Azərbaycan Bələdiyyə Sistemi : Elmi-nəzəri baxışlar
***Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası       Bələdiyyələrlə bağlı ilk informasiya saytı        First information site on municipality             Первый информационный сайт о муниципалитетах ***
Əmlak vergisi necə hesablanır?. Fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir.Vergitutma obyektləriRezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri və s.Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:Onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən:bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə — 0,1 faizlə. 198.1.2. su və hava nəqliyyatı vasitələrinə görə:198.1.2.1. su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manati;198.1.2.2. hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.198.1.2.3. mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün —onların bazar qiymətinin 1 faizi.198.2. Müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.Vergi güzəştləri və azadolmalarDövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü idarəetmə orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları, dövlət fondları və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əmlak vergisini ödəməkdən azaddır.Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər azaldılır.Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:1. ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin;2. məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin;3. bu Məcəllənin 211.1.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb edilən avtonəqliyyat vasitələrinin;4. təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin;199.5. Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak vergisindən azaddır.Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası 200.1. Binalar üzrə əmlak vergisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada binaların inventar dəyərinə əsasən hesablanılır.Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.200.2. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır.200.3. Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq orqana təqdim edir.Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə — həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.200.6. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.Müəssisənin əmlak vergisinin hesablanması və ödənilməsi 201.1. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir.201.1.1. Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14.3.4-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.201.2. Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır.201.3. Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq, həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.201.4. Dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.Cari vergi ödəmələri bu Məcəllənin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.201.5. Müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir.Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.201.6. İllik bəyannamələr üzrə vergilər həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Hesablanmış verginin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.201.7. Müəssisələrin əmlak vergisi dövlət büdcəsinə ödənilir.Verginin ödənilməsini təsdiq edən sənəd olmadıqda, avtonəqliyyat vasitəsinin qeydiyyatı, yenidən qeydiyyatı və ya texniki baxışı keçirilmir.Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası202.0. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:202.0.1. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.202.0.2. Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.202.0.3. Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur.AR Vergi Məcəlləsi


Bələdiyyə sistemindən razısınızmı ?
Çox razıyam
Razıyam
Narazıyam
Çox narazıyam
Bilmirəm


Yekun
 
 
Bələdiyyə idarəçiliyinin başlıca prinsipləri

“Bələdiyyələr Azərbaycanda başlanmış demokratik
Inkişaf yolunda mühüm bir mərhələ olacaq.”

Heydər Əliyev
Ümummilli lider

Azərbaycanın inkişaf tarixində ilk dəfə keçirilmiş Bələdiyyə seçkilərindən on il ötür.
Şübhəsiz ki, keçən müddət ərzində xeyli təcrübə toplanmışdır. Bu gün bələdiyyə işin hərtərəfli: siyasi, hüquqi, iqtisadi, sosial, ictimai və mənəvi təşkilatı sahələri üzrə ətraflı təhlillərin aparılması və qiymətləndirilməsi Bələdiyyə İnstitutunun gələcək fəaliyyətinin düzgün istiqamətləndirilməsi üçün cox vacibdir......

16.1.2010 | 181
Bakıya mer seçilə bilər"

Vüqar Tofiqli: "BŞİH-ə məxsus qurumların ləğvi və ya tabelilik istiqamətinin dəyişdirilməsi bu fikri təsdiqləyir"
20/08/2009

