Azərbaycan Bələdiyyə Sistemi : Abşeron bələdiyyələri
***Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası       Bələdiyyələrlə bağlı ilk informasiya saytı        First information site on municipality             Первый информационный сайт о муниципалитетах ***
Əmlak vergisi necə hesablanır?. Fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir.Vergitutma obyektləriRezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri və s.Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:Onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən:bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə — 0,1 faizlə. 198.1.2. su və hava nəqliyyatı vasitələrinə görə:198.1.2.1. su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manati;198.1.2.2. hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.198.1.2.3. mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün —onların bazar qiymətinin 1 faizi.198.2. Müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.Vergi güzəştləri və azadolmalarDövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü idarəetmə orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları, dövlət fondları və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əmlak vergisini ödəməkdən azaddır.Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər azaldılır.Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:1. ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin;2. məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin;3. bu Məcəllənin 211.1.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb edilən avtonəqliyyat vasitələrinin;4. təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin;199.5. Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak vergisindən azaddır.Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası 200.1. Binalar üzrə əmlak vergisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada binaların inventar dəyərinə əsasən hesablanılır.Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.200.2. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır.200.3. Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq orqana təqdim edir.Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə — həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.200.6. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.Müəssisənin əmlak vergisinin hesablanması və ödənilməsi 201.1. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir.201.1.1. Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14.3.4-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.201.2. Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır.201.3. Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq, həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.201.4. Dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.Cari vergi ödəmələri bu Məcəllənin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.201.5. Müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir.Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.201.6. İllik bəyannamələr üzrə vergilər həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Hesablanmış verginin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.201.7. Müəssisələrin əmlak vergisi dövlət büdcəsinə ödənilir.Verginin ödənilməsini təsdiq edən sənəd olmadıqda, avtonəqliyyat vasitəsinin qeydiyyatı, yenidən qeydiyyatı və ya texniki baxışı keçirilmir.Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası202.0. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:202.0.1. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.202.0.2. Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.202.0.3. Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur.AR Vergi Məcəlləsi


Bələdiyyə sistemindən razısınızmı ?
Çox razıyam
Razıyam
Narazıyam
Çox narazıyam
Bilmirəm


Yekun
 
 
Abşeron bələdiyyələri haqqında məlumat

1. Masazır bələdiyyəsi

1. Yaranma tarixi - 2000-ci il
2. Ümumi ərazi - 1644 ha
3. Sədr - Əliyev Siyafər Müzəffər oğlu
4. Müavin - Əhmədov Salam Rəhim oğlu
5. Bələdiyyə üzvləri :
- Mahmudov Səid Nəsib oğlu
- Əhmədov Asif Rüstəm oğlu
- Əhmədov Səhrad Əhməd oğlu
- Сabbarov Esax Rəşid oğlu
- Qəhrəmanov Şahbaz Davud oğlu
- Abışov Maşallah Xasay oğlu
- Məmmədov Söhbət Novruz oğlu
6. Bələdiyyənin üç komissiyası vardır:
1. İqtisadi İnkişaf və Hüquq Məsələləri Daimi Komissiyası
2. Yerli Sosial Müdafiə və Ekologiya Məsəllələri Daimi Komissiyası
3. Büdсə Məsələləri Daimi Komissiyası

ÜNVAN: Masazır kəndi, Z.Əliyeva küçəsi
Poçt indeksi - AZ 0123
Telefon - 442-80-24


