Azərbaycan Bələdiyyə Sistemi : Təhlillər : Əli Bayramlı bələdiyyəsi: nüfuzu yalnız gərgin işlə qazanmaq olar
***Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası       Bələdiyyələrlə bağlı ilk informasiya saytı        First information site on municipality             Первый информационный сайт о муниципалитетах ***
Əmlak vergisi necə hesablanır?. Fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir.Vergitutma obyektləriRezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri və s.Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:Onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən:bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə — 0,1 faizlə. 198.1.2. su və hava nəqliyyatı vasitələrinə görə:198.1.2.1. su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manati;198.1.2.2. hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.198.1.2.3. mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün —onların bazar qiymətinin 1 faizi.198.2. Müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.Vergi güzəştləri və azadolmalarDövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü idarəetmə orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları, dövlət fondları və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əmlak vergisini ödəməkdən azaddır.Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər azaldılır.Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:1. ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin;2. məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin;3. bu Məcəllənin 211.1.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb edilən avtonəqliyyat vasitələrinin;4. təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin;199.5. Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak vergisindən azaddır.Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası 200.1. Binalar üzrə əmlak vergisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada binaların inventar dəyərinə əsasən hesablanılır.Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.200.2. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır.200.3. Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq orqana təqdim edir.Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə — həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.200.6. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.Müəssisənin əmlak vergisinin hesablanması və ödənilməsi 201.1. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir.201.1.1. Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14.3.4-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.201.2. Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır.201.3. Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq, həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.201.4. Dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.Cari vergi ödəmələri bu Məcəllənin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.201.5. Müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir.Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.201.6. İllik bəyannamələr üzrə vergilər həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Hesablanmış verginin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.201.7. Müəssisələrin əmlak vergisi dövlət büdcəsinə ödənilir.Verginin ödənilməsini təsdiq edən sənəd olmadıqda, avtonəqliyyat vasitəsinin qeydiyyatı, yenidən qeydiyyatı və ya texniki baxışı keçirilmir.Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası202.0. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:202.0.1. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.202.0.2. Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.202.0.3. Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur.AR Vergi Məcəlləsi


Bələdiyyə sistemindən razısınızmı ?
Çox razıyam
Razıyam
Narazıyam
Çox narazıyam
Bilmirəm


Yekun
 
 
Əli Bayramlı bələdiyyəsi: nüfuzu yalnız gərgin işlə qazanmaq olar
Bələdiyyələr bir qurum kimi Azərbaycan Respublikasında fəaliyyətə başlayanda onun adından xoflananlar və ağız büzənlər kifayət qədər çox oldu. Bu da bir tərəfdən baxanda tamam başqa ictimai-siyasi formasiyanın təfəkkürü ilə formalaşmış düşüncə sahibləri üçün təbii və başadüşülən reaksiya idi. Məhz belə həssas bir məqamda ulu öndər Heydər Əliyevin həmişə olduğu kimi bu dəfə də məsələyə uzaqgörənliklə yanaşması və ölkənin inkişaf strategiyasına uyğun bir yol seçməsi məsələni bələdiyyələrin xeyirinə dəyişdi və bələdiyyələr varlıqları üçün bu görkəmli şəxsiyyətə borcludurlar. Bu danılmaz bir həqiqətdir ki, ulu öndərin qətiyyəti bələdiyyələrin ölkəmizdə normal fəaliyyət göstərməsini təmin etdi və ona dayaq durdu...
Keçən zaman məsafəsi onun bu mövqeyinin də tamam düzgün olduğunu bir daha təsdiqlədi. İndi artıq bələdiyyələr çoxsaylı problemlərin həlli istiqamətində xeyli işlər görmüş və uğurlar qazanmışdır. Bir sözlə, artıq bələdiyyə oturuşub və öz yerini möhkəmləndirib . Heç şübhəsiz ki, dövlət başçısı İlham Əliyevin də ardıcıl siyasəti bu məsələdə mühüm rol oynayıb.
Əli Bayramlı şəhər bələdiyyəsi də respublikamızın ən nüfuzlu yerli özünüidarəetmə orqanlarından biri kimi öz fəaliyyətini günbəgün inkişaf etdirir və genişləndirir, şəhərin sosial-iqtisadi problemlərinin həllində, abadlıq- quruculuq işlərində öncüllük nümayiş etdirir. Şəhər bələdiyyəsinin sədri Əfzəlağa Babayevlə son iki il yarım müddət ərzində görülmüş işlər, qazanılmış nəticələr və perspektiv planlar barədə söhbət edirəm.Bələdiyyə sədri sualları cavablandırır.

