Azərbaycan Bələdiyyə Sistemi : Naxçıvan bələdiyyələri
***Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası       Bələdiyyələrlə bağlı ilk informasiya saytı        First information site on municipality             Первый информационный сайт о муниципалитетах ***
Əmlak vergisi necə hesablanır?. Fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir.Vergitutma obyektləriRezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri və s.Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:Onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən:bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə — 0,1 faizlə. 198.1.2. su və hava nəqliyyatı vasitələrinə görə:198.1.2.1. su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manati;198.1.2.2. hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.198.1.2.3. mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün —onların bazar qiymətinin 1 faizi.198.2. Müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.Vergi güzəştləri və azadolmalarDövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü idarəetmə orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları, dövlət fondları və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əmlak vergisini ödəməkdən azaddır.Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər azaldılır.Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:1. ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin;2. məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin;3. bu Məcəllənin 211.1.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb edilən avtonəqliyyat vasitələrinin;4. təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin;199.5. Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak vergisindən azaddır.Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası 200.1. Binalar üzrə əmlak vergisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada binaların inventar dəyərinə əsasən hesablanılır.Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.200.2. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır.200.3. Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq orqana təqdim edir.Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə — həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.200.6. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.Müəssisənin əmlak vergisinin hesablanması və ödənilməsi 201.1. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir.201.1.1. Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14.3.4-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.201.2. Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır.201.3. Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq, həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.201.4. Dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.Cari vergi ödəmələri bu Məcəllənin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.201.5. Müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir.Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.201.6. İllik bəyannamələr üzrə vergilər həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Hesablanmış verginin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.201.7. Müəssisələrin əmlak vergisi dövlət büdcəsinə ödənilir.Verginin ödənilməsini təsdiq edən sənəd olmadıqda, avtonəqliyyat vasitəsinin qeydiyyatı, yenidən qeydiyyatı və ya texniki baxışı keçirilmir.Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası202.0. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:202.0.1. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.202.0.2. Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.202.0.3. Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur.AR Vergi Məcəlləsi


Bələdiyyə sistemindən razısınızmı ?
Çox razıyam
Razıyam
Narazıyam
Çox narazıyam
Bilmirəm


Yekun
 
 
Şərur rayonu
1. Şərur bələdiyyəsi Şərur şəhəri
2. Axaməd bələdiyyəsi Axaməd kəndi
3. Axura bələdiyyəsi Axura kəndi
4. Alışar bələdiyyəsi Alışar kəndi
5. Arbatan bələdiyyəsi Arbatan kəndi
6. Arpaçay bələdiyyəsi Arpaçay kəndi
7. Aşağı Aralıq bələdiyyəsi Aşağı Aralıq kəndi
8. Aşağı Daşar bələdiyyəsi Aşağı Daşar kəndi
9. Aşağı Yaycı bələdiyyəsi Aşağı Yaycı kəndi
10. Babəki bələdiyyəsi Babəki kəndi
11. Cəlilkənd bələdiyyəsi Cəlilkənd kəndi
12. Çəmənli bələdiyyəsi Çəmənli kəndi
13. Çərçiboğan bələdiyyəsi Çərçiboğan kəndi
14. Çomaxtur bələdiyyəsi Çomaxtur kəndi
15. Danyeri bələdiyyəsi Danyeri kəndi
16. Dəmirçi bələdiyyəsi Dəmirçi kəndi
17. Dərəkənd bələdiyyəsi Dərəkənd kəndi
18. Dərvişlər bələdiyyəsim Dərvişlər kəndi
19. Diyadin bələdiyyəsi Diyadin kəndi
20. Dizə bələdiyyəsi Dizə kəndi
21. Düdəngə bələdiyyəsi Düdəngə kəndi
22. Ələkli bələdiyyəsi Ələkli kəndi
23. Ərəbyengicə bələdiyyəsi Ərəbyengicə kəndi
24. Gümüşlü bələdiyyəsi Gümüşlü kəndi
25. Havuş bələdiyyəsi Havuş kəndi
26. Həmzəli bələdiyyəsi Həmzəli kəndi
27. Xanlıqlar bələdiyyəsi Xanlıqlar kəndi
28. Xələc bələdiyyəsi Xələc kəndi
29. Xətai bələdiyyəsi Xətai kəndi
30. İbadulla bələdiyyəsi İbadulla kəndi
31. Kərimbəyli bələdiyyəsi Kərimbəyli kəndi
32. Kosacan bələdiyyəsi Kosacan kəndi
33. Kürçülü bələdiyyəsi Kürçülü kəndi
34. Kürkənd bələdiyyəsi Kürkənd kəndi
35. Qaraburc bələdiyyəsi Qaraburc kəndi
36. Qarahəsənli bələdiyyəsi Qarahəsənli kəndi
37. Qarxun bələdiyyəsi Qarxun kəndi
38. Qışlaqabbas bələdiyyəsi Qışlaqabbas kəndi
39. Qorçulu bələdiyyəsi Qorçulu kəndi
40. Mahmudkənd bələdiyyəsi Mahmudkənd, Bəhruz Kəngərli və Günnüt kəndləri
41. Maxta bələdiyyəsi Maxta kəndi
42. Məmmədsabir bələdiyyəsi Məmmədsabir kəndi
43. Muğancıq Mehrab bələdiyyəsi Muğancıq Mehrab kəndi
44. Muğancıq Müslüm bələdiyyəsi Muğancıq Müslüm kəndi
45. Muğanlı bələdiyyəsi Muğanlı kəndi
46. Oğlanqala bələdiyyəsi Oğlanqala kəndi
47. Oğuzkənd bələdiyyəsi Oğuzkənd kəndi
48. Püsyan bələdiyyəsi Püsyan kəndi
49. Sərxanlı bələdiyyəsi Sərxanlı kəndi
50. Siyaqut bələdiyyəsi Siyaqut kəndi
51. Stansiya Daşarx bələdiyyəsi Stansiya Daşarx kəndi
52. Şahbulaq bələdiyyəsi Şahbulaq kəndi
53. Şəhriyar bələdiyyəsi Şəhriyar kəndi
54. Tənənəm bələdiyyəsi Tənənəm kəndi
55. Təzəkənd bələdiyyəsi Təzəkənd kəndi
56. Tumaslı bələdiyyəsi Tumaslı kəndi
57. Vayxır bələdiyyəsi Vayxır kəndi
58. Vərməziyar bələdiyyəsi Vərməziyar kəndi
59. Yengicə bələdiyyəsi Yengicə kəndi
60. Yeni Havuş bələdiyyəsi Yeni Havuş kəndi
61. Yuxarı Aralıq bələdiyyəsi Yuxarı Aralıq kəndi
62. Yuxarı Daşarx bələdiyyəsi Yuxarı Daşarx kəndi
63. Yuxarı Yaycı bələdiyyəsi Yuxarı Yaycıkə
64. Zeyvə bələdiyyəsi Zeyvə kəndi

