Azərbaycan Bələdiyyə Sistemi : İyul 2007
***Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası       Bələdiyyələrlə bağlı ilk informasiya saytı        First information site on municipality             Первый информационный сайт о муниципалитетах ***
Əmlak vergisi necə hesablanır?. Fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir.Vergitutma obyektləriRezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri və s.Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:Onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən:bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə — 0,1 faizlə. 198.1.2. su və hava nəqliyyatı vasitələrinə görə:198.1.2.1. su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manati;198.1.2.2. hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.198.1.2.3. mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün —onların bazar qiymətinin 1 faizi.198.2. Müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.Vergi güzəştləri və azadolmalarDövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü idarəetmə orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları, dövlət fondları və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əmlak vergisini ödəməkdən azaddır.Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər azaldılır.Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:1. ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin;2. məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin;3. bu Məcəllənin 211.1.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb edilən avtonəqliyyat vasitələrinin;4. təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin;199.5. Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak vergisindən azaddır.Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası 200.1. Binalar üzrə əmlak vergisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada binaların inventar dəyərinə əsasən hesablanılır.Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.200.2. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır.200.3. Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq orqana təqdim edir.Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə — həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.200.6. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.Müəssisənin əmlak vergisinin hesablanması və ödənilməsi 201.1. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir.201.1.1. Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14.3.4-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.201.2. Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır.201.3. Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq, həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.201.4. Dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.Cari vergi ödəmələri bu Məcəllənin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.201.5. Müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir.Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.201.6. İllik bəyannamələr üzrə vergilər həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Hesablanmış verginin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.201.7. Müəssisələrin əmlak vergisi dövlət büdcəsinə ödənilir.Verginin ödənilməsini təsdiq edən sənəd olmadıqda, avtonəqliyyat vasitəsinin qeydiyyatı, yenidən qeydiyyatı və ya texniki baxışı keçirilmir.Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası202.0. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:202.0.1. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.202.0.2. Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.202.0.3. Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur.AR Vergi Məcəlləsi


Bələdiyyə sistemindən razısınızmı ?
Çox razıyam
Razıyam
Narazıyam
Çox narazıyam
Bilmirəm


Yekun
 
 
Quba şəhərinin mərkəzi meydanı yenidən qurulur
Quba bələdiyyəsinin sədri İlqar Xəlılovun sözlərinə görə, Quba RİH-in təşəbbüsü ilə rayonun mərkəzi meydanı yenidən qurulur. Meydanın mərkəzində musiqili fəvvarələr quraşdırılacaq, sakinlərin istirahəti üçün oturacaqlar dəyişdiriləcək və sayı artırılacaq. Meydanın giriş hissəsi də daha müasir görkəm alacaq. "Meydanın əsaslı təmiri hansı maliyə vəsaiti hesabına həyata keçirilir"-sualını İ. Xəlılov belə cavablandırdı ki, meydanda əsaslı təmir işləri əsasən bələdiyyə büdcəsinin və yerli iş adamlarının vəsaiti hesabına həyata keçirilir. Xatirladaq ki, layihə-smeta dəyəri 200 min manatdan artıq olan meydanda yeralti istirahət guşəsidə yaradılacaq

Municipality.az

31.7.2007 | 632
Quba şəhərinə su verilməsi müvəqqəti olaraq dayandırılıb
Bu barədə Municipality.az saytına rayon sakinləri məlumat veriblər. Onların sözlərinə görə, bir neçə gün əvvəl yağan leysan yağışlar nəticəsində su saxlayıcı qurğular sıradan çıxıb. Bununla yanaşı sakinlər bildirdilər ki, Xınalıq yolunun çəkilişi vaxtı şəhərə gələn iri su magistral xətti zədələndiyindən suyun təzyiqi aşağı düşüb. Sakinlərin suallarına cavab verən müvafiq idarənin əməkdaşı isə bildirdi ki, şəhərə su verilir:"Düzdür, ləngimələr olur, o da enerjinin kəsilməsi əlaqədardır."
Sakinlərin fikrində müəyyən həqiqətin olduğunu deyən Quba Su idarəsinin adinin çəkilməsini istəməyən əməkdaşının sözlərinə görə, bu gün Quba sakinlərinin cəmi 9 % -i sü pülünü ödəyirlər. Belə getsə idarə daha sərt tədbirlərə əl atmalı olacaq."

