Azərbaycan Bələdiyyə Sistemi : Ana səhifə
***Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası       Bələdiyyələrlə bağlı ilk informasiya saytı        First information site on municipality             Первый информационный сайт о муниципалитетах ***
Əmlak vergisi necə hesablanır?. Fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir.Vergitutma obyektləriRezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri və s.Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:Onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən:bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə — 0,1 faizlə. 198.1.2. su və hava nəqliyyatı vasitələrinə görə:198.1.2.1. su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manati;198.1.2.2. hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.198.1.2.3. mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün —onların bazar qiymətinin 1 faizi.198.2. Müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.Vergi güzəştləri və azadolmalarDövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü idarəetmə orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları, dövlət fondları və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əmlak vergisini ödəməkdən azaddır.Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər azaldılır.Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:1. ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin;2. məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin;3. bu Məcəllənin 211.1.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb edilən avtonəqliyyat vasitələrinin;4. təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin;199.5. Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak vergisindən azaddır.Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası 200.1. Binalar üzrə əmlak vergisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada binaların inventar dəyərinə əsasən hesablanılır.Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.200.2. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır.200.3. Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq orqana təqdim edir.Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə — həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.200.6. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.Müəssisənin əmlak vergisinin hesablanması və ödənilməsi 201.1. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir.201.1.1. Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14.3.4-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.201.2. Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır.201.3. Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq, həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.201.4. Dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.Cari vergi ödəmələri bu Məcəllənin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.201.5. Müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir.Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.201.6. İllik bəyannamələr üzrə vergilər həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Hesablanmış verginin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.201.7. Müəssisələrin əmlak vergisi dövlət büdcəsinə ödənilir.Verginin ödənilməsini təsdiq edən sənəd olmadıqda, avtonəqliyyat vasitəsinin qeydiyyatı, yenidən qeydiyyatı və ya texniki baxışı keçirilmir.Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası202.0. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:202.0.1. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.202.0.2. Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.202.0.3. Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur.AR Vergi Məcəlləsi


Bələdiyyə sistemindən razısınızmı ?
Çox razıyam
Razıyam
Narazıyam
Çox narazıyam
Bilmirəm


Yekun
 
 
Bərdə də bələdiyyələrlə görüş keçirilib
Bərdədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli Fərmanından irəli gələn vəzifələrin icrası ilə əlaqədar bələdiyyələrin fəaliyyətində yol verilən hüquqpozmaların qarşısının alınması və bələdiyyələrin işinin təşkili, qarşısında duran vəzifələrə həsr olunmuş zona seminar-müşavirəsi keçirilmişdir. Seminar-müşavirədə Milli Məclisin Regional Məsələlər Komitəsinin, Ədliyyə Nazirliyinin yerli şöbələrinin, Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Yevlax rayonlarının və Mingəçevir şəhərinin icra hakimiyyəti orqanlarının nümayəndələri, bələdiyyə sədrləri, torpaq və maliyyə şöbələrinin rəhbərləri iştirak etmişlər.....
13.3.2010 | 81
Şəmkirdə bələdiyyələrlə bağlı görüş keçirilib
Şəmkirdə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli Fərmanından irəli gələn vəzifələrin icrası ilə əlaqədar bələdiyyələrin fəaliyyətində yol verilən hüquqpozmaların qarşısının alınması və bələdiyyələrin işinin təşkili, qarşısında duran vəzifələrə həsr olunmuş zona seminar-müşavirəsi keçirilmişdir. Seminar-müşavirədə iştirakçıların suallarına aydınlıq gətirilmişdir.....
12.3.2010 | 65
Rusiyanın media ekspertləri Azərbaycana gəlir
Söz Azadlığını Müdafiə Fondu (SAMF) və İnsan Hüquqlarına dair Beynəlxalq Standartlarının Təsbiti üzrə Birgə İşçi Qrupunun təşkilatçılığı ilə Bakıda “Rusiya mediası kontekstində müasir mətbuatın problemləri” mövzusunda dəyirmi masa keçiriləcək. Dəyirmi masada Rusiya jurnalistikasının aparıcı simaları, media üzrə mütəxəssisləri iştirak edəcəklər...
11.3.2010 | 99
Badamdarda pulsuz qəbiristanlıq?
Deyirlər, ölülərin o biri dünyaya yola salınması onların yaşamasından daha bahalıdır. Elə isə necə edək ki ölməyək? Ya da «od tutub yanan» qəbiristanlıqlarda hərarəti bir az aşağı salaq?
O gün çoxdan görmədiyim bir tanışımla rastlaşdım, olanlardan-keçənlərdən bir xeyli danışdıq, dərdləşdik. Tanışım elə hey giley-güzar edirdi, o birisi dünyanın bizim yaşadığımız dünyadan, ölülərin də dirilərdən daha bahalı olduğunu deyirdi. Elə bil ki, bir neçə dəfə o biri dünyaya baş çəkib gəlib. Sonra məlum oldu ki, elə baş çəkib gəlmiş kimi bir şeydi. İnsan bir az əziyyət görəndə, sıxıntı çəkəndə, xüsusən də əməlli-başlı borca-xərcə düşəndə elə o biri dünyanı görüb gəlir. Tanışımın anası qəfil rəhmətə gedib, dəfin-kəfn işləri, yas mərasiminin xərc-xəsarəti onu pis vaxtda yaxalayıb. İllərdir qəpiyi-qəpiyə calayıb özünə bir daxma qurmağa hazırlaşan gənc, olan-qalan pulunu verib qəbiristanlıqda yer götürdü. Özünə daxma tikmək üçün yox, anasını basdırmaq üçün. Necə deyərlər, sən pulunu say, gör fələk nəyə sayır.....

