Azərbaycan Bələdiyyə Sistemi : Uncategorized : Bələdiyyələrin xidmət sahələri: real vəziyyət və problemlərin həlli yolları
***Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası       Bələdiyyələrlə bağlı ilk informasiya saytı        First information site on municipality             Первый информационный сайт о муниципалитетах ***
Əmlak vergisi necə hesablanır?. Fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir.Vergitutma obyektləriRezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri və s.Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:Onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən:bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə — 0,1 faizlə. 198.1.2. su və hava nəqliyyatı vasitələrinə görə:198.1.2.1. su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manati;198.1.2.2. hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.198.1.2.3. mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün —onların bazar qiymətinin 1 faizi.198.2. Müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.Vergi güzəştləri və azadolmalarDövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü idarəetmə orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları, dövlət fondları və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əmlak vergisini ödəməkdən azaddır.Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər azaldılır.Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:1. ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin;2. məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin;3. bu Məcəllənin 211.1.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb edilən avtonəqliyyat vasitələrinin;4. təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin;199.5. Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak vergisindən azaddır.Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası 200.1. Binalar üzrə əmlak vergisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada binaların inventar dəyərinə əsasən hesablanılır.Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.200.2. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır.200.3. Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq orqana təqdim edir.Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə — həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.200.6. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.Müəssisənin əmlak vergisinin hesablanması və ödənilməsi 201.1. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir.201.1.1. Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14.3.4-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.201.2. Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır.201.3. Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq, həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.201.4. Dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.Cari vergi ödəmələri bu Məcəllənin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.201.5. Müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir.Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.201.6. İllik bəyannamələr üzrə vergilər həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Hesablanmış verginin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.201.7. Müəssisələrin əmlak vergisi dövlət büdcəsinə ödənilir.Verginin ödənilməsini təsdiq edən sənəd olmadıqda, avtonəqliyyat vasitəsinin qeydiyyatı, yenidən qeydiyyatı və ya texniki baxışı keçirilmir.Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası202.0. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:202.0.1. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.202.0.2. Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.202.0.3. Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur.AR Vergi Məcəlləsi


Bələdiyyə sistemindən razısınızmı ?
Çox razıyam
Razıyam
Narazıyam
Çox narazıyam
Bilmirəm


Yekun
 
 
Bələdiyyələrin xidmət sahələri: real vəziyyət və problemlərin həlli yolları
Çoxsaylı problemlərlə üzləşən Azərbaycan bələdiyyəsi onillik fəaliyyətləri dövründə bir sıra irəliləyişə və uğura imza ata bilmişdir. İlk olaraq qeyd edək ki, əsas nailiyyət yerli özünüidarəçilik sisteminin cəmiyyətdə idarəetmə stukturu kimi tanınması olmuşdur. Artıq cəmiyyətin hər bir üzvünün bələdiyyələr haqqında mənasından asılı olmayaraq bilgisi vardır. Ötən dövrün təhlili göstərir ki, 10 il ərzində bələdiyyələr ərazilərində az da olsa konkret addım atmışlar. Lakin bələdiyyə təmsilçiləri istənilən halda bu illər ərzində daha çox iş görə bilərdilər. Bir şərtlə ki, qeyd olunan orqanların fəaliyyətinə müvafiq icra orqanları tərəfindən hər hansı maneələr yaradılmamış olsun......