Municipality.az

31.7.2007 | 607
Dəvəçi rayonunda qanunsuz hasab olunan obyektlər sökülur
Dəvəci rayonun da geniş abadlıq işləri aparılmaqla yanaşı, magistral yol kənarında olan və qeyri qanuni hesab edilən 5 ticarət obyekti rayon icra hakimiyyəti tərəfindən sökülüb. Dəvəçi RİH-dən verilən məlumata görə, şəhərin mərkəzi küçəsində yenidənqurma işləri aparıldıgından həqiqətən sözugedən ərazidə obyektlər sökülüb. Ancaq məqsəd şəhərin abadlaşdırılması olub. Obyekt sahiblərinə digər ərazilərdən yerlər təklif olunub.
Mərkəzi küçəyə gəldikdə isə, həmsöhbətim bildirdi ki, hazırda küçəyə işıqlandirma sistemi quraşdırılır, səkilərə müasir üslubda daş plitələr döşənir. Mərkəzi küçəyə yeni asfalt örtüyünun də salinacağı planlaşdırılır.


Municipality.az

31.7.2007 | 595
Dövlət başçısının şimal bölgəsinə səfəri gözlənilir
Avqust ayının son həftəsində dövlət başçısı İlham Əliyevin ölkənin şimal bölgəsinə
səfəri gözlənilir. Səfər çərçivəsində dövlət başçısının Siyəzən -Xacmaz yolunda aparılan yenidənqurma işləri ilə tanış olacağı, həmçinin Quba və Qusar şəhərlərinin sakinləri ilə görüşəcəyi və bir sıra sosial obyektlərin təməlqoyma mərasimində iştırakı da nəzərdə tutulur. Məlumatı verən mənbənin sözlərinə görə, artıq adiçəkilən rayonlarda səfərlə bağlı hazırlıq işləri həyata keçirilir.


Municipality.az

31.7.2007 | 560
Bakı kəndlərinin Koordinasiya Şurası torpaq islahatında qanunsuzluğa yol verildiyini bildirir
Bakı kəndlərinin Koordinasiya Şurasının iyulun 26-da Sabunçu və Abşeron rayonlarında keçirdiyi monitorinqin nəticələrinə dair mətbuat konfransı keçirilib. “Bakı Dirçəliş” İctimai Birliyinin sədri Abbasağa Məmmədov bildirib ki, Bakı kəndlərinin sakinləri bələdiyyələrin qanunsuz fəaliyyəti ucbatından torpaq islahatından kənarda qalıblar və onların böyük əksəriyyəti əkin sahələrinə sahib ola bilməyib. O, monitorinqin davamlı şəkildə aparılacağını deyib. Koordinasiya Şurasının üzvü Mehdi Şamilli də monitorinqin nəticələrinin ürəkaçan olmadığını deyib. Torpaq islahatının yerli məmurlar tərəfindən qeyri-qanuni formada həyata keçirildiyini iddia edən M. Şamilli buna misal kimi Fatmayi, Goradil, Kürdəxanı kəndlərində torpaq satışını göstərib. Fatmayi kənd sakini Əfrasiyab Quliyev 1963-cü ilin statistikasına əsasən Bakının Maştağa, Bilgəh, Nardaran kəndlərində ümumilikdə 18 min hektar, Fatmayi kəndində isə 10 min hektar torpaq sahəsinin olduğunu söyləyib: “Bu gün Bakı kəndlərində satılan torpaq sahələri qaçqın və məcburi köçkünlərin adına saxta şəkildə sənədləşdirilir. Bakının 32 kəndindən 28-də torpaq islahatı lazımi şəkildə aparılmayıb”.

