Azərbaycan Bələdiyyə Sistemi : Uncategorized : Bələdiyyələr hesabatı kimə verməlidir?
***Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası       Bələdiyyələrlə bağlı ilk informasiya saytı        First information site on municipality             Первый информационный сайт о муниципалитетах ***
Əmlak vergisi necə hesablanır?. Fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir.Vergitutma obyektləriRezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri və s.Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:Onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən:bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə — 0,1 faizlə. 198.1.2. su və hava nəqliyyatı vasitələrinə görə:198.1.2.1. su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manati;198.1.2.2. hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.198.1.2.3. mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün —onların bazar qiymətinin 1 faizi.198.2. Müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.Vergi güzəştləri və azadolmalarDövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü idarəetmə orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları, dövlət fondları və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əmlak vergisini ödəməkdən azaddır.Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər azaldılır.Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:1. ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin;2. məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin;3. bu Məcəllənin 211.1.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb edilən avtonəqliyyat vasitələrinin;4. təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin;199.5. Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak vergisindən azaddır.Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası 200.1. Binalar üzrə əmlak vergisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada binaların inventar dəyərinə əsasən hesablanılır.Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.200.2. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır.200.3. Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq orqana təqdim edir.Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə — həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.200.6. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.Müəssisənin əmlak vergisinin hesablanması və ödənilməsi 201.1. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir.201.1.1. Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14.3.4-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.201.2. Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır.201.3. Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq, həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.201.4. Dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.Cari vergi ödəmələri bu Məcəllənin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.201.5. Müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir.Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.201.6. İllik bəyannamələr üzrə vergilər həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Hesablanmış verginin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.201.7. Müəssisələrin əmlak vergisi dövlət büdcəsinə ödənilir.Verginin ödənilməsini təsdiq edən sənəd olmadıqda, avtonəqliyyat vasitəsinin qeydiyyatı, yenidən qeydiyyatı və ya texniki baxışı keçirilmir.Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası202.0. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:202.0.1. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.202.0.2. Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.202.0.3. Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur.AR Vergi Məcəlləsi


Bələdiyyə sistemindən razısınızmı ?
Çox razıyam
Razıyam
Narazıyam
Çox narazıyam
Bilmirəm


Yekun
 
 
Bələdiyyələr hesabatı kimə verməlidir?
Bələdiyyə üzvü seçilmiş 15591 nəfər 1709 bələdiyyə sədrinin seçiminə başlayıb. Prosesin ən gərgin günləri isə təsadüfən yanvarın qarlı günlərinə düşüb. Belə ki, mərkəz bələdiyyələrində sədr seçimi yanvarın sonunadək başa çatmalıdır. Qeyd edək ki, bizdə olan məlumata görə, kənd və qəsəbə bələdiyyələrində prosesin 70%-i başa çatıb. Mərkəzi şəhər və rayonların bir qismində isə müəyyən məsələlər yekunlaşmadığından prosesin ləngidiyi bildirilir. Bu istiqamətdə apardığımız araşdırmalar göstərir ki, bir sıra rayonlarda hava şəraiti, bəzi rayonlarda icra başçılarının məzuniyyətdə olması prosesi ləngidən əsas səbəb kimi göstərilir. Maraqlıdır ki, yanvarın 13-də, yəni DSK-lar tərəfindən üzvlərə vəsiqələr verilməmiş bir vaxtda, iclas keçirən bələdiyyədə oldu. Belələliklə, icra başçısınında qatıldığı həmin bələdiyyədə iclas qanuna zidd olduğundan müvafiq strukturların təzyiqi ilə yenidən keçirmək lazım gələcək.....