2. Qobu bələdiyyəsi



1. Yaranma tarixi - 1999-сu il
2. Ümumi ərazi - 4377,40 ha
3. Sədr - Bayramov Mübariz Əminağa oğlu
4. Müavin - Əmiraslanov Ənvər Novruz oğlu
5. Bələdiyyə üzvləri:
- Hüseynov Sulidin Firudin oğlu
- Şirinov Ağalar Məhsim oğlu
- Rəсəbəliyev Səyavuş Böyükağa oğlu
- Nəсəfov Araz Tofiq oğlu
- Abdulov Elnur Novruz oğlu
- Qasımov Aydın Mehrəli oğlu
- Qasımov Tofiq Babalı oğlu
- Mahmudov Mütəllim Hüseyn oğlu
- Əliyev Nüsrət Yunis oğlu
6. Bələdiyyənin altı komissiyası vardır:
1. Yerli büdсə üzrə daimi komissiyası
2. Təhsil, səhiyyə, mədəniyyət və nəqliyyat üzrə daimi komissiya
3. Hüquqi məsələlər üzrə daimi komissiya
4. Yerli-sosial iqtisadi məsələlər üzrə daimi komissiya
5. Ekoloji məsələlər üzrə daimi komissiya
6. Hüquqi və humanitar məsələlər üzrə daimi komissiya
ÜNVAN: Qobu qəsəbəsi
Poçt indeksi - AZ 0100
Telefon - 443-71-00, 443-71-70


3. Aşağı Güzdək bələdiyyəsi

1. Yaranma tarixi - 1999-cu il
2. Ümumi ərazi - 2086,5 ha
3. Sədr - Abbasov Bəyağa Səfər oğlu
4. Müavin - Əmirov Tapdıq Əmir oğlu
5. Bələdiyyə üzvləri :
- Süleymanov Ramiz Əlsaab oğlu
- Tağıyev Adışirin Təvəkkül oğlu
- Dünyamalıyev Yaqub Bəyalı oğlu
- Həşimov Nurbaba Əlbaba oğlu
- Əlikişiyev Gülmirzə Əlmirzə oğlu
- Həsənov Böyükağa Canəli oğlu
- Əhmədov Soltanağa Əlihəsən oğlu
6. Bələdiyyənin iki komissiyası vardır:
1. Vergi və büdcə
2. Ekologiya və sosial inkişaf
ÜNVAN: Aşağı Güzdək qəsəbəsi
Poçt indeksi - AZ 0111
Telefon - 443-97-01


4. Mehdiabad bələdiyyəsi

1. Yaranma tarixi - 1999-cu il
2. Ümumi ərazi - 1937 ha
3. Sədr - Dünyamalıyev Natiq Əziz oğlu
4. Müavin - Orduxanov Niyaməddin Orduxan oğlu
5. Bələdiyyə üzvləri :
- Yusifov İlham Hüseyn oğlu
- Süleymanov Vüsal Məhəmməd oğlu
- Yusifov Qürbət Xudaverdi oğlu
- Gülməmmədov Elnur Əzim oğlu
- Həbibov Azad Şirin oğlu
- Abdullayev Qədir Mustafa oğlu
- Hüseynov Qürbət Qabil oğlu
- Əzizov Feruz Cəbrayıl oğlu
- Hüseynov Fikrət Əvəz oğlu
6. Bələdiyyənin beş komissiyası vardır:
1. Hüquq məsələləri üzrə daimi komissiya
2. Ekologiya məsələləri üzrə daimi komissiya
3. Sosial məsələlər üzrə daimi komissiya
4. Büdcə məsələləri üzrə daimi komissiya
5. İqtisadi-inkişaf məsələləri üzrə daimi komissiya
ÜNVAN: Mehdiabad qəsəbəsi
Poçt indeksi - AZ 0118
Telefon - 443-55-55, 443-53-68


5. Saray bələdiyyəsi

1. Yaranma tarixi - 2000-ci il
2. Ümumi ərazi - 1428 ha
3. Sədr - Pirəliyev Ənvər Şirəli oğlu
4. Müavin - Allahyarov Əlirahim Aydınəli oğlu
5. Bələdiyyə üzvləri :
- Quliyev Rəfail Mikayıl oğlu
- Quliyev Məmmədağa Qəzənfər oğlu
- Quliyev Rasim Cəbrayıl oğlu
- Quliyev Səyavuş Əbülfəz oğlu
- Əhmədov Elçin Hacıbaba oğlu
- Xanlarov Sədayət Eynul oğlu
- Zülfiyev Qabil Qədulla oğlu
- Cabbarov Tofiq Daxil oğlu
- Əliyev Musa İsmayıl oğlu
- Əsgərov Nurağa Bahadur oğlu
- Əhədov Ağasalah Müzəffər oğlu
6. Bələdiyyənin dörd komissiyası vardır:
1. Yerli büdcə üzrə daimi komissiyası
2. Hüquqi məsələlər üzrə daimi komissiya
3. Yerli-sosial iqtisadi məsələlər üzrə daimi komissiya
4. Ekoloji məsələlər üzrə daimi komissiya
ÜNVAN: Saray qəsəbəsi, V.Axundov küçəsi - 27
Poçt indeksi - AZ 0121
Telefon - 443-11-44