3.4.2009 | 417
Şahbuz rayonu
1. Şahbuz bələdiyyəsi Şahbuz qəsəbəsi
2. Ağbulaq bələdiyyəsi Ağbulaq kəndi
3. Aşağı Qışlaq bələdiyyəsi Aşağı Qışlaq kəndi
4. Ayrınc bələdiyyəsi Ayrınc kəndi
5. Badamlı bələdiyyəsi Badamlı kəndi
6. Badamlı qəsəbə bələdiyyəsi Badamlı qəsəbəsi
7. Biçənək bələdiyyəsi Biçənək kəndi
8. Daylaqlı bələdiyyəsi Daylaqlı kəndi
9. Gömür bələdiyyəsi Gömür kəndi
10. Güney Qışlaq bələdiyyəsi Güney Qışlaq kəndi
11. Keçili bələdiyyəsi Keçili kəndi
12. Kiçikoba bələdiyyəsi Kiçikoba kəndi
13. Kolanı bələdiyyəsi Kolanı kəndi
14. Kükü bələdiyyəsi Kükü kəndi
15. Külüs bələdiyyəsi Külüs kəndi
16. Qarababa bələdiyyəsi Qarababa kəndi
17. Qızıl Qışlaq bələdiyyəsi Qızıl Qışlaqkə
18. Mahmudoba bələdiyyəsi Mahmudoba kəndi
19. Mərəlik bələdiyyəsi Mərəlik kəndi
20. Nursu bələdiyyəsi Nursu kəndi
21. Sələsüz bələdiyyəsi Sələsüz kəndi
22. Şada bələdiyyəsi Şada kəndi
23. Şahbuzkənd bələdiyyəsi Şahbuzkənd kəndi
24. Türkeş bələdiyyəsi Türkeş kəndi
25. Yuxarı Qışlaq bələdiyyəsi Yuxarı Qışlaq kəndi

