Azərbaycan Bələdiyyə Sistemi : Uncategorized : Bakı niyə planetin ən çirkli şəhəri olmalıdır?
***Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası       Bələdiyyələrlə bağlı ilk informasiya saytı        First information site on municipality             Первый информационный сайт о муниципалитетах ***
Əmlak vergisi necə hesablanır?. Fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir.Vergitutma obyektləriRezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri və s.Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:Onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən:bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə — 0,1 faizlə. 198.1.2. su və hava nəqliyyatı vasitələrinə görə:198.1.2.1. su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manati;198.1.2.2. hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.198.1.2.3. mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün —onların bazar qiymətinin 1 faizi.198.2. Müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.Vergi güzəştləri və azadolmalarDövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü idarəetmə orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları, dövlət fondları və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əmlak vergisini ödəməkdən azaddır.Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər azaldılır.Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:1. ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin;2. məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin;3. bu Məcəllənin 211.1.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb edilən avtonəqliyyat vasitələrinin;4. təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin;199.5. Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak vergisindən azaddır.Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası 200.1. Binalar üzrə əmlak vergisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada binaların inventar dəyərinə əsasən hesablanılır.Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.200.2. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır.200.3. Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq orqana təqdim edir.Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə — həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.200.6. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.Müəssisənin əmlak vergisinin hesablanması və ödənilməsi 201.1. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir.201.1.1. Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14.3.4-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.201.2. Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır.201.3. Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq, həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.201.4. Dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.Cari vergi ödəmələri bu Məcəllənin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.201.5. Müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir.Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.201.6. İllik bəyannamələr üzrə vergilər həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Hesablanmış verginin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.201.7. Müəssisələrin əmlak vergisi dövlət büdcəsinə ödənilir.Verginin ödənilməsini təsdiq edən sənəd olmadıqda, avtonəqliyyat vasitəsinin qeydiyyatı, yenidən qeydiyyatı və ya texniki baxışı keçirilmir.Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası202.0. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:202.0.1. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.202.0.2. Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.202.0.3. Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur.AR Vergi Məcəlləsi


Bələdiyyə sistemindən razısınızmı ?
Çox razıyam
Razıyam
Narazıyam
Çox narazıyam
Bilmirəm


Yekun
 
 
Bakı niyə planetin ən çirkli şəhəri olmalıdır?
Vuqar Tofiqli
AVCİYA-nın eksperti

Biz özümüzü nə qədər tərifləsək də dünya bizi tərifləmək istəmir.
Adımızı bu dəfə birinci çəkiblər. Amma dünyanın ən çirkli şəhərlər sırasında. Maraqlıdır, paytaxt üçün bu qədər vəsait xərclənir, küçə və meydanlar, prospektlər, binalar, habelə paytaxtın qədim hissəsi, o cümlədən “Dənizkənarı” Milli Park və “İçərişəhər”ə ciddi sərmayələr qoyulur... Artıq Bakı həqiqətən əvvəlki Bakı deyil, bunu elə xaricilər özləri də deyirlər.
Nəticədə isə adımız qara siyahıda birinci çıxır. Hər halda bu prosesdə müəyyən qərəz hiss olunsada, birinci olmağımızın özümüzdən asılı olan müəyyən səbəbləri vardır......