6. Məmmədli bələdiyyəsi

1. Yaranma tarixi - 2000-ci il
2. Ümumi ərazi - 3561,13 ha
3. Sədr - Nəbiyev Vaqif Həbib oğlu
4. Müavin -
5. Bələdiyyə üzvləri :
- Nadir Ələddin
- Fətəliyev Kamil Rəşid oğlu
- Nuriyev Bəysəfa Mədət oğlu
- Şərifov Şura Şərif oğlu
- Səfərov Meyralı Seyidmalı oğlu
- Həmidov Valeh Məcnun oğlu
- Nəbiyev Xəlil Həbib oğlu
- Pənahov Nazim Bəndəli oğlu
6. Bələdiyyənin dörd komissiyası vardır:
1. Mədəniyyət məsələləri üzrə daimi komissiya
2. Maliyyə məsələlər üzrə daimi komissiya
3. Kommunal məsələlər üzrə daimi komissiya
4. Təhsil məsələlər üzrə daimi komissiya
ÜNVAN: Məmmədli kəndi
Poçt indeksi - AZ 0100
Telefon - 443-83-00


7. Ceyranbatan bələdiyyəsi

1. Yaranma tarixi - 1999-cu il
2. Ümumi ərazi - 315 ha
3. Sədr - Zeynalov Cavanşir Allahverdi oğlu
4. Müavin - Mirzəyev Zakir Qulamhüseyn oğlu
5. Bələdiyyə üzvləri :
- Davudov Qəyyum Miri oğlu
- Məmmədov Voraşil Jəlal oğlu
- Şahbazov İslam Mirzəxan oğlu
- Süleymanov Buludxan Sərxoş oğlu
- Musayev Cəmil Adıgözəl oğlu
- Hüseynov Samir Tahir oğlu
- Qəhrəmanova Hafizə Oruc qızı
- Cəfərov Namiq Arazxan oğlu
- Ağayev Bəyoğlan Rza oğlu
6. Bələdiyyənin üç komissiyası vardır:
1. Yerli iqtisadi inkişaf üzrə daimi komissiyası
2. Hüquqi məsələlər üzrə daimi komissiya
3. Yerli-sosial iqtisadi məsələlər üzrə daimi komissiya
ÜNVAN: Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi 1
Poçt indeksi - AZ 0112
Telefon - 443-41-42


8. Hökməli bələdiyyəsi

1. Yaranma tarixi - 1999-cu il
2. Ümumi ərazi - 1750 ha
3. Sədr - Mirədiyev Mirnemət Mirəziz oğlu
4. Müavin - Muradov Xanbala Bəybala oğlu
5. Bələdiyyə üzvləri :
- Quliyev Teymur Firuddin oğlu
- Mehrəliyev Faiq Mehrəli oğlu
- Qasımov Ağasəf Mirbala oğlu
- Xəlilov Filiddin Feyruz oğlu
- Babayev Xeyrulla Fətulla oğlu
- Müslümov Müslüm Qərib oğlu
- Əsgərova Zinyət İmambaxış oğlu
6. Bələdiyyənin üç komissiyası vardır:
1. Yerli büdcə üzrə daimi komissiyası
2. Yerli-sosial iqtisadi məsələlər üzrə daimi komissiya
3. Bələdiyyənin ümumi nəzarət komissiyası
ÜNVAN: Hökməli qəsəbəsi
Poçt indeksi -
Telefon - 442-28-64

