Azərbaycan Bələdiyyə Sistemi : Ana səhifə
***Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası       Bələdiyyələrlə bağlı ilk informasiya saytı        First information site on municipality             Первый информационный сайт о муниципалитетах ***
Əmlak vergisi necə hesablanır?. Fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir.Vergitutma obyektləriRezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri və s.Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:Onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən:bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə — 0,1 faizlə. 198.1.2. su və hava nəqliyyatı vasitələrinə görə:198.1.2.1. su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manati;198.1.2.2. hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.198.1.2.3. mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün —onların bazar qiymətinin 1 faizi.198.2. Müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.Vergi güzəştləri və azadolmalarDövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü idarəetmə orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları, dövlət fondları və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əmlak vergisini ödəməkdən azaddır.Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər azaldılır.Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:1. ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin;2. məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin;3. bu Məcəllənin 211.1.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb edilən avtonəqliyyat vasitələrinin;4. təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin;199.5. Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak vergisindən azaddır.Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası 200.1. Binalar üzrə əmlak vergisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada binaların inventar dəyərinə əsasən hesablanılır.Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.200.2. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır.200.3. Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq orqana təqdim edir.Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə — həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.200.6. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.Müəssisənin əmlak vergisinin hesablanması və ödənilməsi 201.1. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir.201.1.1. Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14.3.4-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.201.2. Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır.201.3. Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq, həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.201.4. Dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.Cari vergi ödəmələri bu Məcəllənin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.201.5. Müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir.Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.201.6. İllik bəyannamələr üzrə vergilər həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Hesablanmış verginin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.201.7. Müəssisələrin əmlak vergisi dövlət büdcəsinə ödənilir.Verginin ödənilməsini təsdiq edən sənəd olmadıqda, avtonəqliyyat vasitəsinin qeydiyyatı, yenidən qeydiyyatı və ya texniki baxışı keçirilmir.Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası202.0. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:202.0.1. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.202.0.2. Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.202.0.3. Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur.AR Vergi Məcəlləsi


Bələdiyyə sistemindən razısınızmı ?
Çox razıyam
Razıyam
Narazıyam
Çox narazıyam
Bilmirəm


Yekun
 
 
"Informasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu

I fəsil

Ümumi müddəalar
Maddə 1. Qanunun məqsədi
Bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir.

29.6.2007 | 1399
Bələdiyyələrin internet resursları yaradılır
Bu gün “İnformasiya Azadlığının İnkişafı “ Koalisiyası və onun aparıcı qurumu olan Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən “Bələdiyyələrdə ictimai informasiyaların açıqlanmasının effektiv mexanizmlərinin yaradılması” mövzusunda Seminar keçirilib. Seminarda Bakı şəhəri bələdiyyələrinin, bələdiyyə assosiasiyasıyalarının, Bərdə şəhər Bələdiyyəsinin nümayəndələri iştirak edib.
Seminarda “Bələdiyyələrin informasiya açıqlığında informasiya texnologiyalarının rolu” mövzusunda Multimedia Mərkəzinin direktoru Osman Gündüzün və “Bələdiyyələrin İnternet resurslarının yaradılması və ondan səmərəli istifadə edilməsi” mövzusunda “Sahil” İnformasiya Texnologiyaları Mərkəzinin direktoru Vahid Qasımovun təqdimatları olub.
Seminarda İnformasiya əldə etmək haqqında Qanunun tələblərinə uyğun olaraq ictimai informasiyaların açıqlanması üçün İnternet resursların formalaşdırılması və ondan səmərəli istifadə yolları ətrafında diskussiya aparılıb. Pilot olaraq seçilmiş M. Rəsulzadə Bələdiyyəsinin internet saytının formalaşdırılması ətrafında praktiki addımlar nümayiş edilib.
Seminar iştirakçılarını maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb. Seminar iştirakçılarına müvafiq ədəbiyyatlar paylanıb. Qeyd edək ki, layihənin tərəfdaşı kimi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası çıxış edir....