3.4.2009 | 341
Sədərək rayonu

1. Heydərabad bələdiyyəsi Heydərabad qəsəbəsi
2. Qaraağac bələdiyyəsi Qaraağackə
3. Sədərək bələdiyyəsi Sədərək kəndi

3.4.2009 | 321
Ordubad rayonu
1. Ordubad bələdiyyəsi Ordubad şəhəri
2. Ağrı bələdiyyəsi Ağrı kəndi
3. Anabad bələdiyyəsi Anabadkə
4. Anaqut bələdiyyəsi Anaqut kəndi
5. Aşağı Əndəmic bələdiyyəsi Aşağı Əndəmic kəndi
6. Aşağı Əylis bələdiyyəsi Aşağı Əylis kəndi
7. Aza bələdiyyəsi Aza kəndi
8. Azadkənd bələdiyyəsi Azadkənd kəndi
9. Başkənd bələdiyyəsi Başkənd kəndi
10. Baş Dizə bələdiyyəsi Baş Dizə kəndi
11. Behrud bələdiyyəsi Behrud kəndi
12. Biləv bələdiyyəsi Biləv kəndi
13. Bist bələdiyyəsi Bist kəndi
14. Çənnəb bələdiyyəsi Çənnəb kəndi
15. Darkənd bələdiyyəsi Darkənd kəndi
16. Dəstə bələdiyyəsi Dəstə kəndi
17. Dırnıs bələdiyyəsi Dırnıs kəndi
18. Dizə bələdiyyəsi Dizə kəndi
19. Düylün bələdiyyəsi Düylün kəndi
20. Ələhi bələdiyyəsi Ələhi kəndi
21. Gəznə bələdiyyəsim Gəznə kəndi
22. Gilançay bələdiyyəsi Gilançay kəndi
23. Xanağa bələdiyyəsi Xanağa kəndi
24. Xurs bələdiyyəsi Xurs kəndi
25. Kələki bələdiyyəsi Kələki kəndi
26. Kələntər Dizə bələdiyyəsi Kələntər Dizə kəndi
27. Kotam bələdiyyəsi Kotam və Kilit kəndləri
28. Qoruqlar bələdiyyəsi Qoruqlar kəndi
29. Qoşadizə bələdiyyəsi Qoşadizə kəndi
30. Məzrə bələdiyyəsi Məzrə kəndi
31. Nəsirvaz bələdiyyəsi Nəsirvaz kəndi
32. Nürgüt bələdiyyəsi Nürgüt kəndi
33. Nüsnüs bələdiyyəsi Nüsnüs kəndi
34. Parağa bələdiyyəsi Parağa kəndi
35. Parağaçay bələdiyyəsi Parağaçay və Ağdərə kəndləri
36. Pəzməri bələdiyyəsi Pəzməri kəndi
37. Sabirkənd bələdiyyəsi Sabirkənd kəndi
38. Şəhriyar bələdiyyəsi Şəhriyar kəndi
39. Tivi bələdiyyəsi Tivi kəndi
40. Unus bələdiyyəsi Unus kəndi
41. Üstüpü bələdiyyəsi Üstüpü kəndi
42. Yuxarı Əndəmic bələdiyyəsi Yuxarı Əndəmic kəndi
43. Yuxarı Əylis bələdiyyəsi Yuxarı Əylis kəndi
44. Vələver bələdiyyəsi Vələver kəndi
45. Vənənd bələdiyyəsi Vənənd kəndi

3.4.2009 | 483
Kəngərli rayonu

1. Qıvraq bələdiyyəsi Qıvraq qəsəbəsi
2. Böyükdüz bələdiyyəsi Böyükdüz kəndi
3. Çalxanqala bələdiyyəsi Çalxanqala kəndi
4. Xıncab bələdiyyəsi Xıncab kəndi
5. Xok bələdiyyəsi Xok kəndi
6. Qabıllı bələdiyyəsi Qabıllı kəndi
7. Qarabağlar bələdiyyəsi Qarabağlar kəndi
8. Şahtaxtı bələdiyyəsi Şahtaxtı kəndi
9. Təzəkənd bələdiyyəsi Təzəkənd kəndi
10. Yeni Kərki bələdiyyəsi Yeni Kərki kəndi
11. Yurdçu bələdiyyəsi Yurdçu kəndi