9. Digah bələdiyyəsi
1. Yaranma tarixi - 2000-ci il
2. Ümumi ərazi - 232 ha
3. Sədr - Həsənov Nazim Sədulla oğlu
4. Müavin - Mehdiyeva Şəhla Rubil qızı
5. Bələdiyyə üzvləri :
- Ağayev Mustafa Yadulla oğlu
- Ağasər Həsən oğlu
- Bağırov Gülmirzə Balamirzə oğlu
- Əliyev Manaf Feyzulla oğlu
- Hacıyev Ağamusa Hacımurad oğlu
- Məlikov Ələsgər Dərdayıl oğlu
- Şükürov Həmid Müqbil oğlu
6. Bələdiyyənin üç komissiyası vardır:
1. Yerli büdcə üzrə daimi komissiyası
2. Yerli-sosial iqtisadi məsələlər üzrə daimi komissiya
3. Yerli ekoloji məsələlər üzrə daimi komissiya

ÜNVAN: Digah qəsəbəsi, H.Rəhmanov küçəsi № 11
Poçt indeksi - AZ 0100
Telefon - 443-85-60, 443-85-13


10. Novxanı bələdiyyəsi


1. Yaranma tarixi - 2000-ci il
2. Ümumi ərazi - 2696,95 ha
3. Sədr - Əvəzov Məhərrəm Balay oğlu
4. Müavin - Əliyev Tahir Arasul oğlu
5. Bələdiyyə üzvləri :
- Ağayev İslam Məmməd oğlu
- Tağıyev Şahin Kamal oğlu
- Quliyev Vüqar Oqtay oğlu
- Əmrahov İlqar Əli oğlu
- Kazımov Telman Rafiq oğlu
- Məmmədov Arif Tağı oğlu
- İsmayılov İbrahim Əli oğlu
6. Bələdiyyənin iki komissiyası vardır:
1. Büdcə, sosial inkişaf və ekologiya üzrə daimi komissiyası
2. Kommunal təsərrüfat, ticarət və idman komissiya
ÜNVAN: Novxanı kəndi
Poçt indeksi - AZ 0119
Telefon - 443-34-48


11. Fatmayı bələdiyyəsi

1. Yaranma tarixi - 2000-ci il
2. Ümumi ərazi - 1615 ha
3. Sədr - Begiyev Hikmət Əliyulla oğlu
4. Müavin - Miqbilov Nəsir Faziloğlu
5. Bələdiyyə üzvləri :
- Abbasov Səfərəli Zeynalabdin oğlu
- Salmanov Mübariz Müseyib oğlu
- Quliyev Mehman Sabir oğlu
- Vəzirov Bəhrəm Məmmədrza oğlu
- Şiriyev İntiqam Xeyrulla oğlu
- Məmmədov Firuz Məmmədağa oğlu
- Nadirov Zaur Balahəsən oğlu
6. Bələdiyyənin 2 komissiyası vardır:
1. Yerli büdcəç iqtisadi və sosial inkişaf üzrə daimi komissiya
2. Ekologiya, mədəniyyət və idman daimi komissiyası
ÜNVAN: Fatmayı kəndi
Poçt indeksi - AZ 0113
Telephone - 443-68-00

12. Xırdalan bələdiyyəsi

1. Yaranma tarixi - 1999-cu il
2. Ümumi ərazi - 1698,4 ha
3. Sədr - Əhmədov Eldar Hüseyn oğlu
4. Müavin - Eyyubov Çingiz Eyyub oğlu
5. Bələdiyyə üzvləri :
- Mürsəlov İlham Balaəli oğlu
- Əliyev Nazim Gülhüseyn oğlu
- Xalıqov Şirinbala İsabala oğlu
- Hüseynov Ramiz Məhərrəm oğlu
- Məmmərzayev Səxavət Ədalət oğlu
- Vəliyev Rahil Bağbala oğlu
- Həsənov Hidayət Adış oğlu
- Səmədov Hamlet Tahir oğlu
- Şirinov Kamil Tahir oğlu
- Misirov İstək Zakir oğlu
- Behbud Elməddin Mahmud oğlu
- Əhmədov Cavanşir Əsgər oğlu
- Əhmədov Ramiz Nəsib oğlu
6. Bələdiyyənin beş komissiyası vardır:
1. Yerli büdcə üzrə daimi komissiyası
2. Hüquq məsələləri daimi komissiyası
3. Yerli-sosial məsələlər üzrə daimi komissiya
4. Yerli ekoloji məsələlər üzrə daimi komissiya
5. Yerli iqtisadi inkişaf komissiyası
ÜNVAN: Xırdalan şəhəri, H.Aslanov küçəsi № 1
Poçt indeksi - AZ 0100
Telefon - 442-70-00