/APA/

30.7.2007 | 611
Keşlə bələdiyyəsi inzibati binasından çıxarılır
Bələdiyyənin sədri Abbas Yaqubovun Municipality.az saytına verdiyi məlumata görə, bələdiyyə inzibati binasından çıxarılır. 1999 -cu ildə Keşlə bələdiyyəsi formalaşarkən fəaliyyət göstərməsi üçün "Keşlə Bakı -Ət Kombinati" SC-in yardımçı binasında yerləşdirilib. Sədrin sözlərinə görə, bu günədək bələdiyyə qarşısında belə bir məsələ qalxmayıb və ötən yeddi il ərzində yerli orqan tərəfindən uçuq-sökük vəziyyətdə olan binaya 55 min manatdan artiq vəsait qoyulub. Bütün pəncərələr müasir üslubda-plastikdən, döşəmə, tavan hissəsi əsaslı şəkildə bələdiyyə tərəfindən təmir etdirilmişdir. "Çıxarılma təklifi kimdən gəlibdir"- sualına aydınliq gətirən sədr A. Yaqubov bildirdi ki, bu gunlərdə "Keşlə Bakı-Ət Kombinatı" Səhmdar Cəmiyyətinin səhmləri "Açıq Səma" firması tərəfindən alınıb. Yeni səhmdarların təyin etdiyi icraçı direktor ya icarə haqqı olaraq ay ərzində 1000 manat verməlı, ya da binanı boşaltmaq şərti qoyub. Danişıqlarımız alinmazsa məhkəməyə üz tutmalı olacağıq.
(Maraqlı tərəflərin fikirlərini də verməyə hazırıq)

Municipality.az

30.7.2007 | 453
Neft oğurluğuna görə ölüm hökmü
Ötən həftənin beşinci günü Şərqi Çinin Şandun əyalətində yerləşən Dunyin Şəhər Məhkəməsinin hökmü ilə boru kəmərindən neft oğurluğu ilə məşğul oilan 10 nəfərlik dəstənin bütün üzvlərininə ölüm hökmü oxunmuşdur. "İnterfaksın" Çinin kütləvi informasiya kanallarına əsasən yaydığı məlumata görə, quldur dəstənin üzvləri 2005-ci ildən başlayaraq dənizin dibindən boru kəmərini deşərək 4720 ABŞ dolları həcmində neft oğurlya bilmişər. Oğurlanmıç neft həcmi 10 min tondan artıq olub.
Oğruların kəmərdə açdığı deşık boru kəmərində təyziqin düşməsinə səbəb olmuş və nəticədə bərpa işləri xeyli müddət uzanmışdır. Nəticədə 182 neft və qaz quyularının fəaliyyəti dayandırıldıqdan sonra boru kəmərini bərpa etmək mümkün olmuşdur. Bütün bü fəaliyyət nəticəsində şirkət 26,5 milyon dollar itirmiş, üstəılik dəniz suyunun çirklənmədən təmizlənməsinə isə 53 milyon dollar xərc çəkiləcək
.

Municipality.az

30.7.2007 | 597
L.Tolstoy küçəsinin Bülbül və S.Vurğun küçəsi ilə kəsişməsi yenidən bağlanıb
Səbəb adiçəkilən ərazidə yerləşən 4 mərtəbəli binanın sökuntüsüdür. Söküntu işlərini aparan fəhlələr ərazidə abadlıq işlərinin aparılacağını və boşaldılan ərazinin Nəsimi bağına qatılacağını bildirdilər. Şəhərin mərkəzində yerləşən parkda müasir standartlara cavab verən tikinti adablıq işləri aparılacağını söyləyən, fəhlələr söküntünün tam başlamamasının səbəbini hələ binadan bir obyektin boşaldılmaması ilə izah etdilər. Məsələ ilə əlaqədar müvafiq icra strukturları ilə əlaqə saxlasaqda, onlar ərazidə aparılan tikinti işlərindən xəbərsiz olduqlarını bildirdilər.

Municipality.az

30.7.2007 | 499
  [1] 2 3 4 5 6 7  Next »









 


Arxiv


« İyul 2007»
B.e. Ç.a Ç. C.a. C Ş. B.
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 


   


























eXTReMe Tracker

Bu sayt Kataloq.NET uzvudur

© Municipality.az 2007
Müəllif hüquqlari V.T. Cəfərova məxsusdur
Saytdakı materiallardan istifadə zamanı istinad etməyiniz zəruridir
Farkhadov WEB STUDIO