Ülviyyə Şamilqızı
Xalq cəbhəsi

Bələdiyyə seçkiləri yaxınlaşdıqca yerli özünüidarəetmə qurumlarının səlahiyyəti, cəmiyyətdə yeri, statusu barədə müzakirələr də qızışır. Belə məsələlərdən biri də Bakı bələdiyyəsinin, paytaxt meri və ya bələdiyyə sədrinin seçilməsilə bağlıdır. İlk bələdiyyələr seçiləndən bəri, yəni artıq 10 ildir ki, bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi, onların icra orqanlarından asılılığının azaldılması, Bakı, Gəncə bələdiyyələrinin yaradılması, paytaxt və iri şəhərlərə mer seçilməsi məsələsi daim diqqət mərkəzindədir.
Məsələyə münasibətini öyrəndiyimiz Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqlinin fikrincə, Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyətilə bağlı son beş ilin təhlili maraqlı qənaət ortaya çıxarır. Onun fikrincə, 2009-cu il bələdiyyə seçkiləri çərçivəsində paytaxtda mer seçkisinin şahidi ola bilərik: "Şəhər icra hakimiyyətinə məxsus və ya bilavasitə ona aidiyyətı olan qurumların ləğvi və ya tabelilik istiqamətinin dəyişdirilməsi bunu fikri bir daha təsdiqləyir. Hazırda BŞİH-in tərkibində Mənzil Kommunal Təsərrüfatı Departamentı, Ticarət və Xidmət Departamenti, Yaşıllaşdırma İdarəsi, "Bakı şəhər İşıq" müəssisəsi, fəaliyyəti nəzərə çarpmayan xarici əlaqələr departamenti və ona aid diplomatik korpusa xidmət göstərən "İnterservis" müdiriyyəti var. Burada sual yaranır ki, strukturlarını bir-bir "itirən" BŞİH-ni bu formatda saxlamaq lazımdır? Hazırda paytaxtın inzibati ərazisində 51 bələdiyyə fəaliyyətdədir. Bakı şəhərindəki rayon bələdiyyələri büdcə gəlirlərinin 43 faizini yerli orqanların saxlanmasına yönəldiblər. Dövlət Statistika Komitəsinin də yaydığı məlumata görə, ötən il paytaxt bələdiyyələrinin gəlirləri 11,2 mailyon manat olub. Bu vəsaitin 5,3 milyon manatını əməkhaqqına, 17,7 faizini mənzil kommunal təsərrüfatının saxlanmasına 14,1 faizini sənaye və tikinti işlərinə, 10,1 faizini yolların saxlanmasına ayırıblar".
Vüqar Tofiqli onu da dedi ki, paytaxt bələdiyyələrinin büdcə gəlirləri 2007-ci illə müqayisədə 42 faiz azalıb: "Beləliklə, paytaxta meriya institutunun olması bizə, yəni paytaxt sakinlərinə nə verə bilər? İlk öncə qeyd edək ki, paytaxt bələdiyyəsinin, paytaxt meriyasının yaradılması demokratik dövlətin əsas atributlarından sayılır. Meriyanın olması vətəndaş cəmiyyətinin inkişafına, sakinlərdə məsuliyyət hissinin artmasına şərait yarada bilər. Bu institutun yaradılması həm də əks mərkəzləşməyə doğru addım kimi də qiymətləndirilə bilər. Dünya təcrübəsi də göstərir ki, meriya özünü demokratik institut olaraq doğruldub. Hər halda inkişaf etmiş ölkələrin hər birində meriya institutu fəaliyyət göstərirsə, bu o deməkdir ki, sistem özünü doğruldub. Hazırda əksər MDB paytaxtlarında yerli özünüidarəetmə sistemi, meriya institutu öz bəhrəsini verir. Sistemin tətbiqində bəzi fərqli məqamlar olsa da nəticə oxşardır. Əsas məqsəd yerli demokratiyanı inkişaf etdirmək və yerli problemlərin həllində sakinlərin iştirakını təmin etməklə ümumi işin səmərələliyini daha da artırmaqdan ibarətdir". Ekspertin qənaətincə, istər Rusiyanın paytaxtı Moskvada, istərsə də Baltikyanı ölkə paytaxtlarında meriya institutunun yaradılması əhalinin qarşılaşdığı problemlərin həllinə təkan verməklə yanaşı, əhalinin dövlətdən narazı salan problemlərin sürətlə aradan qaldırılmasına bir növ şərait yaradır: "Belə bir sistemin Bakıda tətbiqi həm paytaxtımızın problemlərinin aradan qaldırılmasına, həm sakinlərin üzərinə düşən məsuliyyət yükünün artmasına, həm də icra strukturlarına ayrılan maliyyə vəsaitinin qənaətinə şərait yaradacaq. Ümumiyyətlə, təhlillər onu göstərir ki, Bakı şəhərində 51 bələdiyyənin formalaşdırılmasına ehtiyac yoxdur. Bunun əvəzinə isə əhalinin seçdiyi mer və Bakı bələdiyyəsinin (və ya paytaxt hökuməti) yaradılmasına böyük ehtiyac var. Habelə təklif olunan variantda paytaxtda dörd dairənin yaradılması fikri də var. Bu dairələr meriyaya tabe olmaqla idarəçilik mexanizminin daha da təkmilləşdirilməsinə təkan verə bilər. Bakı Şəhər İcra Hakimiyyəti isə müəyyən səlahiyyətini məhz meriyaya verməklə öz işini yüngülləşdirmiş olacaq. Sadəcə olaraq, bu qurum paytaxtda dövlət siyasətinin həyata keçirilməsinə, həm nəzarətin həyata keçirəcək. Ümumiyyətlə, paytaxtın idarəçiliyində baş verən son dəyişikliklər onu göstərir ki, seçkilərədək bir sıra yeniliklərin şahidi ola bilərik".