13. Güzdək bələdiyyəsi

1. Yaranma tarixi - 2000-ci il
2. Ümumi ərazi - 2765,4 ha
3. Sədr - Abasov Sərvər Əjdər oğlu
4. Müavin - Abdullayev İlqar Yadulla oğlu
5. Bələdiyyə üzvləri :
- Hüseynov İntiqam Qəhrəman oğlu
- Qədirov Ağabəy Kitabəli oğlu
- Səfərəliyev Rövşən Səfərəli oğlu
- Məmmədbağırov Zəfər Rəcəb oğlu
- Əlihüseynov Rövşən Məmmədəli oğlu
- Hüseynova Reyhan İspəndiyar qızı
- Kərimov Fariz Kərim oğlu
6. Bələdiyyənin dörd komissiyası vardır:
1. Büdcə üzrə komissiyası
2. İqtisadi-inkişaf komissiyası
3. Ekologiya komissiyası
4. Abadlaşdırma komissiyası
ÜNVAN: Güzdək qəsəbəsi, Elman Heydərov küçəsi
Poçt indeksi - AZ 0114
Telefon - 443-94-04

14.Görədil bələdiyyəsi

1. Yaranma tarixi - 1999-cu il
2. Ümumi ərazi - 420,0 ha
3. Sədr - Rzayev Baba Balabəy oğlu
4. Müavin - Mahmudov Yuris Məmməd oğlu
5. Bələdiyyə üzvləri :
- Əriyev Arif Mövsüm oğlu
- Əliyev Məsim Mütəllim oğlu
- İmanov Mətləb İman oğlu
- Daşdəmirov Əbülfəz Dünyamalı oğlu
- Əliyev İbrahim Rəhimbala oğlu
6. Bələdiyyənin iki komissiyası vardır:
1. Torpaq komissiyası
2. İqtisadiyyat komissiyası
ÜNVAN: Görədil qəsəbəsi, S.Vurğun küçəsi № 14
Poçt indeksi - AZ 0122
Telefon - 443-61-00, 443-63-01


15. Pirəkəşkül-Qobustan bələdiyyəsi

1. Yaranma tarixi - 2000-ci il
2. Ümumi ərazi - 11887 ha
3. Sədr - Orucova Qəndaf Əli qızı
4. Müavin - Nəsibov Firdovsi Əli oğlu
5. Bələdiyyə üzvləri :
- Mehrəliyev Eldar Əcdər oğlu
- Əzizov Ələkbər Məci oğlu
- Əmrahov Balami Əmralı oğlu
- Həsənov Ramiz Allahverdi oğlu
- Rzayev Məmmədhüseyn Yasər oğlu
- Hüseynov Vəli Həmid oğlu
- İsmayılov Qiyas İbrahim oğlu
6. Bələdiyyənin bir komissiyası vardır:
1. Bələdiyyə mülkiyyətinə və görülən işlərə nəzarət komissiyası
ÜNVAN: Pirəkəşkül kəndi
Poçt indeksi - AZ 0124
Telefon - 443-25-98

16.2.2008 | 904









 


Arxiv


« Sentyabr 2010»
B.e. Ç.a Ç. C.a. C Ş. B.
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


   


























eXTReMe Tracker

Bu sayt Kataloq.NET uzvudur

© Municipality.az 2007
Müəllif hüquqlari V.T. Cəfərova məxsusdur
Saytdakı materiallardan istifadə zamanı istinad etməyiniz zəruridir
Farkhadov WEB STUDIO