Ötən dövr ərzində fəaliyyəti ilə seçilən və cəmiyyətdə müəyyən nüfuz sahibi olan bir sıra bələdiyyələr xidmət sahələri yaratmaqla həm əhaliyə əlavə xidmət göstərməyi, həmdə büdcə vəsaitlərini artırmaq istiqamətində iş görə bilmişlər. Bu istiqamətdə apardığımız tədqiqatlara görə, 2002-ci illə müqayisədə 2005-ci ildə bələdiyyələrin xidmət sahələrinin saxlanmasına ayırdıqları vəsaitlərin ümumi büdcə xərclərində tutduğu yer 5,0% dən 9,5 % dək artıb. Sonrakı illərdə artım səviyyəsi yüksələrək 14-15% ə çatıb. Adıçəkilən sahədə fəaliyyət əsasən kommunal xidmət sahələrinin yaradılması ilə bağlı olmuşdur. Bütövlükdə, ümumi çəkilən xərcin yalnız 12-15%-i isə məhz digər xidmət sahələrinin təşkilinə yönəlib. Bu gun Qusar bələdiyyəsində, Gəncənin Kəpəz və Nizami, Siyəzən bələdiyyəsində və adıçəkilən rayonun bir sıra bələdiyyələrində, habelə paytaxtın Səbail, Nərimanov, Nəsimi, M.Ə.Rəsulzadə, Biləcəri, Əmircan və Zabrat bələdiyyələri kommunal xidmət sahələri yaratmaqla bərabər digər xidmətlər də yarada bilmişlər. Hazırda Səbail bələdiyyəsi Nəqliyyat xidməti yaratmaq məqsədiılə müəssisə yaratmış və müəssisənin fəaliyyəti üçün 8 “KamAZ” markalı yük avtomoibili və 10 “Azsamand” markalı avtomobil alaraq icarəyə vermişlər. Bələdiyyə bu prosesin həyata keçirilməsində müvafiq orqanların maneələri ilə üzləşsə də proqramı həyata keçirmiş və bu gün 20 nəfər işlə təmin olunmuşdur. Nəsimi bələdiyyəsi əhaliyə mərasim xidmətinin göstərilməsi məqsədilə iki mərasim dəsti almış və əhalinin istifadəsinə vermişlər. Bununla həm bələdiyyə büdcəsinə əlavə vəsait cəlb olunur, habelə bir neçə nəfər işlə təmin olunmuş olur. Ötən dövrün təhlili göstərir ki, bu istiqamətdə vətəndaş cəmiyyəti sektoru da aktiv fəaliyyət göstərmişdir. Belə ki, 2005-ci ildən indiyə qədər “Aran Humanitar Regional İnkişaf” İctimai Birliyi fəaliyyət göstərdiyi ərazilərdə (Bərdə, Ağdam, Ağcabədi, Yevlax, Goranboy, Tərtər) bələdiyyələrin xidmət sahəsinin yaradılmasına maddi və texniki yardım etmişdir. Adıçəkilən sıralamada Bərdə rayon Qaradəmirçi -1, Xanərəb və Ağcabədi rayonunun Gələbədinli bələdiyyəsində aqrotexniki, Goranboy rayonunun Cinliboluslu bələdiyyəsində daşınan mağar dəsti və digər bələdiyyələrdə də müvafiq xidmət sahələri yaradılmışdır.
Bu xidmət sahələrinin fəaliyyəti nəticəsində bələdiyyə büdcəsi xeyli gəlir əldə etmiş, əhali üçün daha az vəsaitə yüksək keyfiyyətli iş görülmüş, həmçinin də bir neçə nəfər işlə təmin olunmuşdur.
AVCIYA, “Multimedia İnformasiya sistemləri və texnologiyaları” İctimai Birliyi, Iqtisadi Tədqiqatlar Mərkəzi, Iqtisadi Təşəbbüslərə Yardım Mərkəzi, Azad İstehlakçılar birliyi və digər QHT təmsilçiləri müxtəlif istiqamətlərdə aparılan layihə çərcivəsində bələdiyyələrə əlavə xidmət sahələrinin yaradılması ilə bağli ciddi addımlar atmışlar.
Mövzu ilə əlaqəli apardığımız tədqiqatlar nətcəsində bir sıra nəticələrə gələ bilərik ki, bələdiyyələrdə əlavə müəssisələrin yaradılmasında bir sıra süni çətinliklər yaradılır. Misal olaraq qeyd etmək yerinə düşər ki, Astara bələdiyyəsi 2007-ci ildə təsis etdiyi müəssisəni qeydiyyatdan keçirə bilməmişdir. Müəssisə əhaliyə nəqliyyat xidməti göstərməliydi. Uzun müddət proses həll edilməmiş qalmışdır. Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsi 2002-ci ildə kreditlə inşa etdirdiyi Asfalt zavodunu iki ildən sonra baglamaq məcburiyyətində qalmışdır. Belə ki, əhaliyə güzəştli qiymətlə asfalt təklif edən bələdiyyə nəticədə işçilərinin əməkhaqqını verə bilməmiş və müəssisə rentabellik qabiliyyətini itirmişdir. Yəni büdcə təşkilatları tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməməsi müəssisənin debitor borclarını artırmış və nəticədə müəssisənin bağlanma zərurəti yaranmışdır. Bundan əlavə Nəsimi bələdiyyəsi aldığı “Qazel” markalı sərnişin mikroavtobusunu əhalinin istifadəsi üçün marşrut xəttinə buraxılmasında icra orqanının maneəsi ilə üzləşmək məcburiyyətində qaldığı üçün avtomobili bir müddət istifadədən sonra satışa çıxarmışdır.
Göründüyü kimi, bürokratik əngəllərin yaradılması bələdiyyələrə yerli büdcəyə əlavə maliyyə vəsaitinin cəlb edlməsinin qarşısının alınmasına səbəb olmuşdur.
Məhz elə bu səbəbdəndir ki, bir sıra bələdiyyələr müvafiq resurslara malik olsalar da əlavə xidmət sahəsini yaratmağa meylli olmurlar. Digər bir səbəb bələdiyyənin göstərdiyi xidmətin bazarda rəqabət qabiliyyətli olmamasıdır. Belə ki, istər nəqliyyat sahəsində, istər kənd təsərrüfatı sahəsində bələdiyyənin təklif etdiyi xidmətin səviyyəsi fərdi müəssisələrin və ya dövlət orqanlarının təklif etdiyi xidmətlələrlə rəqabətə davamlı olmur və bələdiyyənin bəzən bazar qiymətlərində də aşağı qiymətlərlə təklifi vətəndaşlar tərəfindən qəbul olunmur.
Real vəziyyətdən çıxış yolu kimi nəyi təklif etmək olar:

1.Paytaxtda və iri yaşayış məntəqələrində əhaliyə kommunal xidmətlərin gostərilməsinin bələdiyyələrə verilməsi məqsədəuygun sayılmalıdır. Yəni bu gün istər paytaxtda, istərsə də regionlarda bələdiyyələr zibil tullantılarının daşınmasında iştirak edirlər. Qarşılığında isə əhalidən xidmət haqları müvafiq icra orqanı tərəfindən yığılır. Qeyd edilməlidir ki, icra orqanının topladığı vəsaitin xərclənməsində hər hansı şəffaflıq təmin olunmur. Yəni əhaliyə bu barədə məlumat verilmir. Nəzərə alsaq ki, kommunal xidmətlərin saxlanmasına külli miqdarda büdcə vəsaiti ayrılır. Bu istiqamətin bələdiyyələrə ayrılması məhz həmin büdcə vəsaitlərinin qənaətinə səbəb ola bilər. Sadəcə əsas məsələ bu məqamın qanunvericilik çərçivəsində həlli daha münasib sayıla bilər.

2.Hazırda yerlərdə fəaliyyətdə olan tibb məntəqələrinin saxlanması və istifadəsinin bələdiyyələrə verilməsi də bələdiyyənin həm səlahiyyətinin artmasına, həm də vəsaitin daxil olmasına səbəb ola bilər. Yəni adı pulsuz, lakin bir çox hallarda pullu xidmət göstərən poliklinikalar və feldşer-mama məntəqələri bir sıra xidmətləri pullu göstərməklə yerli büdcəyə əlavə vəsait cəlb edə bilərlər. Nəzərə alsaq ki, bələdiyyə qanunvericliyi buna imkan və şərait yaradır. “Bələdiyyələrin statusu haqqında”AR Qanununa görə, icra orqanı hər hansı səlahiyyəti bələdiyyəyə verərsə, onda həmin layihənin həcmində maliyyə vəsaiti də ayırmalıdır. Demək, qanunun bu məqamında konkretlik olsa, yəni bu məqama düzəliş edilərsə yerli büdcənin vəsaitləri də artmış ola bilər.