21.8.2009 | 257
Qadın yerli demokratiya quruculuğunda aktiv olmalıdır

Xəlilova Lyudmila Qoca qızı
Bakı şəhər Suraxanı rayon Qaraçuxur Bələdiyyəsinin üzvü,
Hüquq Məsələlər üzrə Daimi Komissiyasının rəhbəri və
Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyinin sədri

Bu gün Azərbaycanın sosial, siyasi və mənəvi inkişaf tarıxındə, həmçinin XX-XXI əsirlərin kəsişməsində qadın hüququ, imkan və azadlıqlarının reallaşması gender bərəbərliyi strategiyasına əsaslanır. Reallıqda Azərbaycan hökümətinin və xalqının müasir dünyaya inteqrasiyası və qloballaşma proseslərində seçdikləri mövqe, həm milli mentalitetin, həm də ölkədə gender münasibətlərinin inkişafına güclü təsir göstərir. Bu mənada Azərbaycan Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını təşkil edir. Konstitusiyanın 25-ci maddəsində deyilir ki, kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər içtimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə dövlət təminat verir. Konstitutsiyanın 55-ci maddəsində göstərilir ki, Azərbaycan vətəndaşlarının, eləcə də qadınların dövlət orqanlarına seçmək və seçilmək hüququ, eləcə də referendumda iştirak etmək hüququ var.
Qadınların siyasi və ictimai sahələrdə daha aktiv iştirakı üçün, mövcud olan steriotiplərin, qaydaların dəyişilməsi və demokratik , dünyəvi və hüquqi Dövlətin yaradılması Azərbaycanda 2006 ildə Gender haqqında Qanunun qəbul edilməsilə nəticələndi.
Bu qanunun həyata keçirilməsi son illər ərzində ölkəmizdə bütün sahələrdə bir çox mühüm dəyişiklərə səbəb olmuşdur, Respublikada gedən islahatlarda qadınlarımızın təmsilçiliyi və fəal iştiraki artmışdir. Onlar Məhkəmə sistemində , Prezident və Ombudsman aparatında, rəhbər icra orqanlarında, Milli Məclisdə və Bələdiyyələrdə təmsil olunurlar. ........

19.8.2009 | 228
Bələdiyyə torpaqlarının idarə edilməsi barədə

Səbail rayonunun Badamdar bələdiyyəsinin
sədr müavini Ramiq Mustafa


***Müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci ildə qəbul olunarkən burada torpaq islahatının aparılması və yeni mülkiyyət formalarının yaradılmasına dair müddəalar öz əksini tapmışdır. Eləcə də, Konstitusiyanın 142-146-cı maddələrdə respublikada yerli özünüidarəetmə orqanları haqqında ətraflı məlumatlar verilmişdir.Qəbul olunmuş Konstitusiyada bələdiyyələrin formalaşdrılmasının hüquqi bazası yaradılmışdır. Respublikamızda 1996-cı ildən aparılan torpaq islahatları nəticəsində 3 mülkiyyət forması yaradılmışdır. Həmçinin 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkiləri nəticəsində bələdiyyələr yaradılmış və ölkənin ümumi torpaq fondunun 33 %-ə qədəri bələdiyyələrin mülkiyyətinə ayrılmışdır. Bu mülkiyyətdən bələdiyyələr qanuna müvafiq şəkildə istifadə etməlidirlər. Torpağın hər m2-i peşəkarlıqla və səmərəli istifadə olunmalıdır. Onun hansı formada kimlərə verilməsindən asılı olmayaraq torpağın səmərəli idarə edilməsindən əldə olunan gəlir son qəpiyinə qədər yerli əhalinin, icmaların xeyrinə və insanların güzəranının yaxşılaşdırılmasına sərf olunmalıdır. Bildiyimiz kimi, ümumrespublika bələdiyyələrinin mülkiyyətinə ayrılmış torpaqlar yaşayış binalarının, xidmət obyektlərinin, emal müəssisələrinin tikintisinə, ailələrə həyətyanı sahə kimi vermək, gəlir əldə etmək üçün icarəyə və istifadəyə vermək, biçənək və otlaq sahə kimi istifadə etmək və sair üçün ayrılır. Həmçinin bu torpaqlardan səmərəli istifadə edib yaxşı gəlir gətirmək üçün xarici və yerli iş adamlarını istehsal və xidmət müəssisələrinin yaradılması üçün əməkdaşlığa cəlb etmək lazımdır. Bu bələdiyyələrdə olan geriliyi aradan qaldırılar və onların inkişafına təkan verər. Bunların həyata keçirilməsi üçün hüquqi təminat cəhətdən heç bir problem yoxdur. ...