-

Əli Bayramlı şəhər bələdiyyəsinin ikinci seçkidən sonrakı fəaliyyətini necə dəyərləndirmək olar?
- İlk öncə onu vurğulamağı özümə borc bilirəm ki, böyuklüyündən-kiçikliyindən asılı olmayaraq bütün bələdiyyələr Azərbaycan Respublikasındakı fəaliyyətlərinə və özlərini təsdiq etməyə görə ulu öndər Heydər Əliyevə minnətdar olmalıdırlar. Çünki bu, açıq-aşkar hamıya bəlli idi ki, məhz onun ciddi səyləri nəticəsində bələdiyyələr “həyat vəsiqəsi” qazana bildilər. Məlumat üçün bildirim ki, mən 2005-ci ildə Əli Bayramlı şəhər bələdiyyəsinin sədri seçilmişəm və təbii ki, bu dövr ərzində gördüyümüz işlər barədə məmnuniyyətlə məlumat verə bilərəm. Bunu bəri başdan vurğulamaq istəyirəm ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsində Əli Bayramlı şəhər bələdiyyəsi də iştirak edir. Təsadüfi deyil ki, 2005-2008-ci illər üçün şəhərin sosial-iqtisadi inkişafı barədə şəhər bələdiyyəsinin əsas planı var. 2005-2006-cı illərdə və 2007-ci iln birinci yarısında bələdiyyənin vəsaiti hesabına bu işlər həyata keçirilmişdir.
Görkəmli şairimiz Səməd Vurğunun adını daşıyan 3600 kvadrat metr sahəsi olan park yenidən qurulmuş, şairin büstü qranit daşla işlənmişdir. Köhnə şəhərdə qocalar və pensiyaçılar üçün 1500 kvadratmetrlik ərazidə park salınmışdır. Kür çayının daşması ilə əlaqədar bəndin təhlükə törədə bilən hissəsində dəmir-beton bərkitmə işləri aparılmışdır. M.Ə.Rəsulzadə küçəsində ümumi sahəsi 13131kvadratmetr olan nümunəvi məhəllə salınmış, burada uşaq və yaşlıların istirahəti üçün normal şərait yaradılmışdır. 20 saylı şəhər orta məktəbinin dam örtüyü şifer materialları ilə tamamilə təzələnmişdir. 21 saylı orta məktəbdə sanitar qovşağı tikilib istifadəyə verilmişdir. Şəhərin “Nərgiz”, “Şəfəq”, “Yasəmən” uşaq bağçalarında və Bayramlı qəsəbəsinin uşaq bağçasında abadlıq, tikinti-təmir işləri görülmüşdür.
Böyük Vətən müharibəsində həlak olan soydaşlarımızın xatirəsinə ucaldılmış abidənin ərazisi tamet örtüklə döşənmiş, abadlaşma işləri aparılmışdır. Hazırda mərkəzi xəstəxananın dördüncü mərtəbəsində əsaslı təmir aparılır. Tibbi sanitar hissədə təmir başa çatdırılmışdır. Şəhərin şimal hissəsində 50 hektara yaxın sahədə hər birinin uzunluğu 720 metr olan doqquz küçə salınmış, bu küçələrdə 650 nəfərə fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Hazırda həmin mikrorayonda sürətlə fərdi evlər tikilir. Qeyd etimək istəyirəm ki, eyni zamanda S.Zeynalov, T.İsmayılov, M.Əsədov, L.-t İbrahimov küçələrinə 6400 kvadratmetr asfalt-beton döşənmişdir. Həmçinin şəhərin 42 küçəsində abadlaşdırma, tikinti-təmir işləri aparılmışdır. Hazırda 11 kilometr məsafəni əhatə edən ( şəhərin təzə və köhnə hissəsini əlaqələndirən ) bələdiyyə marşrutu üçün küçələr , o cümlədən N.Nərimanov, Energetik, Xaqani, Naxçıvan küçələrində tikinti işləri qurtarmaq üzrədir. Heydər Əliyev parkının, M.Ə.Rəsulzadə küçəsi boyu xiyabanın , 20 yanvar küçəsindəki parkın və Şəhidlər Xiyabanının yenidən qurulmasında, küçələrin, piyadalar üçün səkilərin tikinti-təmir işlərinin aparılmasında, şəhər üzrə abadlıq-quruculuq işlərinin görülməsində şəhər bələdiyyəsi İcra hakimi yyəti ilə birgə səmərəli fəaliyyət göstərmişdir və bundan sonra da göstərəcəkdir. 2005, 2006 və 2007-ci ilin birinci yarısında yuxarıda qeyd edilən abadlıq, quruculuq, tikinti-təmir, yenidənqurma işlərinə şəhər bələdiyyəsinin büdcəsindən 782000 yeni Azərbaycan manatı sərf edilmişdir.