Xaricilər belə hesab edirlər ki, Bakıda havanın çirklənmə səviyyəsi, içməli suyun yararlığının dərəcəsi, tullantıların istifadə olunması və emal olunmasının dərəcəsi, tibbi xidmətin və avadanlığın səviyyəsi, infeksion xəstəliklərin mövcudluğu yüksək səviyyədədir.
Beləlilkə, Bakımızın adının birinci sırada çəkilməsində başda BŞİH-in başçısı çox hörmətli professor Hacıbala Abutalıbov və 11 RİH başçısı olmaqla, hər bir paytaxt sakini, habelə vətəndaş cəmiyyəti təmsilçilərinin də öz məsuliyyəti var. Bu sıraya Nəqliyyat, Səhiyyə və Ekologiya və Təbii Sərvətlər Nazirliyi də aid edilməlidir.
Bəs paytaxtımız digər ölkələrin paytaxtından hansı keyfiyyətlərinə görə geridə qalır?
Əvvəlcə xaricilərin arqumentlərinə diqqət yetirək.
Bakıda havanın çirklənmə səviyyəsi həqiqətən yüksəkdir. Niyə də yüksək olmasın.
Bakıda son beş ildə nə qədər ağacın kəsilməsi barədə müvafiq orqanların hansında belə bir məlumat var? Ümumiyyətlə, müvafiq nazirlik rəsmiləri tərəfindən ağacların rəsmi kəsimi barədə qeydiyyatı aparılırmı? Hazırda Bakının qədim və 70-80 illərdə salınmış məhəllələrində yeni inşa olunan binaların hesabına onlarca agac kəsimi həyata keçirilib. Demək olar ki, proses artıq başa catıb. Yəni dünyanı bürüyən iqtisadi böhran buna öz “müsbət” təsirini göstərib. Müvafiq nazirlik isə prosesə müdaxilə etməkdə hiss olunur ki gücsüzdür. Və nazirlik rəsmiləri ancaq zirvələri fəht etməklə ictimiyyətin diqqətini çəkmək istəyir.
Müvafiq nazirlik prezident sərəncamı ilə Ələt-Hacıqabul yolunun ətrafında min bir əziyyətlə saldığı yaşıllığı bütün magistral yolların ətrafında etsə, düşünmək olar ki, həm paytaxtda, həm regionlarda havanın çirklənmə səviyyəsini də azaltmış olar.
Digər bir məsələyə toxunmaq istərdik. Paytaxtda yaşıllaşdırma siyasəti, şəhərin ekoloji durumuna nəzarəti bir orqan, yəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən, ancaq konkret fəaliyyət, yəni icra prosesi nazirliyin rəyi nəzərə alınmaqla müvafiq bələdiyyələr tərəfindən həyata keçirilməsi daha doğru addım olardı.
Təhlillər göstərir ki, ekoloji siyasətdə movcud olan pərakəndəlik məhz adımızı birinci etməklə əhalinin saglıq durumuna da ciddi təsir edir.
Hər il aprel-may aylarında kampaniya xarakterli on minlərcə agac əkilirdi. Ancaq proses elə həmin vaxtdan bir müddətdən sonra unudulur və nəticədə əkilən ağaclar suvarılmadığından quruyub sıradan çıxırdı. Yaxşı ki, cənab prezidentin rəsmi göstərişindən sonra bu il artıq indidən agac əkiminə başlanılıb və 2010-cu il ekologiya ili elan edilib. Güman etmək olar ki, məmurlar heç olmasa bu il ağac kəsiminə yox, onun əkininə diqqəti artıracaq.
Tullantıların istifadəsi və emal olunmasının dərəcəsinə gəldikdə isə artıq bu istiqamətdə görünür xaricilər məlumatsızdırlar. Belə ki, Balaxanı qəsəbəsində Zibil Tullantılarının Emalı zavodunun təməl daşı qoyulub. Tikintidə məhz Fransa şirkətinə həvalə olunub. Əgər qeyri adi hadisələr baş verməsə 3 ilə bu zavodun fəaliyyətini görəcəyik.
Ancaq burada da bir haşiyə çıxmaq istərdik. Yəni, şəhərin təmizliyi həqiqətən bərbad vəziyyətdədir. Baxmayaraq ki prezident sərəncamı ilə coxsaylı zibildaşıyan avtomobillər alınıb, ancaq demək olar ki, faktik təmizlənməyə diqqət yetirilmir. Misal olaraq qeyd edək ki, Gəncə və Sumqayıtda olan təmizlik bu gün paytaxtda yoxdur. Adı çəkilən şəhərlərdə küçə və meydanlar gündə 3 dəfə və əhalinin seyrək vaxtında təmizlənir. Bu gün hər birimiz paytaxt süpürgəçilərini xüsusi geyimi ilə fərqləndirə bilərik. Ancaq onlarca süpürgəçi hansı ləvazimatla küçələri təmizləyir. Küləkli havada isə proses daha əziyyətli keçir. Bununla yanaşı yollarda həmçinin yeni inşa edilən korpü və yol ayrıclarında suötürücülərin zəif olması yağışlı günlərdə hər bir sürücülər üçün hansı çətinliklər yaradır, bunu bir sürücülər yaxşı bilir.
Yeri gəlimişkən xatırldaq ki, 15 gündən sonra Baki Şəhər İcra Hakimiyyətinin başçısı cənab Hacıbala Abutalıbovun rəsmi fəaliyyətinin 9-cu ili tamam olur. Fevralın 2-si prezident adminstrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin təqdimatı ilə fəaliyyətə başlayan başçının ilk fəaliyyəti məhz şəhəri piyada gəzməklə təmizliyə diqqət yetirmək, küçə və meydanları lüzumsuz köşklərdən azad etmək idi. Həmin vaxt sinəsini irəli verib ciddi təmizlik işlərinin həyata keçirən cənab professor bu gün sanki həmin enerji ilə fəaliyyət göstərmir... Ola bilsin fəaliyyət göstərir, bəlkə biz görmürük..... Amma süpürgəçilərlə başçının şəkilləri və mehriban söhbəti hamının yaxşı yadındadır. Yəqin elə başçının da....
Düşünürəm ki, "NYC Partnershir Consulting" beynəlxalq reytinq şirkətinin nəticələri paytaxt rəhbərliyini ciddi düşündürməli problemin mövcudluğu etiraf edilməli və onun aradan qaldırılmasına səy göstərilməlidir. Bu həm əhalinin saglıq durumuna, həm prezident sərəncamlarının icrasını daha da sürətləndirməklə, paytaxtı ən təmiz şəhərlər sırasına çıxarmaga imkan verəcək.


P.S. Indidən professor Hacıbala Abutalılbovu BŞİH-in başçısı təyin edilməsinin 9 cu ili münasibətu ilə təbrik edir və yuxarıda sadaladığımız problemlərin aradan qaldıtılmasında ona ugurlar arzu edirik
15.1.2010 | | 0 | 338
 











 


Arxiv


« Sentyabr 2010»
B.e. Ç.a Ç. C.a. C Ş. B.
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


   


























eXTReMe Tracker

Bu sayt Kataloq.NET uzvudur

© Municipality.az 2007
Müəllif hüquqlari V.T. Cəfərova məxsusdur
Saytdakı materiallardan istifadə zamanı istinad etməyiniz zəruridir
Farkhadov WEB STUDIO