


Mediaforum.az

P.S. Məsələnin qaranlıq görünən tərəfi bələdiyyə sədrinin bu qədər məsuliyyət yükü daşıması ilə baglıdır. Həqiqətənmi bələdiyyə sədri tək sərəncam verdiyinə bu qədər məsuliyyət daşiyir, yoxsa Agstafa rayon İcra Hakimiyyəti hadisə ilə bağlı "qurbanliq" şəxs kimi bələdiyyə sədrini irəlı verib?
İnanmaq isrtərdik ki, aparılan araşdırmalar həqiqəti üzə çıxaracaq.


Municipality.az

31.8.2007 | 399
Uçan binanın tikilməsi ilə bağlı BŞİH tərəfindən sərəncam verilib - Vahid Əhmədov

«Xəbərlər-Azərbaycan».

Bakıda çökən bina ilə bağlı millət vəkili Vahid Əhmədovun ANS telekanalına müsahibəsi.
- İki gün əvvəl uçan binanın tikilməsi ilə bağlı sərəncam olubmu?

- 1994-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən həmin binanın tikilməsi ilə bağlı sərəncam verilib. Layihə-smeta sənədləri hazırlanıb. Ondan sonra bu binanın tikilməsinə başlanılıb. O sərəncamın nə cür yerinə yetirilməsi, icrası, orada ekspertizalar düz işləyib, ya işləməyib, bu, başqa mövzudur.

- Sizə elə gəlmir ki, ölkədə bina tikintisi ilə bağlı qanunvericiliyə dəyişikliklər etmək vasitəsi ilə bu sahəyə nəzarəti gücləndirmək lazımdır?

30.8.2007 | 578
  1 2 3 ... 15 16 17  Next »









 


Arxiv


« Avqust 2007»
B.e. Ç.a Ç. C.a. C Ş. B.
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 


   


























eXTReMe Tracker

Bu sayt Kataloq.NET uzvudur

© Municipality.az 2007
Müəllif hüquqlari V.T. Cəfərova məxsusdur
Saytdakı materiallardan istifadə zamanı istinad etməyiniz zəruridir
Farkhadov WEB STUDIO