29.6.2007 | 565
Ə.Babayev: "Bələdiyyə üzvləri arasında izahat işlərinin aparılmasına ehtiyac var"
Azərbaycan Şəhər Bələdiyyyələri Milli Assosiasiyasının sədrı Əbülfəz Babayevin sözlərinə görə, assosiasiya əməkdaşları tərəfindən aparılan təhlillər göstərir ki, bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsinə zəririyət var. "Bu gun elə bələdiyyə sədri və üzvləri var ki, onlar öz üzərilərinə düşən məsuliyyət yükünü anlamırlar. Hazırda respublika bələdiyyələrinə 20346 üzv seçilib ki, onun da 34 % -nin ali təhsili var. Qeyd edək ki seçilənlərin 4 -ni qadınlar təşkil edir. Ə.Babayevin fikrincə, bu mənada seçicilərində üzərinə böyük məsuliyyət düşür, onlar kimə səs verdiklərini bilməli və namizədin müəyyən standartlara cavab verməsinə daha çox diqqət yetirməlıdirlər. Məhz belə halların nəticəsidir ki, Baki şəhəri üzrə 51 bələdiyyədən artiq 14-də sədr dəyişikliyi baş vermişdir. Respublika üzrə bu göstərici ilbəil artır. Bununla bağlı assosiasiyada xüsusi proqramın hazırlanması nəzərdə tutulub.
Municipality.az
29.6.2007 | 507
Əziz Axundov: "Özəlləşdirilməyə çıxarılan müəssisələrin bir qisminin bələdiyyələrə təmənnasız olaraq verilməsi müzakirə obyekti ola bilər"
Nəsimi bələdiyyəsinin sədri Ə.Axundovun sözlərinə görə, bələdiyyələrin inzibati ərazilərində xeyli sayda özəlləşdirilməmiş müəssisələr var."Yaxşi olardı ki, bələdiyyə fəaliyyəti ilə uyğunluğu olan müəssisələrin bir qismi tam və ya dövlətə məxsus olan hissəsi yerli orqanlara pay şəklində verisin. Müvafiq dövlət orqanlarının bu məsələyə baxmasi hazirda zəruri sayıla bilər". Sədrin sözlərinə görə, bu məsələ öz müsbət həlini taparsa bələdiyyələr həmin müəssisələrin iş ahəngini yenidən bərpa edər, həm də yeni iş yerlərinin açılmasına şərait yaranar. "Qeyd olunan addımın atılması nəticə etibarilə bələdiyyələrin büdcə gəlirlərinin artmasına imkan yaradacaq."
Municipality.az
28.6.2007 | 271
Qərib Məmmədov: "Kadastr təsdiq edildikdən sonra şəhər bələdiyyələrinə torpaq fondu ayrılacaq"
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun sözlərinə görə, respublikada mövcud torpaq fondunun 56,9 %-i dövlətə, 23,5 %-i yerli orqanlara,19,4%-i isə şəxsi mulkiyyətə verilib."Bu gun 1220 bələdiyyəyə torpaq üzərində mulkiyyət hüqüqünu təsdiq edən dövlət aktları paylanılıb. 2006-cı ilin may ayıdan etibarən bu prosesin icrası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə tapşirilib. Bundan sonra isə 590 bələdiyyəyə müvafiq orqan tərəfindən texniki pasportlar təqdim edilib...
28.6.2007 | 690
Ramiz Mehdiyev: "Sərəncamların icrasız qalması bağışlanılmaz haldır"
Bu sözləri Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev "Əmlakın bələdiyyələrə verilməsi ilə" baglı prezident sərəncamının bu gunədək yarımçıq icra olunması ilə əlaqədar bildirib. Onun sözlərinə görə, artıq konkret addımların atılmasna ehtiyac duyulur. Bələdiyyələrin say çoxluğuna münasibət bildirən Ramiz Mehdiyev "bu xoşagəlməz təcrübədən canımızı qurtarmalıyıq" deyə cavab verib. "Bununla bağlı kicik yaşayış məntəqələrində əhali arasında izahat işlərinə geniş yer verilməlı və hər bir addım qanun çərçivəsində atılmalıdır"...
27.6.2007 | 505
Arif Rəhimzadə: "Bələdiyyələrin fəaliyyətinə yerli icra hakimiyyəti orqanları tərəfindən təzyiqlər edilir"
Milli Məclisin Regional Məsələlər Daimi Komissiyasının sədri Arif Rəhimzadə bu kimi halların qarşısının alınmasını zəruri sayıb. "Bu ümumi dövlət konsepsiyasına ziddir." Onun sözlərinə görə, komissiya "Bələdiyyə qulluqçularının sosial müdafiəsi haqqında " Qanun layihəsini Milli Məclisin payız sessiyasının müzakirəsinə çıxaracaq. Sənəddə bələdiyyə qulluqçularının sosial təminatı məsələsinə xüsusi önəm veriləcək.
Municipality.az
27.6.2007 | 436
Arif Qaraşov: "Bakı bələdiyyələri Abşeron torpaqlarını satırlar"
"Abşeron torpaqlarının bir qismi Bakının qəsəbə bələdiyyələri tərəfindən satışa çıxarılıb." Bu sözləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəhbəri Arif Qaraşov deyib. "Xidmət əməkdaşları bu kimi halların qarşısının alınması üçün ciddi tədbirlər görur. Prosesin qarşısı indidən alinmazsa gələcəkdə çox ciddi problemlərlə üzləşmək məcburiyyətinə qalmalı olacağıq." Arif Qaraşovun sözlərinə görə, məhz bu kimi halların nəticəsidir ki, ərazidə olan sənaye əhəmiyyətli torpaqlar dövriyyədən çıxarilaraq həcmi ilbəil azalır.
Municipality.az
27.6.2007 | 647
« Previous  1 2 3 ... 307 308 309 310  Next »









 


Arxiv


« Sentyabr 2010»
B.e. Ç.a Ç. C.a. C Ş. B.
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


   


























eXTReMe Tracker

Bu sayt Kataloq.NET uzvudur

© Municipality.az 2007
Müəllif hüquqlari V.T. Cəfərova məxsusdur
Saytdakı materiallardan istifadə zamanı istinad etməyiniz zəruridir
Farkhadov WEB STUDIO