10.3.2010 | 86
В Конгрессе местных и региональных властей Совета Европы будет заслушан доклад по муниципальным выборам в Азербайджане
В рамках 18-ой пленарной сессии Конгресса местных и региональных властей Совета Европы 18 марта будет заслушан доклад по результатам наблюдения за муниципальными выборами в Азербайджане. Как сообщает АПА со ссылкой официальный сайт структуры, доклад представит Франсис Лек (Франция). Он был наблюдателем на муниципальных выборах в Азербайджане 23 декабря 2009 года.....
9.3.2010 | 56
Qadınlar üçün kupelər ayrı təşkil edilməlidir

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi dəmir yolunda
sərnişin daşıma sisteminin təkmilləşdirilməsini təklif edir

Hər gün ictimai nəqliyyat dünyada yüz minlərlə sərnişinə mənzil başına çatmağa imkan yaradır. Bu zaman sərnişinlərin təhlükəsiz və rahat hərəkətinin təşkilinə çox böyük diqqət yetirilir. Məhz bu məqsədlə son illərdə bir çox ölkədə sərnişinlərin cinsindən asılı olaraq onların kupelərdə ayrı yerləşdirilməsi tətbiq edilir. Belə ki, Rusiyada dəmir yolunda sərnişinlər üçün daha rahat şəraitin yaradılması məqsədi ilə on ilə yaxın müddətdə ayrı “kişi” və “qadın” kupeləri təşkil olunan qatarlar hərəkət edir. Analoji qatarlar Ukrayna və Belorusda da tətbiq olunur.....

9.3.2010 | 119
Bakıdakı bəzi məcburi köçkünlərin yenidən köçkün olmaq problemi
Azərbaycan ərazisində son məcburi köçkünlüyün tarixi 20 ili adlayıb. Bu müddət ərzində yurd-yuvalarından köçkün düşənlər demək olar ki, ölkənin hər rayonunda, hər kəndində məskunlaşmalı olublar. Məskunlaşma məsələsini yola verdikdən sonra bu insanlar işsizlik məsələsini həll etmək üçün yollar axtarıblar və bu axtarış onların bir hissəsini Bakıya gətirib. Nəticədə sənəddə rayonlarda müvəqqəti məskunlaşan, reallıqda isə Bakıda daimi iş yeri tapan bəzi məcburi köçkünlər dilemma qarşısında qalaraq ikinciyə üstünlük veriblər.....
9.3.2010 | 77
Are the municipalities rendered more obligations?
Although two months have passed, attention to this system is not dicreased. Especially continually discussions in the Parliament on municipality system could be concidered as a step in advantage of common work. But if we pay attention to the points proposed in discussions we see that it is not so. That is, some of amendments has symbolical character. It could be accepted as amendment for sake of amendment...
6.3.2010 | 98
« Previous  1 2 3 4 ... 308 309 310  Next »









 


Arxiv


« Sentyabr 2010»
B.e. Ç.a Ç. C.a. C Ş. B.
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


   


























eXTReMe Tracker

Bu sayt Kataloq.NET uzvudur

© Municipality.az 2007
Müəllif hüquqlari V.T. Cəfərova məxsusdur
Saytdakı materiallardan istifadə zamanı istinad etməyiniz zəruridir
Farkhadov WEB STUDIO