Qısa şəkildə sədr seçimi ilə baglı məqamlara toxunduq. Ancaq bu gün sədr seçimi ilə yanaşı, bələdiyyə üzvlərini digər məsələlərdə narahat etməyə başlayıb.
Hazırda isə əsas diqqət Milli Məclisdə bələdiyyə qanunvericiliyinə edilməsi nəzərdə tutulan dəyişikliklərin Regional Məsələlər Komitəsində müzakirəyə çıxarılmasına yönəlib. Belə ki, “Bələdiyyələrin statusu” haqqında qanuna əlavələrin edilməsi, habelə bələdiyyələrin MM-ə hesabat verməsi ilə bağlı qanun layihəsi artıq müzakirəyə verilmişdir. Edilən təkliflər sırasına “Bələdiyyələrin statusu haqqında ”AR Qanunun 19-cu maddəsinə ediləcək düzəlişlər də daxildir. Belə ki, bələdiyyə sədrlərinin üzərinə düşən məsuliyyət yükü bir qədər artırılmış, yəni büdcənin müzakirəsi və təsdiqini vaxtında aparmayan sədrlər vəzifəsini tərk etməli olacaqlar. Bundan əlavə həmin maddənin digər bəndində büdcə təsdiq edildikdən sonra onun ictimaiyyətə açıqlanması artıq məcburi şəkildə sədrlər qarşısında qoyulmuşdur. Söz yox ki, prosesin hansı formada həyata keçirilməsindən asılı olmayaraq qeyd olunana məqam şəffaflığın təmin edilməsi nöqteyi-nəzərdən diqqəti çəkir. İkinci müzakirəyə çıxarılan məqam, “Bələdiyyə hesabatları” haqqında qanun layihəsidir. Xatırladaq ki, Milli Məclis bundan əvvəl “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu qəbul etmişdir. Qanunun 9.1 maddəsində qeyd olunur: “Dövlət reyestrinin elektron məlumat bazasında əks olunan məlumatlar Milli Məclisin rəsmi internet saytında yerləşdirilir.” Onuncu bölümündə isə“Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 5 ildə bir dəfə bələdiyyələrin siyahısını əks etdirən "Azərbaycan Respublikasının bələdiyyələri" məlumat toplusu nəşr olunur.” Şəhadətnamənin verilməsi prosesi ilə baglı yarana biləcək çətinliklərə toxunmadan yuxarıda qeyd olunanlara da diqqət yetirsək yəqinki hər birimizdə belə sual yarana bilər: “Milli Məclis üzərinə böyük məsuliyyət yükü götürmürmü?” Belə çıxır ki, bütün bələdiyyələrin məlumat bazası Milli Məclisdə toplanılmalı və Şəhdətnamələri də məhz bu orqan verməlidir. Nəticə etibari ilə Milli Məclisdə bu prosesləri həyata keçirən bir strukturun yaranma ehtimalı artır. “Bələdiyyə hesabatları haqqında” qanun layihəsinin nəzərdən keçirdikdə isə belə qənaətə gəlmək olar ki, MM məhz yerli orqanların fəaliyyəti ilə baglı bütün məqamlara diqqət yetirəcək.
Sözügüdən məsələlərə toxunmaqda məqsəd bələdiyyələrin hesabatlılıq məsələsinin bir daha gündəmə gətirmək və prosesi müəyyən qədər sadələşdirilməsinə çalışmaqdır. Xatırladaq ki, bələdiyyələr ilk öncə seçicilərinə hesabat verməli və inzibati ərazi daxilində fəaliyyəti sakinləri üçün açıq olmalıdır. Düzdür, qanunun bu tələbi 80 % bələdiyyələr tərəfindən icra olunmur. Hər halda sözügedən tələb yəqinki, yeni seçilmiş bələdiyyə üzvləri tərəfindən yerinə yetiriləcək. Bəs bu gün bələdiyyələrin fəaliyyəti hansı orqanların diqqət mərkəzindədir?
