Vüqar Tofiqli Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti
Bələdiyyə seçkiləri yaxınlaşdıqca bu sistemi narahat edən məsələlərdə gündəmdə olur. Belə məsələlərdən dən biri də paytaxtda meriya institutunun yaradılmasıdır. Belə ki, adıçəkilən məsələ bələdiyyələr formalaşdığı ildən, yəni 2000-ci ildən müzakirədədir. Bu gün yerli orqanların sayçoxluğu, onlara əlavə maliyyə istiqamətlərinin verilməsi, habelə paytaxt bələdiyyəsinin yaradılması bir daha müzakirə mövzusuna çevrilib... Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyəti ilə baglı son beşillik dövrü təhlil etsək belə qənaətə gələ bilərik ki, biz 2009-cu il bələdiyyə seçkilərində paytaxtda mer seçkisinin şahidi ola bilərik. Yeri gəlmişkən bir məqamı da qeyd edək ki, şəhər icra hakimiyyətinə məxsus və ya bilavasitə ona adiyyətı olan qurumların ləğv edilməsi və ya tabelilik istiqamətinin dəyişdirilməsi bunu bir daha təsdiq edir. Hazırda BŞİH tərkibində Mənzil Kommunal Təsərrüfatı Departamentı, Ticarət və Xidmət Departamenti, Yaşıllaşdırma idarəsi, “Bakı Şəhər İşıq ” müəssisəsi, həmçinin fəaliyyəti indiyədək nəzərə çarpmayan Xarici əlaqələr Departamenti və ona aid Diplomatik Korpusa xidmət göstərən “İnterservis” müdriyyəti var. Bu məqamda belə bir sual yaranır strukturlarını bir bir itirən BŞİH-ni bu formatda saxlamaq lazımdırmı?
Xatırlatmaq yerinə düşərdi ki, paytaxtın inzibati ərazisində 51 bələdiyyə fəaliyyətdədir. Bakı bələdiyyələri büdcə gəlirlərinin 43 faizini yerli orqanların saxlanmasına yönəltmişlər. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ötən il paytaxt bələdiyyələrinin gəlirləri 11,2 mailyon manat təşkil etmiş və bu vəsaitin 5,3 milyon manatı əməkhaqqına, 17,7 faizi mənzil kommunal təsərrüfatının saxlanmasına 14,1 % sənaye və tikinti işlərinə, yolların saxlasmasına isə 10,1 % ayırmışlar. Qeyd edək ki, paytaxt bələdiyyələrinin büdcə gəlirləri 2007-ci illə müqayisədə 42 faiz azalıb. Beləliklə paytaxta meriya institutunun olması bizə, yəni paytaxt sakinlərinə nə verə bilər?İlk öncə qeyd edək ki, meriyanın təsis edilməsi demokratik dövlətin əsas atributlarından sayılır. Meriyanın olması həm ölkədə vətəndaş cəmiyyətinin inkişafına, həm sakinlərdə məsuliyyət hissinin artmasına şərait yarada bilər. Adıçəkilən institutun yaradılması həm də əks mərkəzləşməyə doğru əsaslı addımın atılması kimi də qiymətləndirilə bilər. Dünya təcrübəsi də göstərir ki, meriya institutu demokrtik institut olaraq özünü doğruldub. Hər halda inkişaf etmiş ölkələrin hər birində əgər adıçəkilən proses tətbiq olunursa, bu o deməkdir ki, sistem özünü dogruldub. MDB məkanında isə sistem az vaxt ərzində təqbiq olunsada, hazırda əksər MDB paytaxtlarında formalaşan yerli özünüidarəetmə sistemi öz bəhrəsini verməkdədir. Sistemin tətbiqində bəzi fərqli məqamlar olsada nəticə hər birində eynidir. Yəni son məqamda məqsəd yerli demokratiyanı inkişaf etdirmək və yerli problemlərin həllində sakinlərin iştirakını təmin etməklə ümumi işin səmərələliyini daha da artırmaqdır. Fikrimizcə, istər Moskvada, istərəsədə Baltikyanı ölkələrdə meriya institutunun yaradılması ilk öncə əhalinin qarşılaşdığı problemlərin həllinə birbaşa təkan verir, habelə əhalinin dövlətdən narazı məqamlarının sürətlə aradan qaldırılmasına bir növ şərait yaradır. Belə bir sistemin paytaxtada tətbiqi dfüşünürük ki , həm paytaxtın problemlərininion aradan qaldırılmasıəna , həm sakinlərin üzərinə düşən məsuliyyət yükünün artmasına , həm də icra strukturlıarına ayrılan maliyyə vəsaitinin qənaətinə şərait yaradacaq.
