İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, vətəndaşların mütərəqqi və yaradıcı əməyə, iqtisadi dirçəlişə, məhəlli xarakterli problemlərin həllinə nail olmasının ilkin şərti onlara qanunvericilik əsasında müstəqil özünüidarəetmə imkanının yaradılmasıdır. Bu mənada, bələdiyyələr demokratiyanın, iqtisadi və siyasi müstəqilliyin, təşəbbüskarlığın bərqərar edilməsi baxımından çətin, eyni zamanda, məsuliyyətli idarəetmə formasıdır. Bu təsisat müəyyən ərazidə məskunlaşmış əhalinin hüquq və azadlıqlarının qorunmasını, habelə yerli problemlərinin həllini təmin edən müstəqil, kollegial idarəetmə forması olmaqla, Azərbaycan təcrübəsində də özünü doğrultmuşdur. 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanan və noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyasında ictimai həyatın bütün sahələrini tənzimləyən demokratik müddəalar yer almış, hakimiyyət bölgüsü prinsipləri əksini tapmışdır. Azərbaycan Konstitusiyasında ilk dəfə olaraq yerli özünüidarəetmə orqanlarının - bələdiyyələrin yaradılması ilə bağlı müddəa əksini tapmış, bu mühüm təsisatın formalaşdırılmasının hüquqi prinsipləri müəyyənləşdirilmişdir. Azərbaycan Konstitusiyasının 4 bölməsi bütövlükdə bələdiyyələrin fəaliyyəti, səlahiyyətləri, vəzifələri və digər məsələləri tənzimləyir. Əsas Qanunun 142-ci maddəsinə görə yerli özünüidarəetməni 5 ildən bir keçirilən seçkilər əsasında formalaşan bələdiyyələr təmin edir...
...Bilmirəm, təsadüf zərurətdənmi doğur, yoxsa zərurət təsadüfdənmi...Hər halda mənim onunla tanışlığım təsadüfi deyildi. İndi mənə elə gəlir ki, bu tanışlıq üçün min ildi yol gəlirəmmiş. Gəlirəmmiş ki, günlərin bir günü onunla qarşılaşam, bir ağac kölgəsində əyləşib çay içə-içə dərdləşəm, şöhbətləşəm, onun avazında Yaşıl geyin, dur baharı qarşıla, Yaşıl geyin, mən heyranam yaşıla misralarını nəğmə kimi canıma yayam. Bu, həmin misralardı ki, ağırtaxta şairimiz Məmməd Aslan 48 ildi ki, onları yaddaşında əzizləyir. Bu görüş elə bil bir də ondan ötrüymüş ki, o, ömrün payızından söz açanda deyim ki, Mirəfsəl müəllim, yaşıla heyran olan kəs gərək xəzanı yada salmasın... Nə biləsən, bəlkə də yarım əsr irəli deyilmiş misralar bədahətən gəlibmiş və bir mistik mənası varmış...Yaşıl həm də İslamın rəngidi...
Mirəfsəl. Fikirlərim, mülahizələrim, tövsiyələrim, Bakı, "Mütərcim" 2007, -512 səh.
Kitabda müəllifin nəsihətamiz, aforizm, tövsiyə xarakterli əsərləri toplanmışdır. Vətənpərvərlik, doğma torpağa bağlılıq, dövlətçilik, paklıq-düzlük, insanlar arasında səmimi münasibət əsərlərin əsas məğzini təşkil edir. Gənc nəslin təlim-tərbiyəsində, milli vətənpərvərlik ruhunda böyüməsində bu əsərlərin böyük əhəmiyyəti olacağına inanırıq. Kitaba həmçinin ötən əsrin son illinin başlancığında Vətənimizin başına gətirilənlər, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin xalqımızı, dövlətimizi, Vətənimizi mahv olmaqdan xilas etməsi ehtiramla yad edilmişdir. Kitabda yazdığı "Müəllifdən" başlıqlı ön sözdə Mirəfsəl yazır: "Heydər Əliyev xalqımız üçün müstəsna əhəmiyyətli tarixi işlər gördü və ölkəmizə İlham Əliyev kimi bir dövlət başçısı bəxş etdi. İndi ölkəmiz yeni inkişaf mərhələsindədir. Ancaq bizim dünya meydanında arxayınlaşmağa heç bir milli, mənəvi haqqımız yoxdur. Hələ Vətənin yaraları sağalmamışdır, hələ Heydər Əliyev milli məqsəd və mərami uğrunda mübarizə davam edir. Əminlik və inanırıq ki, İlham Əliyevin güclü dövlət yaratmaq prinsipi, müdrik rəhbərliyi bütün bütün problemlərimizin müsbət həlli ilə nəticələnəcəkdir. ... Allah Vətənimizi, dövlətimizi, xalqımızı həmişə xoşbəxt etsin!" Kitabın naşiri Telman Vəlixanxanlıdır.