Bu istiqamətdə apardığımız müşahidələr göstərir ki, bələdiyyələr inzibati nəzarət qaydasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinə, torpaqla bağlı proseslərdə (xüsusəndə hərracla bağlı məqamlarda) DTXK və Əmlak məsələləri üzrə Dövlət Komitəsinə, maliyyə məsələsində (dotasiyaların ayrılması ilə baglı məqamlar) Maliyyə nazirliyinə, vergi məsələləri ilə baglı metodik tövsiyyələrlə bağlı Vergilər Nazirliyinə, ümumi fəaliyyətlə bağlı Milli Məclisə, habelə mütəmadi olaraq yerli icra hakimiyyətlərinə hesabatların verilməsi, üstəlik bir sıra təşkilatlar dolayısı ilə bələdiyyələrdən hesabatların tələb etməsi söz yox ki, bu qurumların real fəaliyyətinə ciddi şəkildə maneəçilik yaradır. Təxmini hesablamalara görə, il ərzində bir bələdiyyə müxtəlif dövlət və icra orqanlarına ayda 5 dəfə olmaqla üst-üstə 60-dək hesabat göndərməlidir. Demək, bələdiyyə konkret iş görmək əvəzinə oturub hər həftəyə bir hesabat hazırlamalı və onu tələb olunan ünvanlara çatdırmalıdır. Bələdiyyə qulluqçularının əməkhaqqının və ştat cədvəli üzrə işçilərin sayının son illər xeyli azaldığını nəzərə alsaq, onda bu tələbin də kağız üzərində qalması ehtimalı çoxdur. Belə güman etmək olar ki, hesabatların göndərilməsində problem yaşana bilər.
Bütün bu deyilənlərdən belə qənaətə gələ bilərik ki, bələdiyyələrin fəaliyyətini hesabat tələb etməklə zəiflətmək istəyən qurumların əsas məqsədi bu orqanları daimi nəzarətdə saxlamaqdır, desək bəlkədə yanılmarıq. Nəzərə almalıyıq ki, bütün bu tələblərin üzərinə seçicilərində tələblərinin gəlsək, demək bələdiyyələrin fəaliyyətini iflic vəziyyətə sala bilərik. Ancaq deməliyik ki, seçkili bir orqanın bu qədər instansiyaya hesabat verməsi heç dünya təcrübəsində də yoxdur.
Yuxarıda deyilənlərdən belə nəticəyə gələ bilərik ki, bələdiyyələrin hesabat sistemi mərkəzləşdirilmiş qaydada aparılsın (bir pəncərə sistemi üzrə) və proses Ədliyyə Nazirliyinə tapşırılsın. Birincisi bu nazirliyin müvafiq strukturu artıq xeyli xaxtdır ki, fəaliyyədədir və müəyyən təcrübə qazanıb. Həmdə bələdiyyələrlə sıx iş təcrübəsi var. Bələdiyyələrin Dövlət reyestr xidmətini məhz bu nazirliyin tərkibində fəaliyyət göstərən qurumların səlahiyyətlərinə aid etmək olar. Habelə nazirliyin regional bölmələri də artıq fəaliyyətdədir. Bununla ümumi prosesə nəzarət mərkəzləşər, hesabat forması bir qaydada hazırlanar və bələdiyyə 60 hesabat əvəzinə maksimum iki hesabat hazırlayıb mərkəzə göndərər. İnformasiyalar da qurumun mərkəzi məlumat bazasında toplanıdığından hər bir dövlət orqanı üçün də bu informasiyanı əldə etməkdə heç bir problem yaşanmaz.
Nəticə etibari ilə, Azərbaycan bələdiyyə sisteminin qarşılaşdığı problemin biri azalar və Milli Məclis qanunverici orqan olaraq hər hansı məlumat toplamaq və ya hər hansı məsuliyyət yükünü üzərinə götürməklə deyil, məhz bələdiyyə qanunveriliyindəki çoxsaylı boşluqların aradan qaldırılması ilə məşgul olması söz yox ki, ümumi işin xeyrinə olardı. Onda həqiqətən bələdiyyələr demokratiya yolunda növbəti inkişaf mərhələsinə qədəm qoymuş olacaq.

Vuqar Tofiqli
AVCİYA-nın eksperti

29.1.2010 | | 0 | 567
 











 


Arxiv


« Sentyabr 2010»
B.e. Ç.a Ç. C.a. C Ş. B.
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


   


























eXTReMe Tracker

Bu sayt Kataloq.NET uzvudur

© Municipality.az 2007
Müəllif hüquqlari V.T. Cəfərova məxsusdur
Saytdakı materiallardan istifadə zamanı istinad etməyiniz zəruridir
Farkhadov WEB STUDIO