3.4.2009 | 330
Culfa rayonu

1. Culfa bələdiyyəsi Culfa şəhəri
2. Bənəniyar bələdiyyəsi Bənəniyar kəndi
3. Boyəhməd bələdiyyəsi Boyəhməd kəndi
4.Camaldın bələdiyyəsi Camaldın kəndi
5. Dizə bələdiyyəsi Dizə kəndi
6. Əbrəqunus bələdiyyəsi Əbrəqunus kəndi
7. Əlincə bələdiyyəsi Əlincə kəndi
8. Ərəfsə bələdiyyəsi Ərəfsə kəndi
9. Ərəzin bələdiyyəsi Ərəzin kəndi
10. Gal bələdiyyəsi Gal kəndi
11. Göydərə bələdiyyəsi Göydərə kəndi
12. Göynük bələdiyyəsi Göynük kəndi
13. Gülüstan bələdiyyəsi Gülüstan kəndi
14. Xanəgah bələdiyyəsi Xanəgah kəndi
15. Xoşkeşin bələdiyyəsi Xoşkeşin kəndi
16. Kırna bələdiyyəsi Kırna kəndi
17. Qazançı bələdiyyəsi Qazançı kəndi
18. Qızılca bələdiyyəsi Qızılca kəndi
19. Ləkətağ bələdiyyəsi Ləkətağ kəndi
20. Milax bələdiyyəsi Milax kəndi
21. Nəhəcir bələdiyyəsi Nəhəcir kəndi
22. Saltaq bələdiyyəsi Saltaq kəndi
23. Şurud bələdiyyəsi Şurud kəndi
24. Teyvaz bələdiyyəsi Teyvaz kəndi
25. Yaycı bələdiyyəsi Yaycı kəndi

3.4.2009 | 413
Babək rayonu
1. Babək bələdiyyəsi Babək qəsəbəsi
2. Araz bələdiyyəsi Araz kəndi
3. Aşağı Buzqov bələdiyyəsi Aşağı Buzqov kəndi
4.Aşağı Uzunoba bələdiyyəsi Aşağı Uzunoba kəndi
5. Badaşqan bələdiyyəsi Badaşqan kəndi
6. Bulqan bələdiyyəsi Bulqan kəndi
7. Cəhri bələdiyyəsi Cəhri kəndi
8. Çeşmədasar bələdiyyəsi Çeşmədasar kəndi
9. Didivar bələdiyyəsi Didivar kəndi
10. Gərməçataq bələdiyyəsi Gərməçataq kəndi
11. Gülşənəbad bələdiyyəsi Gülşənəbad kəndi
12. Güznüt bələdiyyəsi Güznüt kəndi
13. Hacıniyyət bələdiyyəsi Hacıniyyət kəndi
14. Hacıvar bələdiyyəsi Hacıvar kəndi
15. Xalxal bələdiyyəsi Xalxal kəndi
16. Xəlilli bələdiyyəsi Xəlilli kəndi
17. Kalbaoruc Dizə bələdiyyəsi Kalbaoruc Dizə kəndi
18. Kərimbəyli bələdiyyəsi Kərimbəyli kəndi
19. Kültəpə bələdiyyəsi Kültəpə kəndi
20. Qahab bələdiyyəsi Qahab kəndi
21. Qaraçuq bələdiyyəsi Qaraçuq kəndi
22. Qaraxanbəyli bələdiyyəsi Qaraxanbəyli kəndi
23. Qaraqala bələdiyyəsi Qaraqala kəndi
24. Qoşadizə bələdiyyəsi Qoşadizə kəndi
25. Məmmədrza Dizə bələdiyyəsi Məmmədrza Dizə kəndi
26. Məzrə bələdiyyəsi Məzrə kəndi
27. Naxışnərgiz bələdiyyəsi Naxışnərgiz kəndi
28. Nehrəm bələdiyyəsi Nehrəm kəndi
29. Nəcəfəlidizə bələdiyyəsi Nəcəfəlidizə kəndi
30. Nəzərabad bələdiyyəsi Nəzərabad kəndi
31. Payız bələdiyyəsi Payız kəndi
32. Sirab bələdiyyəsi Sirab kəndi
33. Şəkərabad bələdiyyəsi Şəkərabad kəndi
34. Şıxmahmud bələdiyyəsi Şıxmahmud kəndi
35. Tumbul bələdiyyəsi Tumbul kəndi
36. Vayxır bələdiyyəsi Vayxır kəndi
37. Yarımca bələdiyyəsi Yarımca kəndi
38. Yuxarı Buzqov bələdiyyəsi Yuxarı Buzqov kəndi
39. Yuxarı Uzunoba bələdiyyəsi Yuxarı Uzunoba kəndi
40. Zeynəddin bələdiyyəsi Zeynəddin kəndi

3.4.2009 | 363
Naxçıvan şəhəri
1. Naxçıvan bələdiyyəsi Naxçıvan şəhəri
2. Əliabad bələdiyyəsi Əliabad qəsəbəsi

3.4.2009 | 330









 


Arxiv


« Sentyabr 2010»
B.e. Ç.a Ç. C.a. C Ş. B.
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


   


























eXTReMe Tracker

Bu sayt Kataloq.NET uzvudur

© Municipality.az 2007
Müəllif hüquqlari V.T. Cəfərova məxsusdur
Saytdakı materiallardan istifadə zamanı istinad etməyiniz zəruridir
Farkhadov WEB STUDIO