1.2.2008 | 729
Bələdiyyələrin ilk beşillik fəaliyyətinin təhlili
2004-cü ilin ən yadda qalan hadisələrindən biri ölkəmizdə növbəti bələdiyyə seçkilərinin keçirilməsi oldu. İlk öncə qeyd edək ki, ictimaiyyət arasında bəzi dairələr tərəfindən proseslərin passiv keçməsi səslənsə də, əslində faktlar bunu təsdiqləmir. Hər halda həqiqət budur ki, bələdiyyə seçkilərini nə parlament, nə də prezident seçkiləri ilə eyniləşdirmək olmaz. 21 min yerlik bələdiyyə üzvlüyü uğrunda 38 min namizəd mübarizə aparıbsa burada hər hansı passivlikdən söz gedə bilməz...
18.12.2007 | 872
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət onlarin daha səmərəli fəaliyyətinin təminatidir

İlham Abbasov, Ədliyyə Nazirliyi yanında Hüquq Tədris Mərkəzinin direktor əvəzi,Baş ədliyyə müşaviri, prokurorluğun fəxri işçisi



Azərbaycan Respublikası dünya birliyi ilə tam hüquqlu inteqrasiyaya istiqamət götürmüşdür və bunun üçün bütün imkanlara malikdir.
Ümummilli lider Heydər Əliyev


Ölkəmiz 1991-ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən və 12 noyabr 1995-ci ildə müstəqil dövlətimizin ilk Konstitusiyasını ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ictimai-siyasi həyatımızın bütün sahələrində əsaslı sosial-iqtisadi, həmçinin, hüquqi islahatlar həyata keçirilmişdir. Hazırda bu islahatlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 4 il ərzində keyfiyyətcə yeni mərhələyə keçmiş köklü məhkəmə-hüquq islahatları nəticəsində Ədliyyə Nazirliyinin də fəaliyyətində əsaslı dəyişikliklər aparılmış, nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevirilmişdir [1, səh.4]. ...
4.12.2007 | 713
T ürkiyə Cümhuriyyətində Bələdiyyələrin büdcə quruluşu

Ələsgər Məmmədli Hüquqşünas

Ümumi məlumat
Türkiyədə yerli özünüidarə sistemi İl özəl İdarələri, bələdiyyələr və köylərdən ibarətdir. Bu yerli özünüidarə sistemi içərisində bələdiyyələrin səlahiyyət və vəzifələri digərlərinə nisbətən xeyli genişdir. Bələdiyyələr daha çox əhaliyə xidmət göstərirlər. (Ümumi ölkə əhalisinin 77,66%-na).
Türkiyə Cümhuriyyəti Anayasasının 127-ci maddəsinə görə bələdiyyələr məhəllələrdə xalqın müştərək ehtiyaclarını qarşılamaq məqsədi ilə qurulan dövlət hüquqi şəxsləridir. 1580 saylı Bələdiyyə Qanununun 1-ci maddəsində bələdiyyənin bəldənin və bəldədə yaşayan əhalinin yerli mahiyyətdə ortaq və mədəni ehtiyaclarını qarşılamaq və həll etməklə məsul bir hüquqi şəxs olduğu vurğulanmışdır. ...

26.9.2007 | 652
Urbanizasiya və yerli idarəetmə

Səbuhi Yusifov
İqtisadi İslahatlar Elmi – Tədqiqt İnstitutnun
disserratnı


Bakı / AZƏRBAYCAN


GİRİŞ

Urbanizasiya dar mənada şəhərlərini sayının və şəhərlərdə yaşayan əhalinin sayının artması prosesidir. Bu mənada urbanizasiya demoqrafik xüsusiyyətə malikdir. Lakin urbanizasiya sadəcə olaraq əhali artımı prosesi olmayıb, eyni zamanda cəmiyyətin iqtisadi və ictimai quruluşunda baş verən dəyişiklikləri də özündə əks etdirir. Beləliklə, geniş mənada urbanizasiya sənayeləşmə və iqtisadi tərəqqiyə paralel olaraq, şəhərlərin kəmiyyətcə artması və böyüməsi nəticəsində, cəmiyyətdə sürətli təşkilatlanma, əmək bölgüsü və ixtisaslaşma yaratmaqla, insanların davranış və münasibətlərində şəhərə xas olan dəyişikliklərə yol açan bir əhali artımı prosesidir. (1, s.7) ...
19.9.2007 | 1730
  [1] 2  Next »









 


Arxiv


« Sentyabr 2010»
B.e. Ç.a Ç. C.a. C Ş. B.
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


   


























eXTReMe Tracker

Bu sayt Kataloq.NET uzvudur

© Municipality.az 2007
Müəllif hüquqlari V.T. Cəfərova məxsusdur
Saytdakı materiallardan istifadə zamanı istinad etməyiniz zəruridir
Farkhadov WEB STUDIO