Beləliklə təhlillər göstərir ki, Bakı şəhərində 51 bələdiyyənin formalaşdırılmasına heç bir ehtiyac qalmır. Bunun əvəzinə isə əhali tərəfindən seçilən mer və Bakı hökumətinin yaradılmasına ehtiyac var. Habelə təklif olunan variantda həmçinin paytaxtda dörd dairənin olması fikri də var. Belə ki, bu dairələr meriyaya tabe olmaqla idarəçilik mexanizminin daha da təkmilləşdirilməsinə təkan verə bilər. Səlahiyyət çərçivəsinə gəldikdə isə Bakı Şəhər İcra Hakimiyyətinin müəyyən qism səlahiyyəti məhz meriyaya verməklə öz işini yüngülləşdirmiş olacaq. Sadəcə bu qurumun əsas məqsədi paytaxtda dövlət siyasətinin həyata keçirilməsinə həm nəzarətin həyata keçirilməsinəkömək edəcək, həm də yardımçı olacaqdır. Proseslər göstərir ki, hələ seçiklərədək bir sıra yeniliklərin şahidi ola bilərik...
Ardı var.....
Meriya instititu adlanan strukturun əsas mahiyyəti ölkədə demokratiyanı inkişaf etdirməklə yanaşı, əhalinin də üzərinə müəyyən mənada məsuliyyət yükü qoymaqla yerli əhəmiyyətli məsələləri müstəqil həlll etməkdir. Proseslərə sakinləri cəlb etməklə bir növ problemlərin həlli sürətlənir və bununla da yarana biləcək narazılıqların qarşısı alınır. Fikrimizcə, meriya instititunun da fəlsəfəsi məhz bundan ibarətdir desək yanılmarıq. Bu arada qeyd edək ki, bələdiyyə qanunvericiliyində yerliözünüidarə anlayışının açıqlamasında da məhz bu məqama üstünlük verilib. Yəni “yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemi kimi” göstərilir ki , “bu sistem qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst həll etmək hüququnu həyata keçirməlidir”lər. “Bələdiyyələrin status haqqında qanun”da göstərilən bu məqam ondan xəbər verir ki, ölkəmizdə demokratiyanın inkişafında yeni bir mərhələ olan bələdiyyə sisteminin inkişafına çalışmaq lazımdır. Bundan nə dövlət, nə onu icra strukturları heç nə itirmirlər, əksinə öz işlərinin bir qədər yüngülləşdirmiş olur və ən əsası demokrtiya ölkədə inkişaf edir və son nəticədə isə büdcə vəsaitlərinə çox ciddi şəkildə qənaət olunur. Belə olan halda biz niyə meriya instititunun yaradılmasına maeə yaratmalıyıq əksinə onun formalaşmasını və qanunvericillik bazasının hazırlanmsını sürətləndirməliyik. Yeri gəlmişkən qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti strukturunda olan və yuxarıda sadalanan qurumların demək olar ki hamısı meriya tərkibində də fəaliyyət göstərə bilər. Bu istiqamətdə apardığımız müşahidələr göstərir ki yerli məmurlar ictimaiyyətdə bu və ya digər formada elə bir rəy formalaşdırırlar ki yerli orqanlar sərbəst hərəkət edə bilməz, sərbəst hərəkət etmək niyyətində olanlar dərhal qara siyahıya salınır və ya tutduğu vəzifədən, ststusdan mərhum edilir. İkinci bir tərəfdən öz cinayətlərinin böyük bir qismini yerli orqnların üzərinə atmaqla bir növ özlərini sığortalayırlar. Hazırda cinayət işi açılan yerli orqanların 70-80%-nin cinayəti əgər belə demək mümkündürsə öz xoşlarına etməyiblər... Bu gün həm məmur həm sakinlər yaxşı bilirlər ki, ərazidə daşı-daş üstünə qoyanda ilk növbədə bələdiyyə yox, icra strukturlarının nümayəndələri əvvəlcə sifariş göndərir sonra isə özləri əraziyə təşrif buyururlar. Söz yox ki, yerli strukturlarda da təsadüfü öz işini bilməyən şəxslər var. Unutmayaqki bu adamların seçimindədə icra strukturlarının az rolu olmayıb. Demək səhv yenə də icra strukturlarının üzərində qalır. Ancaq bu arada onu qeyd edək ki, seki proseslərində aktiv iştirak etmiş olsaydıq yəqinki belə adamlarda siyıda qala bilməzdilər demək icra strukturları ilə yaşı biz seçiciləırində üzərinə baş vermiş neqativ proseslərdə müəyyən məsuliyyət düşür.
Ardı var |