3.Bu gün Azərbaycan ordusunun NATO standartlarına keçdiyini nəzərə alsaq və hərbi komissarlıqların ləğvinə diqqət yetirsək, onda fəaliyyəti ləğv olunan komissarlıqların bəzi qalan funkisiya və səlahiyyəti bələdiyyələrə verilə bilər. Qeyd edək ki, xarici ölkə təcrübəsində artıq bu məqamlar öz əksini tapıb. Bu sıraya gənclərin informasiya məlumat bazasının, habelə əsgəri xidmətdən qayıtmış gənclərin işlə təmin olunması ilə bağlı məşğulluq məsələsinin bələdiyyələr tərəfindən həyata keçirilməsinı də bura əlavə etmiş olsaq, onda həm bələdiyyənin səlahiyyətinin artırılması ilə yanaşı, əhaliyə müəyyən xidmətlərin göstərilməsini həyata keçiməklə yerli büdcə vəsaitlərinin artmasına şərait yaradacaq.

4.Əhalinin marağında olan sahələrin inkişafı, doğum-ölüm və nikah proseslərinin hamısının bələdiyyələrə verilməsi də həyata keçirilə bilər. Qeyd edək ki, dünyanın hər yerində belədir. Bir çox Avropa və MDB ölkələrində adiçəkiiən sahələr qanuvericilik qaydasında yerli orqanların səlahiyyətinə aid edilib. Bu səlahiyyətlər Azərbaycanda çox təəssüf ki, hansısa səbəblərdən digər qurumlara verilib. Fikrimizcə, VVAQ və bu sahəyə yaxın olan idarələr birbaşa bələdiyyələrin səlahiyyətində olmalıdır. Qeyd olunan sahələrin bələdiyyələrə verilməsi yerli orqanda əlavə xidmətin yaranması deməkdir.

5.Bələdiyyə müəssisələrinin yaradılmasında mövcud problemlərin aradan qaldırılması üçün ayrıca qanun layihəsinin hazırlanması və Milli Məclis tərəfindən qəbul edilməsi problemi bir dəfəlik aradan qaldırılmasına imkan verə bilər. Qanun layihəsində işçilərin sosial təminatından tutmuş, müəssisənin yaradılmasınadək bütün hüquqi tərəflər qanunda öz əksinin tapmalı və bu istiqamətdə mövcud olan maneələrin qarşısı qanuni yolla alınmalıdır.

Beləliklə, yerli özünüidarəetmə orqanı kimi bələdiyyələr tam fəaliyyət göstərməli və öz ərazisində yaşayan insanların problemlərini həll etməyə qadir olmalıdır. Bunun üçün yerli orqanın xidmət sahələri yaradılmalıdır. Lakin prosesin həyata keçirilməsi üçün bələdiyyələrə yuxarıda sadalanan həm əlavə səlahiyyətlər, həm də maliyyə istiqamətləri verilməlidir. Belə olan halda Azəbaycan bələdiyyələri yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst həll etməklə müəyyən nüfuz sahibi ola biləcəklər. 01/02/2010

Vuqar Tofiqli
Ekspert

1.2.2010 | | 0 | 350
 











 


Arxiv


« Sentyabr 2010»
B.e. Ç.a Ç. C.a. C Ş. B.
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


   


























eXTReMe Tracker

Bu sayt Kataloq.NET uzvudur

© Municipality.az 2007
Müəllif hüquqlari V.T. Cəfərova məxsusdur
Saytdakı materiallardan istifadə zamanı istinad etməyiniz zəruridir
Farkhadov WEB STUDIO