- Bəs bu qədər abadlıq-quruculuq işlərini həyata keçirən bələdiyyənin özundə vəziyyət necədir?
Hamının bildiyi bir atalar məsəli var: aləmi bəzər,özü lüt gəzər. Deyim ki, biz bu “prinsipi” pozmuşuq, yəni bir az da oturduğumuz yerin səliqə-sahmanına diqqət ayırmışıq. Belə ki, bələdiyyənin yerləşdiyi inzibati binada müasir standartlara uyğun gələn əsaslı təmir işləri aparılaraq bələdiyyə qulluqçularının istifadəsinə verilmişdir. Əlbəttə, biz işimizi təkcə bununla bitmiş hesab etmirik, eyni zamanda əməkdaşlarımızın qayğısına daha çox qalmağı yaddan çıxarmırıq. Məhz bu dediklərimin nəticəsidir ki, aparatda 11 ştat vahidi artırılmış, orta əmək haqqı 40 manatdan 87 manata qaldırılmış, bələdiyyənin büdcəsi 2004-cü ilə nisbətən 14 dəfə artmış, əhalinin imkansız təbəqəsinə edilən maddi yardım 5460 manata çatdırılmışdır.
- Bu gün ən aktual məsələlərdən biri də sahibkarlığın inkişafıdır. Məlumdur ki, ölkə başçısı bu sahəyə xüsusi həssaslıqla yanaşır. Əli Bayramlıda bələdiyyə- sahibkar münasibəti necə tənzimlənir?
- Qeyd etdiyiniz kimi, sahibkarlığın inkişafı ölkənin tərəqqisində mühüm faktora çevrilib və sabahımızı onsuz təsəvvür etmək mümkün deyil. Bəllidir ki, möhtərəm Prezidentimiz dəfələrlə bəyan edib ki, sahibkarlara fəaliyyət üçün normal şərait yaradılmalıdır. Bu da, sözsüz ki, sahibkarın özündən daha çox cəmiyyətin inkişafı və tərəqqisi üçün labüddür. Yeri gəlmişkən, bunu da xüsusi vurğulamaq istəyirəm ki, “bələdiyyə” və “sahibkar” bir məfhum kimi yeni dövrün anlayışlarıdır və burada qarşılıqlı anlaşma, şübhəsiz ki, yüksək səviyyədə olmalıdır. Məhz elə buna görədir ki, şəhər bələdiyyəsi sahibkarlığın inkişafına xüsusi diqqət verir. Belə ki, sahibkarlığın inkişafını genişləndirməkdən ötrü onların istifadəsində və icarəsində olan 31 hektar torpaq sahəsi özəlləşdirilmişdir. Eyni zamanda işsizliyi və evsizliyi azaltmaq və minimuma endirmək məqsədilə böyük sahibkarlığı inkişaf etdirməyi də daha münasib hesab edirik. Bu məqsədlə böyük tikinti şirkətlərinə kifayət qədər torpaq sahəsi verilmişdir. Hazırda 1,9 hektar sahədə müasir tipli diaqnostik mərkəz, 3 hektar sahədə ticarət mərkəzi tikilir. 26 çoxmərtəbəli binanın tikintisini həyata keçirən “Şəfəq”, “Komfort”, “Ana Kür” tikinti şirkətlərinə torpaq sahələri ayrılmışdır. Yeni çoxmərtəbəli yaşayış binalarının tikintisində vacib olduğu üçün iki beton zavodu tikilərək istifadəyə verilib . Əlbəttə, sahibkarlığın inkişafı üçün həyata keçirdiyimiz və gələcəkdə reallaşdırmağı nəzərdə tutduğumuz planlar Əli Bayramlı şəhərinin ümumi inkişafı və tərəqqisi üçün mühüm rola malik olduğundan bu istiqaməti dediyim kimi, ardıcıllıqla davam etdirmək niyyətindəyik.
Yeni layihələrin həyata keçirilməsi istiqamətində şəhər bələdiyyəsi hansısa təcrübəyə malikdirmi?
Qeyd etmək istəyirəm ki, Əli Bayramlı şəhər bələdiyyəsi təkcə yerli iş təcrübəsi ilə işini bitmiş hesab etmir. Beynəlxalq təcrübədən öyrənmək, bəhrələnmək və səmərəli istifadə etmək bizim üçün prioritet məsələlərdəndir. Dediklərimə misal olaraq İFES təşkilatı, Britiş Konsul və Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş mərkəzi ilə birlikdə 2005-ci iln iyun ayının birindən 2006-cı ilin mart ayının 1-dək “Bələdiyyələr və onların ərazisində yaşayan əhaliyə texniki yardım” layihəsi üzrə apardığımız araşdırmanı xatırlada bilərəm. Layihədə bələdiyyənin strateji planını tərtib etmək, bələdiyyə büdcəsini işləyib hazırlamaq və əməli olaraq uşaq poliklinikasında peyvənd kabinetini təşkil etmək, “Nərgiz” uşaq bağçasında uşaqlar üçün əyləncə qurğularını yaratmaq, 21 saylı orta məktəbin idman meydançasını qurmaq qarşıya məqsəd kimi qoyulmuşdu. Bizim üçün çox fərəhləndirici oldu ki, bu layihə müvəffəqiyyətlə həyata keçirildi və bu da təcrübə mübadiləsi olaraq şəhər bələdiyyəsinin inkişafına kömək etdi. Bu cür misalların sayını yenə artırmaq olar. Ancaq əsas odur ki, bu sahəyə də diqqət və maraq həmişə aktuallığını saxlasın. Belə bir misal var:dünya gör-götür dünyasıdır. Öyrənmək isə peyğəmbərimizin də dediyi kimi, heç vaxt gec deyil. Mən buna qətiyyətlə inanıram ki, vaxt gələcək biz öyrəndiyimiz kimi bizdən də öyrənəcəklər.
- Sizcə, bələdiyyənin fəaliyyəti arzu olunan səviyyədədirmi və əhalini razı salırmı?
-
Bilirsiniz, əgər bu gün hər şeyin ideal səviyyədə olduğunu iddia etsək, bu, çox şişirtmə və yanlış olar. Ancaq elə bilirəm ki, seçdiyimiz yol məhz insanlara, onların qayğı və problemlərinə həssaslıqla yanaşıb, həll etməkdirsə, zənnimcə, elə də güclü narazılıqlar olmamalıdır. Bir də ki , bu məlum həqiqətdir ki, görülən işdən razı, yaxud da narazı qalmaq olar, olmayan işdən kim razı-narazı qala bilər ki? Bu, olsa-olsa olmayan duaya “amin” demək kimi bir şey olardı. Sözsüz ki, şəhər bələdiyyəsinin qarşısında daha çox və mühüm vəzifələr durur.Yəni görüləsi işlər, öz həllini gözləyən problemlər hələ qarşıdadır. Regionların sosial-iqtisadi inkişafı istiqamətində bizi mühüm vəzifələrin həyata keçirilməsi, əhaliyə yeni iş yerlərinin açılması gözləyir. Biz eyni zamanda sakinləri narahat edən çoxsaylı problemlərin həllində də dövlətimizə yaxından kömək göstərməliyik. Bütün bunlara isə heç şübhəsiz ki, şəhər bələdiyyəsinin özünün daimi maliyyə mənbələrini – xidmət və istehsal sahələrini yaratmaqla nail olmaq olar

Səməd HÜSEYNOĞLU
“Xalq qəzeti”nin
bölgə müxbiri

11.9.2007 | Təhlillər | 0 | 1402
 











 


Arxiv


« Sentyabr 2010»
B.e. Ç.a Ç. C.a. C Ş. B.
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


   


























eXTReMe Tracker

Bu sayt Kataloq.NET uzvudur

© Municipality.az 2007
Müəllif hüquqlari V.T. Cəfərova məxsusdur
Saytdakı materiallardan istifadə zamanı istinad etməyiniz zəruridir
Farkhadov WEB STUDIO